Tarix : 2020 Sep 27
Kod 60300

Azərbaycanda daha 108 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Arannews-Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 39 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 787-dir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 965, bu günə qədər isə ümumilikdə 1 095 543 test icra olunub.

  • Yazılıb
  • da (də) 2020 Sep 27
  • Göndərən جهان کمالی