Tarix : 2020 Sep 26
Kod 60296

Dr.Möhsün Səmədəfin Qarabağın azad edilməsi ilə bağlı mesajı

Qarabağ məsələsi Azərbaycan xalqı üçün tək ərazi məsələsi deyil, həm də bir milli qeyrət məsələsidir
Arannews
Bismi Rabbil Hüseyn!
Qarabağ məsələsi Azərbaycan xalqı üçün tək ərazi məsələsi deyil, həm də bir milli qeyrət məsələsidir. Hərçənd ki, tarixə nəzər salsaq, bizə hakimiyyət edənlərin siyasi zəifliyi və süstlüyü ucbatından, siyasi arenada lazımı tədbirləri vaxtında həyata keçirmədiklərindən, habelə, ziyalılarımızın səhnədə münasib mövqe tutub lazımınca söz demədiklərindən, torpaqlarımız illər boyu vəhşi erməni terrorçuları tərəfindən işğala məruz qalıb. Bunun müasir tariximizdə, yəni 1905,1918; 1948-1953 illərdə və hətta, son dövrlərdə, yəni 1988-ci ildə baş verdiyinə şahidik. 
Belə həssas məqamlarda dövlətimiz və xalqımız daha məsuliyyətli olmalı və torpaqlarımızın işğal olunmasına icazə verməməli idi. Lakin son işğalın nəticəsində bir sıra həmvətənlərimiz, ana-bacılarımız vəhşicəsinə şəhid edilmiş ya əsir götürülmüşlər ki, bu bizim heysiyyətimizə və qeyrətimizə ləkə gətirir. Biz onların intiqamını almalı və əgər hələ də əsirlikdə olanları varsa, azad etməliyik. Bilməliyik ki, bu təkcə Azərbaycan xalqının və həmçinin, dünya xalqlarının nəzərində deyil, İlahi dərgahda da vacib olan bir məsələdir. Biz bir müsəlman xalqı olaraq icazə verə bilmərik ki, Vətənimiz bir ovuc işğalçı tərəfindən illərlə qəsb edilib zülmə məruz qalsın və biz də bunu cavabsız qoyaq!
Mən Azərbaycan xalqına və cavanlarımıza öz təşəbbüsləri ilə səfərbərlik tələb edib bunu elan etdikləri üçün təşəkkür edirəm. Lazım olarsa, biz də zindandan öz övladlarımızın kənarında, vətənimiz uğrunda döyüşə getməyə hazır olduğumuzu bildiririk.
Azərbaycan dövləti bu taleyüklü məsələdə və bu tarixi anda öz ağır məsuliyyətini düzgün dərk etməli və düzgün qərarlar verməlidir. Əks təqdirdə və məsələnin uzanmasına bais olduqda, onlar Azərbaycan tarixi və Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyırlar və bunun cavabını verəcəklər!
 
Dr. Mövsüm Səmədov 
24/09/2020
  • Yazılıb
  • da (də) 2020 Sep 26
  • Göndərən حامد پورعلی