Tarix : 2020 Oct 05
Kod 60339

Təbriz, Azərşəhr, Üskünün millət vəkili:

İran öz sərhədlərində sionistlərin və təkfirçilərin hüzurunu heç vəchlə qəbul etməyəcək

Təbriz, Azərşəhr, Üskünün millət vəkili İranın öz sərhədlərində sionistlərin və təkfirçilərin hüzurunu heç vəchlə qəbul etməyəcəyini vurğulayraq deyib: “Azərbaycan xalqına heç bir köməyi əsirgəməyəcəyik və birinci Qarabağ müharibəsində çoxlu hərbi məsləhətçimiz Azərbaycanda idi.”
Arannews:xəbər verir ki, bu gün 4 oktyabrda Təbriz Universitetinin Qafqaz və Anadolu Mərkəzi, Təbriz Azad Universiteti və digər mədəni və araşdırmalar mərkəzlərinin iştirakı ilə “Qarabağ müharibəsi; narahatlıqlar və ümidlər” elmi konfransı keçirilib. Konfransda Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində təmsilçisi höccətül-islam Mirtacəddini Qarabağ müharibəsinin dini və tarixi aspektlərinə toxunaraq deyib: “Dini baxımdan vəzifəmiz müsəlman ölkələrini qorumaqdır. Qeyri-müsəlmanların İslam ərazilərinə istilasına yol vermək olmaz. Hər yerdə müsəlmanlar əleyhinə bir istila hərəkəti varsa, bütün müsəlmanlar buna qarşı mübarizə aparmalıdır.”
Seyid Məhəmmədriza Mirtacəddini Ali Məqamlı Rəhəbərin Qarabağın İslam torpağı olması ilə bağlı sözlərinə işarə edərək deyib: “Həmişə zalım qarşısında dayanmalı, məzlumu müdafiə etmək lazımdır. Aydındır ki, Qarabağ Ermənistan tərəfindən işğal edilib. İnsan haqları da bunu etiraf edir.”
Mirtacəddini xatırladıb ki, Konstitusiya islami ideya və dini təlimlərdən qaynaqlanmışdır və Konstitusiyanın 16-cı bəndi bu hökmə əsaslanır.
İslami Şura Məclisinin Yəmənin məzlum xalqına beynəlxalq yadımların edilməsi üçün bəyanat imzalamasına da toxunan təmsilçi deyib ki, əgər bu yardımlar vaxtında göndərilməsə, milyonlarla uşaq və qadının həyatı təhlükəyə düşəcək.
O daha sonra deyib: “Fələstin, Yəmən və Qarabağ məsələsi bir-birinə bənzəyir. Biz İmam Xomeynin (r) bizə göstərdiyi prinsip əsasında irəli gedirik.”
İslami Şura Məclisinin nümayəndəsi çıxışının digər hissəsində deyib: “Regionun mühüm fitnələrindən olan sionistlər Qarabağ münaqişəsinin əsas oyunçularıdır. Onlar Ermənistan və Azərbaycanın hər ikisinə silah satmaq, hər iki ölkə ilə siyasi münasibətləri möhkəmləndirmək və sair kimi ikili işləri ilə bölgədə fitnə yaradırlar.”
Mirtacəddini İran diplomatiyasını daha fəal olmağa və İranın öz sərhədlərində sionistlərin, təkfirçilərin və İŞİD-in hüzuruna dözməyəcəyini elan etməyə çağıraraq deyib: “Əlbəttə, bunu da vurğulayım ki, biz Azərbaycana heç bir köməyi əsirgəməyəcəyik. Birinci Qarabağ müharibəsində də bizim çoxlu hərbi məsləhətçilərimiz Azərbaycanda iştirak edirdi.”
Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində təmsilçisi İranın dörd əyalətinin imam cümələrinin birgə bəyanatına işarə edərək belə bir bəyanatın yayılmasını onların müdrikliyindən irəli gəldiyini bildirib və Ərdəbil imam cüməsinin təsirli çıxışlarına toxunaraq deyib: “Alimlər həmişə meydandadır. Hər yerdə ehtiyac olsa, vaxtında ora daxil olurlar. Bəzilərinin imam cümələrə qarşı təxribatçı hərəkətini başa düşə bilmirəm. Çünki alimlər İslam torpağı olduğu üçün müdafiə edirlər.”
Mirtacəddini çıxışının sonunda Azərbaycanın ərazi bütövlüyünün və şiələrin əlindən alınmış hüquqlarının müdafiəsinin vacibliyini, eyni zamanda bölgədə hər hansı fitnə yaradılması ilə mübarizənin zəruriliyini vurğulayıb.

 
  • Yazılıb
  • da (də) 2020 Oct 05
  • Göndərən جهان کمالی