Tarix : 2020 Sep 28
Kod 60304

Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib.

Bu barədə  Arannews- Müdafiə Nazirliyindən məlumat verilib. Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi düşməndən təmizlənib.Qeyd edək ki, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

  • Yazılıb
  • da (də) 2020 Sep 28
  • Göndərən جهان کمالی