Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı payızda Ermənistanda komanda-qərargah təlimləri keçirəcək.
Arannews-Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Qarşılıqlı anlaşma-2020” adlanan təlimlər zamanı sərhəd münaqişlərinin lokallaşdırılması əsas istiqamət olacaq.
“Təlimlər Qafqaz regionunda sərhəd döyüşlərinin lokallaşdırılması üçün birgə əməliyyat hazırlığını nəzərdə tutur”- deyə KTMT-nın mətbuat xidməti açıqlama verib.
Təlimə rəhbərliyi Ermənistan Baş Qərargah rəisinin müavini həyata keçirəcək. KTMT Ermənistanda “Axtarış-2020” təlimləri də keçirməyi düşünür. "Baqramyan poliqo"nunda baş tutacaq təlimlər zamanı kəşfiyyat fəaliyyəti sınaqdan çıxarılacaq.
Təlimlərin məhz Tovuz döyüşlərinin ssenarisi əsasında keçiriləcəyi ilə bağlı fikirlər var.
Xatırladaq ki, iyulun 12-16-da Tovuz rayonu istiqamətində Azərbaycan və Ermənistan ordusu arasında hərbi toqquşmalar qeydə alınmışdı.