Tarix : 2020 Sep 12
Kod 60239

Azərbaycanda 163 yeni yoluxma, 171 sağalma: 1 ölüm

Azərbaycanda koronavirus infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Arannews-Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  1 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 38037 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35 440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.

Ölkədə son sutka ərzində 7108, hazırkı dövrədək isə 995376 test aparılıb.

  • Yazılıb
  • da (də) 2020 Sep 12
  • Göndərən جهان کمالی