Ermənistan baş naziri Nikol Paşinyan son 6 gündə 3-cü dəfə Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Arannews-Modern.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət müzakirə olunub. Putin yenidən döyüşlərin dərhal dayandırılması və Minsk Qrupunu həmsədr ölkələrinin birgə bəyanatı əsasında siyasi diplomatik danışıqların bərpasını vacib bilib. Müxtəlif formatlarda kontaktların davam etdirilməsi barədə razılıq əldə olunub” - deyə açıqlamada deyilir.