Tarix : 2020 Sep 02
Kod 60193

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Arannews-Nazrilər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülmüş test nəticələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 977 nəfər müalicə olunaraq sağalıb, 536nəfər vəfat edib, aktiv xəstə sayı 2 065 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 597, ötən müddət ərzində isə ümumilikdə 928 666 test aparılıb.

  • Yazılıb
  • da (də) 2020 Sep 02
  • Göndərən جهان کمالی