Sonda iştirakçılara İmam Hüseynin (ə) Kərbəla qiyamından bəhs edən və başqa dini kitablar hədiyyə olunub.
Arannews-islamazeri.com xəbər verir ki, Gürcüstan paytaxtında “Aşura məktəbi və Kərbəla dərsi” mövzusunda konfransın ikinci hissəsi keçirilib.
Tbilisidə dünən keçirilən bu konfransda müxtəlif yerlərdən yalnız xanımlar iştirak edib.
Quran tilavəti ilə açıq elan olunan konfransda Gürcüstan Müsəlman Qadınlar İcmasının üzvləri çıxış ediblər. Sonra böyük ekranda Azərbaycan, İran İR, Türkiyə və Rusiyadan konfransa qatılan dəyərli din alimlərinin çıxışları təqdim olunub.
Çıxış edənlər ümumbəşəri və bütün zamanları əhatə edən İmam Hüseynin (ə) qiyamı, onun Kərbəla hərəkatı, Aşura məktəbindən alınan dərslər və azadlıq və mənəviyyat uğrunda fədakarlıq mövzusunda məlumat veriblər.
Konfransda Kərbəla hadisəsinin qısa tarixindən bəhs edən videoçarxla bərabər İmam Hüseynin (ə) matəmi ilə əlaqədar dünya ölkələrində keçirilən yürüş və tədbirlərdən nümunələr nümayiş etdirilib.
Sonda iştirakçılara İmam Hüseynin (ə) Kərbəla qiyamından bəhs edən və başqa dini kitablar hədiyyə olunub.