Tarix : 2020 Sep 13
Kod 60242

Tofiq Yaqublu təcridxanadan hospitala gətirildi

Hazırda həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Bakı İstintaq Təcridxanasından “City Hospital”a (Siti Hospital) gətirilib.
 
Arannews-Modern.az xəbər verir ki, bu barədə T.Yaqublunun qızı Nigar Həzi məlumat yayıb.
Qeyd edək ki, T.Yaqublu artıq 11 gündür ki, aclıq aksiyası keçirir.
Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
T.Yaqublu ittihamları qəbul etmədiyini bildirir.
Onun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
  • Yazılıb
  • da (də) 2020 Sep 13
  • Göndərən جهان کمالی