Tarix : 2020 Sep 05
Kod 60206

ABŞ və Britaniya Tofiq Yaqublunu azad etməyə çağırır

Bu baradə AXCP sədri Əli Kərimli sosial şəbəkədə paylaşım edib.

Arannews-Vetenugrunda.az statusu olduğu kimi təqdim edir:

"Qarabağ qazisi, Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat partiyasının üzvü Tofiq Yaqublunun həbsi ilə bağlı ABŞ və Böyük Britaniya səfirlikləri də bəyanat verib.

ABŞ səfirliyinin bəyanatında deyilir: - Tofiq Yaqublunun sentyabrın 3-də saxta görünən ittihamlar əsasında azadlıqdan məhrum edilməsi Amerika Birləşmiş Ştatlarının Səfirliyini məyus etmişdir. Cənab Yaqublu həbs və məhkəmə zamanı ədalətli məhkəmə prosesinin çoxsaylı elementlərindən bəhrələnmək imkanından məhrum olunmuşdur. Biz Azərbaycan hökumətini son zamanlar yer alan siyasi həbslər tendensiyasından daşınmağa, cənab Yaqublunun işinə yenidən baxmağa və Azərbaycanın Konstitusiyası ilə təmin olunan əsas söz və toplaşma azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq.

Böyük Britaniya səfirliyinin bəyanatında deyilir: - Böyük Britaniya Musavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun 3 sentyabr tarixində 4 il 3 ay müddətinə həbs cəzasına məhkum edilməsindən narahatlığını bildirir. Böyük Britaniya cənab Yaqublunun 2014-cü ildə də həbs cəzası aldığında – ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğuna dair ciddi narahatlıqlar olduğunu xatırlayır.

Böyük Britaniya o zaman bu narahatlığını Azərbaycan hökumətinin nəzərinə çatdırmışdı və cənab Yaqubluya verilən hökm daha sonra Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qanunsuz hesab edildi. Böyük Britaniyanın cənab Yaqublunun son həbs cəzasına dair də bənzər narahatlıqları var və hakimiyyəti onun işinə təcili olaraq yenidən baxmağa çağırır".

  • Yazılıb
  • da (də) 2020 Sep 05
  • Göndərən جهان کمالی