Hacı Cavad məscidinin imamı Hacı Əhliman Rüstəmov Hacı Cavad məscidindəki vəzifəsindən istefa verdiyi bildirilir
Arannews-islamazeri.com məsələ ilə bağlı ruhaninin qohumlarından birilə əlaqə saxlayıb, o faktı təsdiqləyib.
"4-5 gün öncə QMİ-dən və məscid imamlığından istefa verdiyi düzdür. Sosial şəbəkələrdə guya hacının tənqidlərə görə istefa verməsilə bağlı fikirlər səhvdir.", - deyə o bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə ruhaninin istefa səbəbi Aşura mərasimlərinə şərait yaradılmaması göstərilir. Hələ ki, Hacı Əhliman Rüstəmov və rəsmi saytı tərəfindən rəsmi açıqlama verilməyib.