Tarix : 2020 Aug 25
Kod 60160

Gürcüstanda ağır yol qəzası, matəm elan olundu

Gürcüstanın Mtsxeta-Mtianeti diyarının Duşeti rayonunda yerləşən Şatili kəndində mikroavtobus uçurumdan aşıb.

Arannews-islamazeri.com xəbər verir ki, qəza nəticəsində 17 nəfər dünyasını dəyişib, 3 nəfər ağır xəsarətlər alıb.

Bu barədə Gürcüstan DİN məlumat yayıb.

Maşın təxminən 80 metr hündürlükdən düşüb.

Şahidlərin sözlərinə görə, mikroavtobus yüksək sürətlə hərəkət edərkən boş yük avtomobilinə çırpılıb və daha sonra aşağı aşıb.

Bundan sonra  Şatili kəndində baş vermiş avtoqəza ilə bağlı 25 avqust Gürcüstanda matəm günü elan edilib.

Bu barədə hökumətin mətbuat xidməti məlumat verib.

Sənədə əsasən, matəm günü ilə bağlı Gürcüstanda bütün inzibati binalardakı dövlət bayraqları bir az endiriləcək

  • Yazılıb
  • da (də) 2020 Aug 25
  • Göndərən جهان کمالی