Tarix : 2020 Sep 19
Kod 60265

Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı məhkəmə iclası keçirilib

Arannews-islamazeri.com xəbər verir ki, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Vəkil Aqil Layic bildirib ki, məhkəmə Tofiq Yaqublu barəsində olan həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə qərar qəbul edib.

T.Yaqublu hazırda “City Hospital”dadır.

Təqsirləndirilən şəxsin digər vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki,T.Yaqublunun səhhəti imkan versə xəstəxanadan evə buraxılacaq, əks halda müalicəsi xəstəxanada davam edəcək.

Məhkəmənin növbəti iclası sentyabrın 28-ə təyin olunub.

  • Yazılıb
  • da (də) 2020 Sep 19
  • Göndərən جهان کمالی