Tarix : 2020 Sep 22
Kod 60280

Mövlud Çavuşoğlu: “Ermənistanı ağlını başına toplamağa, hücumlarına son verməyə çağırıram”

"Ermənistanı ağlını başına toplamağa, hücumlarına son verməyə çağırıram".

 Arannews-yerli bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu özünün "Twitter" səhifəsindən paylaşdığı açıqlamada belə yazıb.Nazir Türkiyənin haqlı mübarizəsində Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.M.Çavuşoğlu "Ermənistan təcavüzü nəticəsində bu gün şəhid olan kiçik çavuş Elşən Məmmədovun ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm", - deyə qeyd edib: "Bir qəhrəman Azərbaycan əsgərimiz şəhid olub. Şəhidimizə Allahdan rəhmət diləyirik, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı veririk".

  • Yazılıb
  • da (də) 2020 Sep 22
  • Göndərən جهان کمالی