Dağıstanda Qullar kəndi yaxınlığında təxminən min nəfər Azərbaycan vətəndaşı Vətənə keçmək üçün onlara nə zaman imkan yaradılacağını gözləyir.
Arannews-Turan: Dağıstanda Qullar kəndi yaxınlığında təxminən min nəfər Azərbaycan vətəndaşı Vətənə keçmək üçün onlara nə zaman imkan yaradılacağını gözləyir.
Dağıstanın Məhərrəmkənd rayonunun rəhbəri Fərid Əhmədov bildirib ki, avqustun 31-də “Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində uşaqlı qadınlar da daxil olmaqla 960 nəfər olub. Soydaşlarımızın Vətənə göndərilməsi məsələsini Azərbaycanın Xarici İşlər Nazirliyi tənzimləyir.
Hər həftə Rusiyadan quru sərhədlə Azərbaycana 400-dən çox adam göndərilir.
Martın 18-dən başlayaraq koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar Azərbaycanla Rusiya arasında dövlət sərhədləri bağlanıb. Nəticədə Rusiya tərəfində bir neçə min azərbaycanlı qalıb. O vaxtdan Azərbaycan hakimiyyəti vaxtaşırı dəhlizlər təşkil edir, soydaşlarımızı 200-400 nəfərlik qruplarla Vətənə gətirir.