Türkiyə, regionda sülh və əminamanlığın, təhlükəsizliyin tərəfdarı olan ölkələrlə həminə əməkdaşlıq edib və edəcək də
Turkyə Servisi/Aran Agentliyi
«Türkiyə, regionda sülh və əminamanlığın, təhlükəsizliyin tərəfdarı olan ölkələrlə həminə əməkdaşlıq edib və edəcək də». Bu bəyanatı Türkiyənin dövlət başçısı Abdulla Gül bu gün Qarsda, Bakı-Tiflis-Axalakalaki-Qars dəmiryolu xəttinin bu ölkədən keçəcək ərazisinin açılış mərasimindən sonra curnalistlərə verdiyi qısa müsahibədə deyib. Ermənistanlı müxbirin «Serj Sarkisyanın dəvətini alıb İrəvana gəlməyi düşünmürsünüz?» sualına isə Abdullah Gülün cavabı belə olub: «Mənim ölkəmin yürütdüyü siyasət çox şəffafdır. Əgər Ermənistan rəhbərliyi də bölgədə sülh, sabitlik və təhlükəsizliyin təminatına yönəlmiş siyasət aparacaqsa, onda əlbəttə ki, aramızda əməkdaşlıq mümkündür. Özü də, onu da əlavə edim ki, indi Qarsda mənim Azərbaycan və Gürcüstandan olan həmkarlarımın iştirakilə keçirilmiş bu möhtəşəm tədbir də məhz regionda əmin-amanlığın qurulmasına xidmət edir».