Tarix : 2008 Jul 24
Kod 6030

İran xoşniyyətli olduğunu bəyan edib

Rəsmi Tehran İsraildən başqa bütün ölkə və təşkilatlarla müzakirə aparmağa hazırdır
Iran Servisi/Aran Agentliyi
Mahmud Əhmədnejad ABŞ-ın Cenevrədə iyulun 19-da Tehranla nüvə danışıqlarının növbəti raunduna öz elçsini göndərməsini yüksək qiymətləndirib.
    “Rəsmi Tehran İsraildən başqa bütün ölkə və təşkilatlarla müzakirə aparmağa hazırdır”. Bu sözləri İran prezidenti Mahmud Əhmədinejad deyib. Onun sözlərinə görə, Cenevrədə keçirilən iclasda Britaniya nümayəndəsini çıxmaq şərti ilə, bütün iclas iştirakçıları İranın nümayəndəsini və onun irəli sürdüyü təşəbbüsləri hörmətlə dinləyiblər. Prezident Əhmədnejad ABŞ-ın Cenevrədə iyulun 19-da Tehranla nüvə danışıqlarının növbəti raunduna öz elçsini göndərməsini yüksək qiymətləndirib və bunu müsbət addım adlandırıb. Onun sözlərinə görə, bu addım Amerikanın dünyadakı imicini bərpa edəcək. Lakin İran prezidenti xəbərdarlıq edərək deyib ki, Ağ ev əldə edilən kiçik uğuru öz yersiz iddia və bəyənatları ilə korlaya bilər.
    “Siz İran xalqının haqqlarını, ədaləti tanımaq, dünyadakı nüfuzunuzu bərpa etmək, İran xalqına qarşı 50 il ərzində həyata keçirilmiş cinayətləri aradan qaldırmaq istiqamətində müsbət addım atmısınız. Sizə müsbət addımınızı yersiz iddia və sözlərlə, imperialist dövrünün ədəbiyyatı və hədələmə ilə korlamamağı məsləhət görürəm”.
    Yasuc şəhərində minlərlə insan qarşısında çıxış edən Mahmud Əhmədnejad bəyan edib ki, heç bir dövlət danışıqlar aparmaq üçün İranın qarşısında şərtlər irəli sürə bilməz. O, lazım gələrsə, Tehranın özünün şərtlər irəli sürə biləcəyini əlavə edib. Bu arada ABŞ-ın dövlət katibi Kondoliza Rays İranı şənbə günü keçirilən danışıqlara ABŞ diplomatının qatılmasına baxmayaraq, qeyri-ciddi mövqe tutmaqda ittiham edib. Qeyd edək ki, Cenevrə danışıqlarında Amerika diplomatının iştirak etməsi İranın uranın zənginləşdirilməsinə razılaşacağı kompromis əldə olunacağı barədə gözləntiləri artırıb. Bunun əvəzində altılıq dövlətləri Tehran əlyehinə BMT təhlükəsizlik şurasında yeni sanksiyaların qəbul olunmasını təxirə sala bilər.
    Qeyd edək ki, indiyə qədər uranın zənginləşdirilməsini dayandırmaqdan imtina etdiyinə görə, təhlükəsizlik şurasında bu ölkəyə qarşı 3 dəfə sanksiyalar qəbul olunub. Lakin Tehran rəsmilərinin son bəyənatları İslam respublikası ilə ABŞ arasında 30 il əvvəl korlamış münasibətlərin normallaşması barədə ümidlər yaradıb. ABŞ-ın dövlət katibi Kondoliza Rays bəyan edib ki, altılıq dövlətləri İrana uranın zənginləşdirilməsini dayandırmaqdan ötrü verilmiş 2 həftəlik son müddətə ciddi yanaşır və əgər İran bu müddətdə danışıqlara başlamasa, bu dövlətə qarşi yeni sanksiyaların tətbiqi qaçılmaz olacaq.
  • Yazılıb
  • da (də) 2008 Jul 24