Tarix : 2020 Sep 11
Kod 60234

Tale Bağırzadə Tofiq Yaqubluya azadlıq tələb etdi

Müsəlman Birliyi hərəkatının sədri Tale Bağırzadə Tofiq Yaqublunun həbsi və aclıq aksiyası ilə bağlı bəyanat verib.

Arannews-Rakurs.tv bəyanatı olduğu kimi təqdim edir:

"İnsanlığın gözü önündə sanki ölümə məhkum edilmiş Qarabağ qazisinin mövcud vəziyyəti haqqında danışmaq deyil, düşünmək belə çətindir. Aylarla saxta ittihamlarla saxlanılan bu dəyərli insanı sonunda heç bir günahı olmadan həpsə salmaq bir daha yalançı demokratiya və islahat immitasıyasının həqiqətini aydınladır. Ona verilən cəzaya haqlı olaraq aclıq edərək etirazını bildirən Tofiq bəyin vəziyyəti isə qəlb ağrıdır. Bu şəxsin günahı haqq-ədalət çağrışı etmək, cəzası ölümə məhkum olmaqdırsa, bu ölkənin gələcəyi haqqında hansı müsbət nəticəyə gəlmək olar? Ən acısı isə, ölkəmizin hələ də müharibə şəraətində olması, cəbhə bölgəsində vəziyyətin gərginləşdiyi halda vətənpərvər Qarabağ qazisi həbsə atılması və ölümlə baş-başa qoyulmasıdır.
Biz, bu halı qətiyyətlə pisləyir, Tofiq Yaqubluya qarşı atılan iyrənc ittihamları və bu ittihamlar əsasında verilən cəzanın dərhal ləğv edilərək, onun sərbəst buraxılmasını tələb edirik".

Tale Bağırzadə
Müsəlman Birliyi Hərəkatının sədri.
Qobustan həbsxanası".

  • Yazılıb
  • da (də) 2020 Sep 11
  • Göndərən جهان کمالی