Tarix : 2020 Sep 28
Kod 60308

Müdafiə Nazirliyi işğaldan azad olunan kəndlərin adlarını açıqladı

“Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub”.
Arannews-Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cərbayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib.
Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.
www.24news.ge
  • Yazılıb
  • da (də) 2020 Sep 28
  • Göndərən جهان کمالی