Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 4-nə olan statistik göstəriciləri açıqlayıb.
Arannews-Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 048 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 949 313 test aparılıb. İndiyədək 543 nəfər COVID-19-dan dünyasını dəyişib, 34 419 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 069 nəfərdir. Hazırda 135 nəfər reanimasiyada müalicə alır. 16 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, bu gün Azərbaycanda 132 yoluxma, 155 sağalma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib.