Tarix : 2020 Aug 24
Kod 60157

Revanşistlərin toplaşması – məsələ toyda iştirak deyil, toy tutmağa hazırlaşmaqdadır

Gödavam edir.zlənildiyi kimi alındı: Ramiz Mehdiyevin nəvəsinin xeyir işi ilə bağlı qopmuş qalmaqala dair yazanlar, danışanlar çox oldu. Kampaniya
Arannews-Ancaq ən pis variant bu deyil. Pis variant o olardı ki, bu mövzuya tabu qoyulsun, yazmaq, danışmaq mümkün olmasın və adamlar susmağa, özlərini görməzliyə vurmağa məcbur olsunlar.
Bəlkə də ötən il bu vaxtlar olsaydı, elə olardı. Əksər qəzetlər yazmaz, heç bir deputat danışmazdı. İndi isə hətta AzTV, İTV kimi dövlət telekanalları bu mövzuda danışır, süjet göstərir.
Düzdür, Ramiz Mehdiyev hələ də Təhlükəsizlik Şurasının üzvüdür və AMEA prezidentidir, amma fakt odur ki, adam öz siyasi qüdrətini tam olmasa da, bir xeyli itirib. Keçənilkindən fərqli olaraq, artıq onun iradəsi hər yerə işləmir.
Bəs bu mövzunun belə qalmaqala dönməsinin və ötənilki qüdrətli şəxsin adının bu sayaq hallandırılmasının, hətta kütləvi şəkildə qınanmasına yaşıl işıq yandırılmasının ikinci səbəbi nədir?
Yenə açıq danışmaq lazımdırsa, səbəb budur: məşhur filmdə deyilditi kimi, Şirvan elində üsyan görünür –o mənada ki, şərti olaraq “islahatlar” adlandırılan dəyişikliklərdən narazı qalanlar var.Azərbaycan tipli ölkələrdə qayda budur: narazılar dinc durmurlar, orda-burda toplaşır, bir-birinin ağzını arayır, əvvəlcə giley-güzar edir, sonra bir az ciddiləşir, nəhayət, qərara gəlirlər ki, bu iş belə getməz, getməməlidir.
Son 2 ildə vəzifədən götürülən “köhnə qvardiya” üzvlərinin tam əksəriyyəti üzləşdikləri davranışdan narazı və gileylidirlər. Bu, açıq gözlə görünür. İndi onlar əvvəlki vaxtlarda olduğu kimi bir-birinin çuğulluq edəcəyindən də şübhələnmilər. Çünki artıq tale ortağıdırlar.
Onlara elə gəlir ki, ömürlərinin səkkizinci və doqquzuncu onilliyini xırdaladıqları bir vaxtda tutduqları yüksək vəzifədən kənarlaşdırılmaları onlara qarşı böyük haqsızlıqdır. Axı bu hakimiyyəti onlar qurub, qoruyublar.Əlbəttə, bura hər hansı bir Avropa dövləti olsaydı, o adamlar azı 10-15 il öncədən vəzifədən getmiş, siyasi karyeralarını bitirmiş olardılar və bir daha hakimiyyətə, böyük vəzifəyə iddia göstərməzdilər.
Ancaq bizim gündə olan ölkələrin hamısında siyasətə dair düşüncə belədir: “Siyasət ölüncə var”. Heç kəs siyasətdən kənarlaşmaq istəmir. İlk növbədə ona görə ki, onlar siyasət dedikdə mütləq böyük vəzifələri, geniş imkanları nəzərdə tuturlar.
Yoxsa bu cür karyerist adamlar müxalifətdə olmağın nəinki 25-30 illik möhnətinə, heç 1-2 illik əziyyətinə də qatlanmazlar.
İndi də “toy qalmaqalı” ona görə ajiotaj doğurub ki, hər kəs hər şeyin fərqindədir. Burada söhbət mövzusu heç də karantin qaydalarının pozulması deyil. Hər gün çox sayda qayda pozan adamlar olur və onların içində hakimiyyət adamları da tapılır.
Bu barədə danışan deputatlar narazıların toy adıyla toplaşmalarından, toparlanmalarından, revanş hissinə köklənmələrindən, mesajlar verərək güc göstərmələrindən narahatdırlar.
Onlar görürlər ki, ötənilkindən fərqli olaraq bu şəxslərin dilində indi başqa adlar çəkilir və onlar ətrafında sıx birləşmək üçün başqa persona axtarırlar. Və bu təbii olaraq özlərini islahatçılar komandasından hesab edənləri qıcıqlandırır.
Adi karantin qaydalarının pozulmasına bu qədər ağrılı reaksiya verənlərin sayı və reaksiyanın şiddəti baş tutmayan çevriliş cəhdindən sonra baş verənləri xatırladır. Normalda bu kütləvilikdə “qınama xoru” olmamalıydı.
Demək, durum ciddidir, ortada ciddi niyyətlər var və ona qarşı preventiv tədbirlər görülməsi zəruridir.Orta əsrlərdə böyük vəzifələrdən (baş vəzir, sədr-əzəm, ordu sərkərdəsi) götürülən şəxslərin mütləq qaydada edam olunmasının sirri də buradadır: bu coğrafiyanın adamları vəzifədən götürülməyi ta qədimlərdən bəri ağrılı qarşılayır, həqarət sayır, sırf prinsipə duraraq revanş götürmək istəyir.
Keçmiş dönəmlərdə onların öhdəsindən cəllad kötüyü ilə gəlirmişlər. Ona görə də qədim padşahları, sultanları qəddarlıqda qınamaq çox da doğru deyil. Yumşaq tərpənsə, onun özünü məhv edəcəkdiilər (belə presedentlər də çox olub).
Ancaq müasir dövrdə revanşistlər üçün bir cəza diplomatik sürgünə göndərməkdirsə, daha ağır cəza cəmiyyətdən təcrid etmək, türməyə salmaqdır. Birinci cəza da artıq effektini itirməkdədir.
İkinci cəzanı alan, uzun illər türmədə qalan, çıxandan sonra isə sakitləşən, ambisiyalarından geri duran adamlar çox olub. Görünür, onların sırası bir qədər də genişlənəcək.

20 il geriyə dönüb hakimiyyətdə təmsil olunanların sıyahısına baxsaq, bir çox mətləblər aydın olar. 2000-2003-cü ildə dövlətin ali vəzifələrini tutanların çoxu sağdır, amma böyük əksəriyyəti artıq vəzifədə deyil. Onlar özlərini heç də tükənmiş saymırlar, günü bu gün çağırıb vəzifə təklif etsələr, məmnuniyyətlə qəbul edərlər.
O adamlar üçün öz keçmiş komandalarının gənc üzvlərinin vəzifəyə gəlməsiylə illərlə onlara qarşı mübarizə aparan müxalifətçilərin hakimiyyətə gəlməsinin heç bir fərqi yoxdur. Onlar üçün köhnə qvardiyanı vəzifədən kənarlaşdıran hər bir qüvvə düşmən statusundadır.
Belə bir durumda islahat aparmaq, kadr dəyişikliyi etmək və onun dalında durmaq çox çətindir, ancaq ölkənin inkişafı, sağlam relslər üzərində bərqərar olması üçün irəliyə doğru hərəkərt etmək vacibdir.

Musavat.com

  • Yazılıb
  • da (də) 2020 Aug 24
  • Göndərən جهان کمالی