Tarix : 2020 Sep 14
Kod 60246

A. Arutyunyan: "Qarabağda Livan ermənilərinin ilk ailələri yaşayır"

Araik Arutyunyan Qarabağda Livan koloniyasının yaradıldığını bəyan etdi Qarabağ separatçılarının lideri Araik Arutyunyan Facebook sosial şəbəkəsində Livandan ermənilərin Qarabağa köçürülməsi barədə video reportaj yayımlayıb.
"Arannews-Artıq Qarabağda Livan ermənilərinin ilk ailələri yaşayır. Bizim hökumət onlara öz imkanları daxilində yardım göstərir. Biz Qarabağda Livan-Ermənistan koloniyasının yaradılmasında və saxlanmasında maraqlıyıq", - deyə A.Arutyunyan yazıb. Xatırladaq ki, ötən gün erməni KİV-ləri livanlı ermənilərin daha bir ailəsinin işğal altında olan Dağlıq Qarabağa, Şuşaya köçdüyünü bildirmişdilər. Toni Həcərin üç nəfərdən ibarət ailəsi Beyrutda dağıdıcı partlayışdan sonra işğal olunmuş Dağlıq Qarabağa köçüb. Toni Həcər Qarabağda "məşğul olmağı planlaşdırdığı kulinariya layihəsi" olduğunu deyən aşpazdır. Qeyd edək ki, virtualaz.org Suriya və Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi mövzusuna dəfələrlə müraciət edib. Təxminən bir ay əvvəl biz Türkiyə-Azərbaycan Dostluq Cəmiyyəti başçısının müavini Sərdar Ünsalın bəyanatını dərc etmişdik. Sərdar Ünsal, Livanın Erməni İnqilabi Federasiyasının "Daşnaksütyun" Gənclər Təşkilatının, xüsusilə Beyrutdakı partlayışdan sonra ermənilərə böyük zərər vurulduğunu iddia edərək, livanlı erməniləri Qarabağda yerləşdirməyə hazırlaşdığını bildirmişdi. Onun sözlərinə görə, Ermənistan Qarabağda yaşayan ermənilərin sayını 300-500 minə çatdırmaq niyyətindədir. Məhz buna görə də Suriya, Livan və digər ölkələrdən olan ermənilər Dağlıq Qarabağda və ətraf rayonlarda fəal şəkildə yerləşirlər.(virtualaz.org)
  • Yazılıb
  • da (də) 2020 Sep 14
  • Göndərən جهان کمالی