Tarix : 2020 Sep 21
Kod 60274

Putin: “ABŞ-a görə hipersonik silahları inkişaf etdirməli olduq”

Rusiyanın prezidenti Vladimir Putin ABŞ-ın Ballistik Raket Əleyhinə Müqaviləsindən çıxdıqdan sonra, Rusiyanın hipersonik silahları inkişaf etdirməli olduğunu söyləyib.

Arannews-Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, NPO Maşinostroyeniya Raket Dizayn Bürosunun fəxri baş meneceri, raket istehsalçısı Gerbert Yefremovla video konfrans vasitəsilə danışan Putin, belə deyib: “ABŞ-ın 2002-ci ildə Ballistik Raket Müqaviləsindən çıxması Rusiyanı hipersonik silahların istehsalına başlamağa məcbur etdi. Bu silahı ABŞ-ın gələcəkdə bütün nüvə potensialımızı zərərsizləşdirə və təsirsiz hala gətirə biləcək bir strateji raketdən müdafiə sistemi yerləşdirməsinə cavab olaraq yaratmalıydıq”.

Putin Yefremov və həmkarları sayəsində mümkün mənfi ssenarinin reallaşmadığını qeyd edib.

Putin Rusiyanın 2001-ci ildən etibarən hipersonik silahlarının inkişafının qarşısını almaq üçün razılaşmalar əldə etmək üçün hər cür səy göstərdiyini, lakin cavab almadığını söyləyib.

Putin qeyd edib ki, Rusiya illərlə yeni silah istehsalı ilə əlaqədar digər ölkələri izləmək məcburiyyətində qalıb, ancaq bu gün tarixində ilk dəfə ən müasir silahlara sahibdir. Putinin fikrincə, inkişafları izləmək Rusiyanı çətin və hətta təhlükəli bir vəziyyətə salıb: “Bizi təhdid etdikləri və cavab verəcək bir şeyimizin olmadığı anlar oldu. İndi Rusiyanın müasir tarixində ilk dəfə davamlılığı, gücü, sürəti və ən əsası dəqiqliyi baxımından keçmişin və bu günün bütün silahlarından xeyli üstün olan ən müasir silahlarımız var. Bu gün heç kimdə belə silah yoxdur”.

Avanqard hipersonik raket sisteminin yaradılmasında əsas adamın Yefremov olduğunu söyləyən Putin, belə deyib: “Cənab Gerbert Aleksandroviç, bu ölkəmiz və onun təhlükəsizliyi üçün böyük bir hadisədir”.

  • Yazılıb
  • da (də) 2020 Sep 21
  • Göndərən جهان کمالی