Tarix : 2020 Sep 10
Kod 60232

Azərbaycan-Türkiyə media platformunun PERSPEKTİVLƏRİ – Ortaq dil, yeni üzvlər, koordinasiya mərkəzi...

entyabrın 7-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi etdiyi nümayəndə heyətinin iki ölkə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək məqsədi ilə Türkiyəyə səfəri gerçəkləşib.

Arannews-Birgə toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyə-Azərbaycan Media Platformasının yaradılması üçün razılığa gəldiklərini açıqlayıblar.

İki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək təşəbbüsü Milli Məclisin jurnalist deputatları da dəstəkləyiblər. 

 danışan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlunun fikrincə, Türkiyə Azərbaycan media platformasının yaradılması oduqca strateji əhəmiyyətli bir qərardır və hər iki dövlətin əslində isə bir millətin maraqları baxımından olduqca uzunmüddətli perspektivlərə hesablanıb:

“Məsələ ondadır ki, post-modernist cəmiyyətlərin əsas səciyyəvi xüsusiyyətlərindən biri onun informasiya cəmiyyəti olmasındadır . Hazırda qloballaşan dünyada da inteqrasiyanı və maraqları təmin edən əsas platformalardan biri kimi informasiya platforması çıxış edir:

“Belə olan halda qlobal informasiya məkanında daha böyük və daha effektiv platformaya sahib ola bilmək elə daha güclü olmaq deməkdir. Üstəlik iki qardaş ölkənin vahid media platforması həm də hər iki medianın tarixən ənənəvi olaraq güclü olduğu platformalarda da onları güclü edəcək və inteqrasiyasını sürətləndirəcək. Məsələn, Azərbaycan mediası ənənəvi olaraq rusdilli media mühitində özünü rahat hiss edə bilir və qardaş ölkənin informasiya maraqlarını bu platformaya daşıya bilər. Türkiyə mediası isə ingilis və fransız dilli media platformasında ənənəvi yerə malikdir və o da həmin platformada Azərbaycanın informasiya maraqlarının yerinə gətirilməsini təmin edə bilər. Bu isə artıq təkcə informasiya mübadiləsi hadisəsi deyil, medianın timsalında daha üstün yumşaq gücə sahib olmaq deməkdir”.

Baş redaktorun sözlərinə görə, prezidentin köməkçisi Hikmət Hacıyevin haqlı olaraq dediyi kimi, televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol olacaq:

“Ancaq bu da məsələnin hamısı deyil. Çünki Türkiyə Azərbaycan media platforması düşünüldüyü kimi reallaşdırıldığı təqdirdə özünə yeni-yeni tərəfdaşlar da cəlb edəcək. Məsələn, növbəti mərhələdə bu platformaya Türk Şurasına üzv olan digər qardaş ölkələrin də mediası qoşula bilər. Eyni zamanda ortaq maraqları olan digər dövlətlər, Gürcüstan, Ukrayna, Macarıstan və s. kimi ölkələr də bu platformada tərəfdaşlıq edə bilərlər. Ancaq bunun üçün bir sıra məsələlərə kiçik korrektələr də edilməlidir. Çünki ortaq media platformasının yaradılması bunu zəruri edir. Bunlardan biri ortaq türk dilinin sürətlə formalaşmasına mane olan baryerlərin aradan qaldırılmasıdır . Məsələn türk film və seriallarının Azərbaycan televiziyaları və kinoteatrlarında tərcümə edilərək verilməsi doğru deyil. Eləcə də nail olmaq lazımdır ki, Türkiyədə Azərbaycan filmləri yayımlansın və bu tərcüməsiz , uzaqbaşı altyazı uyğunlaşdırılması ilə verilsin. Beləliklə, ortaq media platformasının ortaq dili də formalaşsın ki, ortaq məqsədlərimizin daha sürətlə və daha effektiv şəkildə reallaşmasını təmin etsin. Əgər buna nail ola bilsək inanın ki, qısa müddətdə dil, ictimai diplomatiya, ədəbi- bədii mühit, mədəniyyət və mənəviyyat, turizm, texnologiyalar, elmi texniki tərəqqi və s. kimi sahələrdə elə perspektivlər yaranacaq ki, bunlar sözün əsl mənasında bir millət dediyimiz millətin ən yeni tarixində növbəti təkamül hadisəsinə səbəb olacaq. Ona görə, Türkiyə-Azərbaycan Media Platformasının yaradılmasını yalnız alqışlamaq olar”.

Deputat, “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyevin sözlərinə görə, Azərbaycan Türkiyə münasibətləri bu gün yüksək inkişaf mərhələsindədir:

“Adətən belə ifadə səsləndirilir ki, xarici siyasətdə dostluq, qardaşlıq məsələsi yoxdur. Biz bu məfhumu tamamilə dağıtmışıq. Türkiyə və Azərbaycan bir çox sahələrdə qardaşlıq prinsipindən çıxış edir. Bizim ümumi maraqlarımız, eyni zamanda mədəni, siyasi, iqtisadi, hərbi cəhətdən birliyimiz,  əlaqələrimiz həddindən artıq çoxdur. Məhz bunun idarə olunması koodinasiyalı təşkilata ehtiyac var. Mən düşünmürəm ki, platforma əsasən bu istiqamətdə məsələlərin həlli üçün bir koordinasiya yarada biləcək. Ona görə, təşkilatın faydası olacağını düşünürəm”.

(Modern.az)

  • Yazılıb
  • da (də) 2020 Sep 10
  • Göndərən جهان کمالی