Tarix : 2020 Sep 23
Kod 60283

Abbas Hüseyn həbsxanadan Aşura ilə bağlı yazdı

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn həbsxanadan məktub ünvanlayıb.

Arannews-Rakurs.tv məktubu olduğu kimi təqdim edir:

“Rəsmiləşdirilməmiş qalan ənənəvi irsimiz

Bu günki Azərbaycan dövlətinin milli dəyərləri inancından , dini dəyərlərindən qaynaqlanıb. Cəmiyyətdə insanların bir-birinə baxışı, yardım sevənliyi, mehribanlığı, qınağımız, fədakarlığımız və milliyyətimizlə bağlılığın hər bir əsası dini inancımızdan yaranıbdır. Hətta
 tarixdə milli kimliyimizlə dəfələrlə dövlət kimi formalaşmağımız dini dəyərlərə bağlılığından təkan tapmışdır. Bu gün də dövlət olaraq bir çox xalq ənənələri ilə dünya dövlətlərində, təşkilatlarında tanınırıq.

Dünyada bütün ölkələr, eləcə də bizim dövlətdə də, bir çox ənənəvi dəyərlərimizdə millətin dəyər verdiyi dəyərlərə sahib çıxılmağa çılışılır. Hər yerdə həmin dəyərləri qanuni hüquqi baxımdan müdafiə edir. Yerli və beynəlxalq qeydiyyata salır. İstər bu bayram (Novruz bayramı, Qurban bayramı) olsun, istər yemək (lavaş, dolma, plov), əşya (musiqi alətləri, kəlağayı), tarixi binalar olsun. Aşura da bu dövlətin və millətin əsrlərdi ki, yaşatdığı anım mərasimidir. Buna görə də bu millətin keçirdiyi Aşurada qanuni və hüquqi baxımından sahib çıxılmalıdı. Çünki həmin o gündür ki, əsrlərdi ki, keçirilərək bizə qədər qalıbdır. 

Həmçinin bu elə bir tədbirdir ki, həm dindarı, həm dindar olmayanı birləşdirən, həm şiəsi, həm sünnüsünün, hər kəsin iştirak etdiyi eyni ortaq dəyərləri paylaşdığı mərasimdir. 
Sovet dövründə belə Aşura mərasiminin qarşısını almağa, unutdurmağa cəhd etsələr də, Allahın izni ilə xalqı ənənəvi Aşuradan ayıra bilmədilər. İnsanlara maneələr yaradılsa da, xalq mərasimdə iştirak edirdi. Aşura mərasimlərində iştirakına görə insanları məktəblərdən, işlədiyi yerlərdən çıxarılmaq təhdidi ilə və reallığı olsa da, xalqın Həzrəti Hüseynə (ə) olan sevgisini dəyişməyi bacarmadılar, inancları qıra bilmədilər.

Əsrlərdi ənənəvi surətdə bizə qədər gələn Aşura barəsində təkcə indiki yazar və şairlər deyil, bizlərin klassik şair və yazarlarımızda öz əsərlərindəki o şəxsi mədh edib matəmində öz üslub və kəlmələri ilə hüzn və kədərlərini bildiriblər. 

O zamanlarda da, indiki dövrdə də tanınmış şair və ustadlar, könüllü və təmənnasız yüzlərlə, minlərlə beyt-beyt şeirlər yazır, nəğmələr oxunur, nohələr deyilir. 

Aşuraya aid açılan süfrə bizim milli mətbəxdən sayılır. Aşuradan yaranan mədəniyyət bizlərin milli dəyərlərimizdə də yer alıb. Çünki Aşura hər kəsə qarşı mehribanlıq, sevgi, fədakarlıq, müqəddəslərə bağlılıq, dəyərlərə, bir-birimizə hörmət etməyin nişanəsidir. 

