Tarix : 2020 Sep 13
Kod 60243

Qum Elmi Hövzəsinin Azərbaycan Respublikasının Ruhanilərin bəyanatı

İranda yaşayan Azərbaycan Respublikası tələbələrinin Fransız nəşrində Peyğəmbəri təhqir edən bəyanat
Arannews
Bismil-Cabbar
وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا ۗ وَلَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ
"...Əgər Allah insanların bir qismini (kafirləri) digər qismi ilə (möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahib və rahibələrin yaşadığı monastırlar), kilsələr, sinaqoqlar (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!" (Həcc sürəsi, ayə 40)
 
Son iki həftə ərzində, bütün dünyada "demokratiya" dəyərlərinin ardıcıl müdafiəçisi qismində çıxış edən qərbin Norveç, Avstriya və Fransa kimi ölkələrində müqəddəs İslam Peyğəmbəri və Allah Təalanın Peyğəmbərə vəhy etdiyi Qurani-Kərimin təhqir edilməsi, bir daha ABŞ, sionizim və qərb dünyasının radikal ruhiyyəli olduğunu, demokratiya pərdəsi altında İslama qarşı ədavətli savaşın aparılmasında israrlı olduqlarını ortaya qoydu. 
ABŞ və Skandinaviya ölkələrində bu cür düşmənçiliklər silsiləvi şəkildə hər il baş verməkdədir. Fransa isə "Charlie Hebdo" jurnallarında Böyük İslam Peyğəmbərinə (s) qarşı növbəti təhqirə keçdi. Nasizmin qalıqları sanki virus kimi dünya ictimaiyyətinə ziyan vurur.
İslam dinini təhqir etmək və müsəlmanlar əleyhinə irqçi və təhrikedici davranış  satanist yəhudi və xristian sionistlərinin partiya iclaslarında, televiziya müsahibələrində və mətbuatda tez-tez təkrarlanır. Bu təkrar təhqirlər insanları müsəlmanlar əleyhinə təhrik etmək, radikal qruplar və terrorçular tərəfindən müsəlmanlar əleyhinə cinayətlərin törədilməsinə səbəb olur.
Biz Qum Elmi Hövzəsinin Azərbaycan Respublikasının Ruhaniləri bildiririk ki, dini və etnik zəmində nifrət təbliğatı söz azadlığının təzahürü kimi qəbul edilə bilməz. Bu, kökündən yanlış yanaşmadır.
Bu anti-İslam siyasətlərdən əsas məqsəd isə sionist və imperialist dövlətlərin, dünya xalqlarının diqqətini Qərbi-Asiya (Livan, Suriya, Fələstin, İraq və Yəmən) ilə bağlı mənfur planlarından yayındırmaqdır.
Bəyanatımızın sonunda Ümümdünya Müsəlmanlarının Ali Lideri, İmam Xamenei həzrətlərinin məlum hadisələrlə bağlı İslam Ümmətinə buyurduqları çağırışına işarə edərək bildiririk ki, İslam Ümməti xüsusilə Qərbi-Asiya ölkələrinin müsəlman xalqları bu həssas regionun problemləri ilə bağlı ayıqlıqlarını qorumaqla yanaşı, Qərb siyasətçiləri və söz sahiblərinin İslama və müsəlmanlara qarşı düşmənçiliklərini əsla unutmamalıdırlar.
 
"Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir."
Talaq sürəsi, ayə 3.
 
                 Qum Elmi Hövzəsinin Azərbaycan 
                              Respublikasının Ruhaniləri
  • Yazılıb
  • da (də) 2020 Sep 13
  • Göndərən حامد پورعلی