SSRİ-nin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü bu ölkə müstəqil olan vaxt Qarabağı da əhatə edirdi.
Arannews-Avrasiya məsələləri üzrə ekspert Bəhram Əmirəhmədyan mətbuata verdiyi açıqlamada deyib ki, Qarabağ münaqişəsinin həllində Minsk qrupunun uğursuzluğuna diqqət etməklə bu məsələ Təhlükəsizlik Şurasına, yeni və tərəfsiz təşkilata tapşırılmalıdır.
Əmirəhmədyan vurğulayıb: “İmperializm dövründə taleyin “təyin edilməsi hüququ” məsələsi irəli sürülürdü. İndi bu məsələdən Qarabağ barədə istifadə etmək istəyirlər, lakin bunun qanuni siması yoxdur. Bir ölkənin daxilində əgər hər bölgə taleyi təyin etmək haqqını iddia etsə, ölkənin ərazi bütövlüyü məsələsi sual altına düşür. BMT-də rəsmi olaraq tanınmış ölkə bir növ özünün ərazi bütövlüyünü qorumalıdır. SSRİ-nin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü bu ölkə müstəqil olan vaxt Qarabağı da əhatə edirdi.”