İslami Şura Məclisində Kəleybər əhalisinin təmsilçisi Hüseyn Hatəmi: “Qarabağ İslam torpağıdır.”
AranNews – Hüseyn Hatəmi özünün Tvitter səhifəsində Qarabağda Azərbaycan və Ermənistan arasında gedən son döyüşlərə münasibət bildirərək yazıb: “Qarabağ İslam torpağıdır. Bu, bizim Vəliyyi-əmrimizin sözüdür, mötəbərdir, tarixi istinadlar əsasındadır və tezliklə İslam dünyasının ağuşuna qayıdacaq. Salam olsun onun şəhidlərinə və mücahidlərinə!”