Siyasi məhbus, Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov sentyabrın 4-də cəza çəkdiyi 7 saylı Cəzaçəkmə Müəssisəsində ailə üzvləri ilə görüşüb.
Arannews-Bu barədə onun xanımı Mehparə Səmədova Vetenugrunda.az-a açıqlama verib: "Sentyabrın 4-də Hacı ilə görüş oldu. Kiçik qızımız Nərgiz xanım şüşə arxasından da olsa, atasının doğum gününü qeyd etdi. Nərgizin 10 illik həyatından bu 9-cu mövlud idi ki, atası üçün zindan divarları arasında qeyd edirdi.
Doktor Mövsüm Səmədov xalqımızı salamlayaraq, əziz xalqımızın əzadarlıqlarını ən gözəl surətdə Allah təala qarşısında qəbul olmasını dualarında dilədi.
Siyasi məhbus, Azərbaycan İslam Partiyasının sədri, doktor, leytenant Mövsüm Səmədov 10-cu ad gününü, 55 illik yubileyini həbsxanada keçirdi. O, 2011-ci ildə ölkədə insan haqlarının pozulmasına etiraz edən 12 dəqiqəlik çıxışına görə 12 il müddətinə həbs edilib. Mövsüm Səmədov 9 il Qobustan Qapalı Tipli Həbsxanada qaldıqdan sonra, 2020-ci ilin iyulunda 7 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.