Tarix : 2020 Sep 30
Kod 60317

Doktor Mütəfəkkirazad: Ermənistan işğal etdiyi Qarabağ ərazilərindən çıxsın

Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində təmsilçisi doktor Mütəfəkkirazad Ermənistanı işğal etdiyi Qarabağ ərazilərindən çıxmağa çağırıb.
AranNews – Ruhullah Mütəfəkkirazad bu gün jurnalistlərə verdiyi müsahibədə Qarabağ münaqişəsi və Azərbaycanla Ermənistan arasında son günlərdə gedən döyüşlərə toxunaraq deyib: “Ermənistan BMT TŞ-nın 822, 853, 874, 884 saylı qətnamələrinə əsasən işğal etdiyi Qarabağ torpaqlarını tərk etməlidir.”
Doktor Mütəfəkkirazad bildirib ki, məzlumu müdafiə etməyi həmişə haqq bilmişik və onu müdafiə edirik, müharibənin bitməsinin zəruriliyinə təkid edirik.
Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində təmsilçisi transregional güclərin regiondan çıxmasının da vacibliyini vurğulayaraq deyib: “İslami Şura Məclis təmsilçiləri Qarabağda baş verənləri diqqətlə izləyirlər.”
R. Mütəfəkkirazad ölkələrin ərazi bütövlüyü, müstəqillik və süverenliyinin qorunmasına təkid edib, regionun təhlükəsizliyi üçün xoşagəlməz nəticələr yarada bilən hər hansı xarici müdaxilə barədə xəbərdarlıq edib.

 
  • Yazılıb
  • da (də) 2020 Sep 30
  • Göndərən جهان کمالی