Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, "Azadlıq" qəzetinin bölgə müxbiri Ziya Əsədli 3 illik həbs müddətini başa vurub.
O, sentyabrın 5-də Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb.
Ziya Əsədli 2017-ci ilin sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsi tərəfindən üç il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
O, CM-nin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham olunmuşdu.