Axır ki, Ermənistan səfiri Təl-Əvivdə yerləşdi və öz müsahibəsində İrəvanın sionist rejimlə münasibətlərinin genişlənəcəyini bildirdi. Doğrusu, bu münasibətlər illər öncə sakit və reklamsız olaraq uzun bir yol keçmişdi. Sionist rejimi də ən tez bir vaxtda Ermənistanda səfirlik açmağa və bu ölkəyə səfir göndərməyə səy edir.
AranNews - iuvmprss.com xəbər verir ki :İrəvanın bu kimi hərəkətləri qərəzli sayılır. Çünki İran İslam Respublikası sionist rejimi ilə münasibətləri genişləndirməyi özünün rəsmi ideologiyasına zidd bilir və bu rejimin qonşu ölkələrdə hüzurunu milli təhlükəsizlik baxışından təhlil edir. Geopolitik nəfəsliyi təkcə İran vasitəsilə olan və İranın qonşu ölkələr qarşısında məsuliyyətli yanaşması üzündən öz siyasi və təhlükəsizlik həyatını davam etdirən Ermənistanın Təl-Əvivlə münasibətləri genişləndirməyə doğru getməsi düşündürücüdür. Ermənistan şiə-müsəlman Azərbaycan Respublikası torpaqlarının 20 faizini işğal etmək və onun 1 milyondan çox sakinini köçkün salmaqla böyük bir cinayət törətmişdir. İran bu məsələnin üzərindən keçməmişdir və keçə bilməz. Lakin İranın məsuliyyətli və sivilizasiya baxışı bu ölkənin indiyədək onun qonşuluq imtiyazlarından strateji faydalanmasına səbəb olmuşdur. Bu yanaşma ilə Ermənistanın enerji ehtiyacı təmin olmuşdur. İran qazının Ermənistana nəqlinin heç bir iqtisadi məntiqi olmasa da, qonşuluq mülahizələri buna üstün gəlmişdir. İranın tranzit xidməti bu ölkəni blokadadan xilas etmişdir. Siyasi xidmətlərinin də öz yeri vardır. Tehran heç vaxt beynəlxalq və daxili sahələrdə bu ölkəyə işğalçı kimi baxmamışdır, şimal qonşuları olan Azərbaycan və Ermənistan arasında ayrıseçkilik etməməyə səy etmişdir, Qarabağ münaqişəsinin həllini də beynəlxalq hüquq və regional təhlükəsizlik çərçivəsində izləmişdir. Bunun qarşısında gözlənti Ermənistanın da İranın strategiyasını nəzərə alması, beləliklə, İranın insansevərlik və xeyirxahlıq dəstəklərinə qanunilik bəxş etməsi idi. Lakin təəssüflər olsun ki, bugün Ermənistan Amerikanın ən böyük səfirliklərindən birinə qeyri-ənənəvi personalla birlikdə evsahibliyi edir. Üstəlik, Amerikanın dəstək verdiyi təqribən 200 qeyri-hökumət təşkilatı bu ölkədə fəaliyyət göstərir. Amerikanın cəmi 29 min kv.km ərazisi və 3 milyondan az bir cəmiyyəti, zəif və yoxsul iqtisadiyyata malik Ermənistanda bu miqyasda fəaliyyətinə nə bəraət qazandırmaq olar? Cavab çox sadədir: Amerika Ermənistanda Türkiyə, Gürcüstan və ya Azərbaycan əleyhinə casusluq etmir. Çünki Ermənistanla qonşu olan bütün bu ölkələrin hamısında səfirliyi vardır. Ermənistan ərazisindən yalnız İran əleyhinə istifadə edə bilər. Daha sadə desək, Amerikanın bu sayda (yüzlərlə nəfər) kadrın işlədiyi səfirliyin xüsusi vəzifəsi İran əleyhinə təhlükəsizlik təxribatçılığı yaratmaq məqsədi daşıyır.
Digər tərəfdən İrəvan sionist rejimi ilə münasibətləri genişləndirməklə İranın Ermənistanla sağlam anlaşma səhnəsinə digər bir xaos amili daxil edir. Sionist rejimi Ermənistanla əlaqələri artırmaqda İranın maraqları əleyhinə təxribatçı hərəkətdən başqa bir mənfəət güdmür. Çünki Ermənistanın sionist rejimindən silah almaq üçün nə lazım olan maliyyə imkanları var, nə də onun iqtisadi mənbələri Təl-Əvivin diqqətini çəkmir.
Deməli, İrəvan üçün strateji baxışdan bir neçə element mühüm ola bilər:
1. Cənubi Qafqazın təhlükəsizlik dairəsi, İranın dərhal və bilavasitə dairəsidir. Bu regionda sakitlik və təhlükəsizlik İran üçün strateji əhəmiyyət daşıyır. Sionist rejiminin xaosyaradıcı element kimi bu dairəyə daxil olması qəbuledilməzdir. Digər tərəfdən bu rejimlə əlaqələri genişləndirmək qonşuluq münasibətlərinə ziddir və İranın rəsmi ideologiyasına qarşı çıxmaq sayılır. Bunun anlaşmalarda mənfi təsirləri olacaq.
2. İranın Ermənistanla münasibətləri mədəni və geopolitik mülahizələr əsasında dərinləşib. Bu münasibətlər Cənubi Qafqazın mürəkkəb mühitində Ermənistanın siyasi sektoru üçün strateji mahiyyət daşıyır. Əgər bu güvənlik İrəvan və onun qərbyönümlü dövlətinin hərəkətləri nəticəsində itirilsə, Ermənistan ona alternativ bir strategiya tapa bilməyəcək.
3. Strateji müdriklik tələb edir ki, İrəvan sionist rejimlə münasibət qurmaqdan çəkinsin və heç bir vəchlə sionist rejimin qurum və səfirliyinin Ermənistanda fəaliyyətinə icazə verməsin. Çünki bu məsələ İran-Ermənistan sərhəd coğrafiyası böğazını təhlükəsizlik oyunlarına çəkə bilər.
4. İranın milli təhlükəsizlik zərurətləri hökm edir ki, yarana bilən təhdidlər qarşısında təsirli addımlar atılsın. Bu yanaşmada alətlər və lazımi iradə həmişə olub və var. İran öz ətrafındakı mühitdə anti-təhlükəsizlik proseslərini nəzarətə almaq qüdrətinə malikdir. İrəvan vurğulanan qərəzli siyasətə təkid etsə, İranın yanaşması bu ölkənin Qarabağ böhranında və digər problemli məsələlərində mənalı transformasiya və dəyişikliyə düçar ola bilər.
Müəllif: doktor Rəhmətullah Fəllah, Qafqaz məsələləri üzrə ekspert