Tarix : 2020 Sep 27
Kod 60299

Ermənilərin növbəti təxribatı nəticəsində Azərbaycanın mülki əhalisi arasında itki və yaralılar var

Ermənistan silahlı qüvvələrinin bu gün səhər saatlarında törətdiyi təxribat nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var.

Arannews-APA-nın məlumatına görə, Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
ərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Bu kəndlərdə onlarla ev ciddi ziyan görüb. Öz şəxsi mülkiyyətində yaşayan insanlar yaralanıb və həlak olub.

  • Yazılıb
  • da (də) 2020 Sep 27
  • Göndərən جهان کمالی