İlk dəfə böyük Azərbaycan dövlətini quran Şah İsmayıl Xətai O şəxsin özünə, matəminə rəsmi ehtiramlarını bildirib. Qurduğu dövlətində Onun adını uca tuturdu. Azərbaycan Cümhuriyətini şərqin ilk demokratik dünyəvi dövlətini quran dahi şəxslərin, bu dövlətin ilk təməl bünövrəsini Həzrəti Hüseyn (ə) kəlamlarından şualarla başladılar. Bunu Cümhuriyyətin qurucularından M.Ə.Rəsulzadənin və başqalarının çıxışlarında açıq görə bilərsiniz. Hz Hüseyn(ə) əsrlərdi ki, bu xalqın özünə qarışıb. Bu xalqda Həzrəti Hüseyn(ə) eşqi ilə alışıb. Bunu görmək də, hiss etmək də asandır. Bütün məzhəblər onu sevir. Hər kəs öz ailəsində öz övladına onun adını qoyur. Hətta müstəqilliyimizdən öncə 20 yanvar şəhidlərinin müsibətində və sonrakı Xocalı Soyqırımında xalq öz müsibət və dərdlərində Kərbəla hadisələrini də yad edərək Hz Hüseyni(ə) anaraq, onun ailəsini və dostlarının müsibətinə şərik olub. Elə bu səbəblər yetər və artar ki, millətin sevdiyi, nümunə götürdüyü Hz Hüseynin Aşurasını milli şəhidlər günü qeyd edək. 

Bu səbəblər kifayətdir ki, Aşura günü xüsusi gün kimi təqvimə salınsın. Çünki Aşura mərasimi bizim tarixi ənənəvi mərasimdir. Sevgidən formalaşan, haqqa bağlılığın bir modelidir. Bu ölkə xalqı əsrlərdi ki, o həzrəti sevdiyindən öz istəkləri ilə Aşura gününü hüzünlü saxlayır. Toy keçirməzlər. Millətin hər sinifindən olan insanlar hər yerdə olaraq, ortaq dəyəri verdiyi şəxslərin xatirəsini yad edir. 

Çünki Aşura insanları bir-birinə yaxın edən, diqqət göstərən, birləşdirən gündür. İstər kişi, qadın, uşaq, qoca, cavan, vəzifəli məmur ya da adi bir vətəndaş hər kəs eyni gündə o şəxsin hüzününə şərik kimi bir yerdə yığışır. 

Tarixi sənədlər deyir ki, Kərbəlada Hz Hüseyn(ə) dostlarının içində biri azəri türk olub ki, öz canından keçərək Peyğəmbər (s) övladını qoruyub. Onun yanında haqq uğurunda canını verməkdən çəkinməyiblər. 

Həmçinin bu dövlətin torpaqlarında Həzrəti Hüseyn(ə) xanədanından, ailəsindən gələn onlarla insanların qəbirləri əsrlərdi ki, bu xalqın inancı ziyarətgah yeridir. Elə bu səbəbdə bizlərə haqq qazandırır ki, bu günü milli matəm və milli şəhidlər günü keçirək.

 Nəinki ölkəyə, hətta bütüm dünyaya bildirməyə haqqımız çatır ki, Aşura günü elə həmçinin bizim şəhidlərin də günüdür. Bu gün - milli gündür, ənənələrdən gələn irsimizdir. Azərbaycan xalqı, dövləti əsrlədi ki, Novruzu, Qurbanı, Orucluq bayramlarını keçirir. O cümlədən onlarla bərabər Aşuranı da böyük bir izdihamla ölkənin hər yerində xalqın öz təşəbbüsü və təşkilatçılığı ilə qeyd olunur. Qeyd etdiyim bayramlarıın hər birinin bizim təqvimizdə xüsusi gün kimi qeyri-iş günü kimi qeyd olunub. Bütün bayramlar əsrlərdi ki, bizdə də keçirilsə də, lakin bu günlərin (bayramların) başlanğıcı bizlərin özümüzdən yaranan deyil. Həmin bayramları görüb, yaşayıb, sevdiymizdəndir ki, bizə qədər gəlib bizlər də qeyd edirik. Amma Aşura bayramlardan fərqli olaraq baş verdiyi anında bizlərdən birilərinin olması ilə həm də, əsrlərdi ki, sevdiymizdən, yaşadığımızdan, gördüyümüzdən haqqımız var ki, rəsmiləşdirilsin. Eləcə də bu ölkənin müsəlman çılığından bütün məzhəblərin Hz Hüseyn(ə) sevdiyindən haqqımız çatır ki, Aşuranı ümumi milli şəhidlər günü kimi təqvimizdə qeyd edək.  

