Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 31-nə olan statistik göstəriciləri açıqlayıb.
Arannews-Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 042 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 922 069 test aparılıb. İndiyədək 534 nəfər COVID-19-dan dünyasını dəyişib, 36 435 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 054 nəfərdir. Hazırda 141 nəfər reanimasiyada müalicə alır. 13 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, bu gün Azərbaycanda 126 yoluxma, 144 sağalma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib.
![](https://modern.az/uploads/media/reportaj-2/31%20avqust.jpeg)