BMT-nin Azərbaycanda həyata keçirdiyi layihələr arasında Ümumdünya Ərzaq Pproqramı daha effektiv olub
Azerbaijan Servisi/Aran Agentliyi
BMT-nin Ərzaq Proqramı bu həftə Azərbaycandakı ofislərini rəsmi şəkildə bağlayacaq. Bu barədə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi və BMT İnkişaf Proqramının nümayəndəsi Bruno Pueza jurnalistlərə bildirib. O, qeyd edib ki, ölkəni çox əminliklə tərk edirlər: «Çünki Azərbaycanda həm maddi, həm də kifayət qədər insan resursları var və bu, qaçqın və məcburi köçkünlərin yerləşdirilməsinə, onlara müvafiq yardımın edilməsinə zəmanət verir».
B.Puezanın sözlərinə görə, bundan sonra qaçqınlara bu yardım hökumət tərəfindən davamlı şəkildə verilə bilər: «Biz inanırıq və əminik ki, qaçqın və məcburi köçkünlərə hökumət yardım edəcək. BMT buna əmin olduqdan sonra Azərbaycanda Ərzaq Proqramının fəaliyyətini dayandırıb». O qeyd edib ki, BMT-nin Azərbaycanda həyata keçirdiyi layihələr arasında Ümumdünya Ərzaq Pproqramı daha effektiv olub