Tarix : 2020 Sep 18
Kod 60264

Tofiq Yaqublunun apellyasiya şikayəti məhkəməyə GÖNDƏRİLDİ - YENİLƏNİB

Müsavat Partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublu barəsindəki məhkəmə hökmündən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Arannews-Modern.az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov bildirib. E.Sadıqov əlavə edib ki, T.Yaqublunun səhhəti nəzərə alınaraq, məhkəmə prosesi sabaha təyin edilə bilər.

Onun sözlərinə görə, Tofiq Yaqublu barəsindəki cinayət işinə 28 sentyabr saat 15:00-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyilə baxılacaq.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, sürücüyə vintaçanla xəsarət yetirib.

T.Yaqublu ittihamları qəbul etmədiyini bildirir. O, hökmə etiraz əlaməti olaraq 16 gündür aclıq aksiyası keçirir. Vəkili hökmdən apellyasiya şikayəti verib.

Aclıqla əlaqədar səhhəti ağırılaşan T.Yaqublu 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülüb. Dünən “City Hospital”da vəziyyəti pisləşən T.Yaqubluya qan köçürülüb. O, “City Hospital”da tanınmış həkim Adil Qeybullanın nəzarətinə alınıb.

  • Yazılıb
  • da (də) 2020 Sep 18
  • Göndərən جهان کمالی