Aşura günü dindarlar və bir çox insanlar mərasimdən sonra şəhidlərin ziyarətində olurlar. Əgər rəsmi dövlət səviyyəsində bu günü şəhidlər günü kimi qeyd olunsa, hər kəs olduğu yerdə unudularn və xatırlanan ümumi şəhidləri ziyarət etmək həvəsi olar, məqamlarına ehtiramlarını bildirər. Yüz illər də bundan öncə bizlərin bu gün varlığımız üçün canlarını verən şəhidlərin haqqına dəyər verib ruhlarını şad etmiş olarıq. Həmçinin də, Aşura o gündür ki, hər kəs bir bədən, bir ürək olur. Hər bir sinifin, məzhəbin nümayəndəsi Hz Hüseyn(ə) dostlarının anım mərasimində hərə bir iş görən olur. Kimisi könüllü və təmənnasız qan vermək aksiyasında, kimisi hüzün məclislərində, kimisi geyimində və göz yaşlarında, kimisi ehsan süfrəsi ilə. Ümumilikdə o gün hər kəs bir iş ilə Hz Hüseyn(ə) anır. Bu da Aşuranın bizim xalqla çox bağlılığı olduğunu göstərir. Aşura bizim mətbəximizdə, mədəniyyətimizdə, ədəbiyyatımızda, əqidəmizdə, teart tamaşalarımızda yer tapıb. Çünki Hz Hüseyn(ə) elə bir şəxsdir ki, hər kəs onu sevir. İndi elə bir şəxsi (Onu) tədris proqramlarında doğru tanıtdırsaq, o şəxsin Ali sifət və cəhətlərini tədris proqramlarında salınsa, hər bir yeni nəsil özünə onu nümunə götürəcək. 

Hz Hüseyn(ə) özünə nümunə götürən cəmiyyətə müsbət fayda verə biləcəkdir. Tədris proqramında orta əsrlər tarixində, ədəbiyyatımızda tarixdə bəzi adları keçən Qərbin və Şərqin görkəmli şəxslərinin həyatı barədə dəsrlik mövzuları vardır. Halbuki, onların çoxunun yaxından ya uzaqdan bu millətə və dövlətə özünə bağlayacaq bir şey yoxdur. Əgər bağlılığı olan Qərbli və Şərqli tanınmış bir şəxs olsa belə, millətin özünün Hz Hüseyn(ə) bağlılığı qədər yoxdur. Bu əsas söhbətlərə dayanaraq və həmçinin millətin dəyər verdiklərinə hörmətlə yanaşaraq, Hz Hüseyn(ə) həyatı barədə məlumatı, tarixin şəxsiyyətləri kimi bizlərin dərslik kitablarında, Aşuranı təqvimizdə rəsmiləşdirməyə, hüquqi baxımından qorumağa haqqımız və arzumuz var. 
Hz Hüseyn(ə) xalqın sevdiyi, Aşurası ənənəvi irsimizdir.

