Tarix : 2020 Aug 28
Kod 60173

Rusiya vaksinini 27 ölkə almaq istəyir: Azərbaycan da bu siyahıdadır

Bunu Rusiya rəsmisi Tatyana Qolikova bildirib.

“Arannews-Vedomosti”-yə istinadən xəbər verir ki, Rusiyanın “Sputnik V” vaksinini almaq istəyən 27 ölkə var.

Sizi məlumatlandırmaq istəyərdim ki, hazırda, Rusiya XİN-in məlumatına əsasən, Rusiyanin yeni koronavirus infeksiyası əleyhinə vaksinini 27 ölkə almaq istədiyini bildirib. Bunlar müxtəlif formalardadır, o cümlədən də vaksinin birgə işlənilməsi, kliniki sınaqlar, alış, istehsalın xarici dövlətlərin ərazisində lokallaşdırılması və humanitar yardım formalarında”, - deyə o bildirib.

Onun sözlərinə görə, vaksin üçün müraciət edənlər arasında Belarus, Azərbaycan, Braziliya, Venesuela, Qazaxıstan və bir sıra digər dövlətlər də var.

O həmçinin qeyd edib ki, 26 ölkə Rusiyanın “Sputnik V”-in 3-cü fazadakı kliniki sınaqlarının nəticələrini diqqətlə izləyir.

Xatırladaq ki, daha öncə Rusiya prezidenti Vladimir Putin bildirib ki, Belarus Rusiya vaksinini alacaq ilk ölkələrdən biri olacaq.

Qeyd edək ki, Azərbaycan tərəfi bu barədə açıqlama verməyib.

  • Yazılıb
  • da (də) 2020 Aug 28
  • Göndərən جهان کمالی