Məşhur hüquq müdafiəçisi Oqtay Gülalıyevin İstanbulun “Amerika Xəstəxanası”nda müalicəsi davam etdirilir
Arannews-Məşhur hüquq müdafiəçisi Oqtay Gülalıyevin İstanbulun “Amerika Xəstəxanası”nda müalicəsi davam etdirilir. Müsbət dinamika var: onun çəkisində artım var, duyğurları, reaksiyaları dəqiqləşir, bu barədə Turan-a Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.
“Amma, şüur oyanıqlığının nə zaman baş verəcəyi hələ də bilinmir. Oqtayı müalicə edən həkimlər də bunun nə zaman baş vercəyini deyə bilmirlər.
Biz Tükyiəyə gələndə Azərbaycanda həkimlər onun yaşama şansını 20 faiz dəyərləndirmişdilər. Amma Oqtay hələ yaşayır, səhhətində irəliləyişlər var, nəfəs alması daha da rahatlaşıb. Türkiyədə əməliyyatları uğurlu keçib”, deyə o qeyd edib.