Mən inanıram ki, Aşura günü bir yerdə cəm olan yaxud müəyyən səbəblərdən (iş və xəstəlikdən) evində keçirən xalqın hər bir nümayəndəsi Hz Hüseyn(ə) kimi bir şəxsin kimliyini tədris proqramlarına örmək üçün salınmasını istəyər. Çünki o elə bir şəxsdir ki, hər kəs onu gözəl xüsusiyyətləri ilə tanıyıb sevir, məzhəbindən asılı olmayaraq ona göz yaşları axıdır. Hz Hüseyn(ə) tanımaqla insanlar öz vətənini, torpağını, sevdikləri hər şey üçün fədakarlıqdan çəkinməyəcəklər. Bu günə qədər mən tanıdığım onlarla, ümumilikdə, müstəqilliyimizdən bu yana, bəlkə də, yüzlərlə, minlərlə insan Hz Hüseyn(ə) eşqi və sevgisi ilə ayağa durub. Öz vətənini müdafiə edib. Həmin o şəhid anaların aşıladığı Hz Hüseyn(ə) sevgisi səbəbdir ki, insanlar öz canlarını sevərək, gülə-gülə vətəni üçün qurban etdilər. Hz Hüseyn(ə) kimliyi barədə evdən, ailədən daha çox məktəblərdə daha ali səviyyədə tanıtdırıla bilər. İnsanlar onu nə qədər çox tanısa, hər zaman millətini, dövlətini, torpağını, dəyərlərini sevəcəkdi. Ümumilikdə dövlət və millət olaraq daha böyük xeyir götürə bilərik. Unutmayaq ki, bu şəxs tarix boyu millətimizin hər təbəqəsinin sevdiyi şəxsdir.
O səbəbdən də, Aşuranı ümumi milli şəhidlər günü kimi qeyd etmək, Hz Hüseyn(ə) həyatını tədrisdə dərsliklərə salmaq olar. Bunu da deyim ki, Hz Hüseyn(ə) o zaman şəhid olsa da, bu zamana qədər sevilir.  Bu zamandan da Qiyamətə qədər də seviləcəkdir. O özü də insanları sevirdi, sevdiyi üçün də özünü fəda etdi. Buna görə də Allah onu insanlara sevdirir. İndi də Hz Hüseyn(ə) həyatı və şəxsiyyəti barədə bizim tədris proqramlarında salınmasının vaxtıdır. Bu şəxsin həyatı özü bir məktəbdir. Bütün insanlar sevilmək istəyir. Hz Hüseyn(ə) yaşayışı ilə insanlara öyrətdi ki, sevilmək istəyirsənsə, öncə başqalarını sevməyi öyrənməlisən. Özündən başqalarını sevən insan başqa birilərinə zülm etməz, eqoist olmaz, insanların rifahı üçün özünü xidmətçi bilər. 

İndi deyə bilərik ki, axı Aşura bitdi, arxada qaldı, indi niyə belə fikirli yazı gəldi? Düzdü, Aşura arxada qaldı, həm də qarşıdan yenidən gələcəkdi. Bu gün bizlər hər cəhətdən o mübarək günü müdafiə etməliyik ki, sabah bizə şirin, nöqsansız, tam problemsiz olsun. Hakimiyyətin daxilindəki bəzi “böyük mənəviyyatlı şəxslərin” yersiz qadağaları ilə üzləşməsin. Bu səbəblə də yek dillə təqvimə salınmasını istəməliyik. Bizdən öncə bu məsələni ölkədə içərdə və çöldəki, alim və ustadlar müdafiə etmişdir. 

Bu dəfə də bu bəndə öz milli bağlılığımız, məfkurəmiz əsasında müdafiə etmək istəyirəm. Əgər hamılıqla israrla istəsək, Allahın da bizə yar və yardımçı olacaqdır. Yorulmadan lazımi insanlara, dövlət orqanlarına, vicdanlı, mənəvi, dini dəyərlərə hörmət edən vəzifəli məmurlara müraciət etmək və tənbəllik etməyək ki, onlarda bu işdə yardımçı olsun. 

Ənənəvi irsimizi qorumaq ümidi ilə...

 

Abbas Hüseyn

  • Yazılıb
  • da (də) 2020 Sep 23
  • Göndərən جهان کمالی