Arannews-Islamazeri.com xəbər verir ki, bu Azərbaycan Müdafiə Nazirliyinin yaydığı son məlumatında deyilir.
Qeyd edilir ki, Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.
“Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.
Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.”, -deyə MN məlumatında deyilir.
Erməni təxribatına cavab olaraq Ordumuzun əks-həmlə əməliyyatı uğurla davam edir