Tarix : 2020 Oct 03
Kod 60333

Hikmət Hacıyev: Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir.

Arannews-Modern.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.Onun sözlərinə görə, yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.

 

Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcəkdir

  • Yazılıb
  • da (də) 2020 Oct 03
  • Göndərən جهان کمالی