Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 4-nə olan statistik göstəriciləri açıqlayıb.
  Arannews-Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 048 test edildiyi bildirilib.
 Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər  949 313  test aparılıb. İndiyədək   543  nəfər COVID-19-dan dünyasını dəyişib, 34 419  nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 069 nəfərdir. Hazırda 135  nəfər reanimasiyada müalicə alır. 16  nəfər isə süni tənəffüs cihazına qoşulub.
 Qeyd edək ki, bu gün Azərbaycanda 132  yoluxma, 155 sağalma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib.
 