Ermənistan hakim dairələrinin birbaşa göstərişi ilə Azərbaycanın maddi mədəniyyət nümunələrinə vandalizm aktları davam edir.
Arannews-Modern.az xəbər verir ki, bu dəfəki vandalizm aktı işğal altındakı Xocavənd rayonunda yerləşən Ktişvəng monastırına qarşı olub.
Eramızın VIII əsrində Alban hökmdarları tərəfindən inşa edilən monastır kompleks uzun illər boyu intensiv erməniləşdirmə siyasətinə məruz qalıb.
Son illər isə Qarabağdakı qondarma rejim rəhbərliyi Yerevanın göstərişi ilə monastırı baxımsız buraxaraq, onun murdarlanmasına rəvac veriblər.