Tarix : 2008 Jul 24
Kod 6034

İran və Qarabağ böhranı

.
Azerbaijan Servisi/Aran Agentliyi
Dr.Cavad Şərif Nejad
Tədqiqatçı, yazıçı, Universitet müəllimi
Xülasə
İranın fikrincə, Qafqaz məntəqəsinə təklif olunmuş hər hansı bir təlhükəsizlik layihələr, gərk İranın təhlükəsizliyini də nəzərə ala, xüsusi ilə məntəqədə xarici qüvvələrin yerləşdirilməsinin qarşısı alınmalıdır.buna görə də hər hansı bir ideya İranı nəzərdə almasa və ya xarici qüvvələr məntəqədə yerləşsə, İran bu ideyalara qarşı çıxacaqdır.İranın fikrincə, bölgədən kənar qüvvələr, o cümlədən Nato-nun yayılması və ATƏT-in şərqdə fəaliyyəti və ya keçmiş Sovet ittifaqqının əməkdaşlıq layihəsi- təhlükəsizliyi beynəlxalq bir anlayış kimi nəzərdə almış və məntəqənin təhlükəsizliyi dünya miqyasında izah edir- həm beynəlxalq aktyorların çoxluğu, həm də regiyon aktyorların kənarda qalması və bilavasitə Qavqazın qonşu ölkələri məntəqənin təhlükəsizliyini təmin edə bilməyəcək və məntəqədəki münaqişələri, o cümlədən Qarabağ münaqişəsini həll edilməyəcəkdir.
§ 20-ci əsrin əvvələri:Qarabağ məsələsinin peyda olunması:
19-cu əsrin sonları və 20-ci əsrin əvvələrində şərqi Anadoludakı Emənilər arasında millətçi və böyük Ermənistan ideyası geniş şəkildə yayılmışdır.bu ideyanın əsasında Anadolu və Qafqazdakı ermənilər arasında separatist hərəkatı zühur etdi.Ermənilər və Azərilər arasında olan ziddiyyətlərin müxtəlif səbəbləri var idi.o cümlədən, Mədni və məzhəbi sahələrdən başqa Azərbaycanın yeni təşkil olunmuş uğursuz və məhvedici burjuaziya rəqabətləri, təcrübəsiz Azərbaycan işçilərinin mənafeləri, erməni tacirlərlə toqquşması, əksər hallarda müsəlman kəndçilər şəhərdə yaşayan ermənilərlə düşmənçilikləri.
həqiqət bundadır ki, ermənilərin böyük əksəriyyəti Rusiyanı nicatverən tanıyırlar və buna görə də Ruslarla yaxın əlaqləri var.bu səbəbə görə, müsəlmanların ermənilərlə olan ziddiyyəti bundan irəli gəlirdi ki, onlar rusların 5-ci dirəyi olduğunu düşünürdülər.bundan başqa erməni, rus və müsəlman arasında olan iqtisadi bərabərsizlik səbəb olmuşdur ki, müsəlmanlarda ermənilərin və rusların əleyhinə qəribçilik hissi güclənsin. bundan çox öncə ermənilər rusların himayəsi nəticəsində iqtisadi baxımdan güclənmişdilər.1872-ci ildə neft yataqlarının hərracında Azərbaycanın səhmi 5 faiz, Ermənilər isə Azərbaycanlılardan 10 qat çox səhmi var idi.Azərbaycanda 167 neft kampaniyasından 49 xırda kampaniya Azərbaycanlılara aid idi.Ermənilərin varlı ailələri, o cümlədən Mirzayevlər, Mayilovlar, Liazanovlar, Tavtsiyanlar və Mantaşiyanlar böyük və orta kampaniyaların  55faizi onlara aid idi.
1900-cu ildə Bakı əyalətində olan sənaye fabrikalarından 29 faizi Ermənilərə və yalnız 18 faizi Azərbaycanlılara aid idi.iş sahəsində də bərabərzilik özünü göstərir.Bakı fəhlələrindən 17.5 faizini, 25 faizi isə məharətli işlərlə məşğul olan Ermənilərinin maaşı da çox idi.halbuki, bütün müsəlmanlar, o cümlədən Ləzgilər, Azərbacanlılar, İranlılar, Volqa Tatarlarının əksəriyyəti adi fəhlə(70 faizdan çox) və maaşları çox az idi.bu amillər səbəb olmuşdur ki, müsəlman-erməni arasında(o dövrün ifadə forması idi)münaqişə din və mədəniyyət sahəsindən başqa iqtisadi və siyasi səbəbləri də özündə əks etdirsin.
M.S.Ordubadi Azərbaycanın məşhur yazıçısı "Dumanlı Təbriz"adlı əsərində, özü yaxından bu hadisələrin şahidi olmuş və bu hadisələri "Qanlı sənələr"adlı kitabında əks etdirib.bu haqqda yazıb:-"çoxlu amillər Qafqaz hadisələrini yaradıb və bu münaqişə mətbuatda əks olunub və hə kəs münaqişənin səbəbini və öz nəzərini sübut etdirməyə çalışır1.
Yazıçı öz məlumatına əsaslanaraq Qafqaz münaqişəsində 4 amili mühüm sayır:
1.    "Daşnak"ların təşkili və istibdad dövlət tərəfindən idarə edilməsi
2.    Münaqişə zamanı məhəlli hakimiyyətin və dövlət məmurlarının etinasızlığı
3.    Müsəlmanların sadəlövlüyü və siyasi məsələlərdən xəbərsiz olmaları
4.    Ermənilərin müstəqilliyi və muxtariyyəti
Tarixi nöqteyi-nəzərdən Erməni və Azərbaycan arasında olan münaqişənin əvvəllərində daha çox məzhəb və dini məsələlər rol oynayırdı və milliyyətçiliyə heç bir aidiyyəti yox idi.M.S.Ordubadı həmin kitabda bu münaqişəni müsəlman və erməni münaqişəsi adlandırır.maraqlıdır ki, Erməni və Azərbaycan arasında olan münaqişə və sa. Adlandırmır.bu göstərir ki, indi bu münaqişə millətçilik ideologiyası əsasında ortaya çıxsa da, keçmişdə bu münaqişə daha çox din və məzhəb əsasındaydı.2
Erməni və Azərbaycan arasında olan birinci münaqişə Bakıda baş vermişdir.onun səbəbi erməninin vasitəsilə müsəlman bir cavanın ölməsi idi.1905-ci ilin Fevral ayının 6-da kənddən gəlmiş minlərlə Azərbaycanlı, şəhərdə yaşayan erməni mahallına hücum etdilər.bu hadisələr Fevral ayının 20 və 21-də kiçik miqyasda İrəvanda baş vermişdir sonra May ayında Naxçıvanda və İrəvan əyalətinin başqa rayonlarında və İyun ayının əvvəllərində Şuşada baş vermişdir.Avqust ayının sonlarında daha qızğın şəkildə münaqişələr oldu və Noyabr ayının 15-18-də Gəncədə və 21-də Tiflisdə baş vermişdir.sonrakı illərdə münaqişələr daha kiçik miqyaslarda baş vermişdir.bu münaqişələrdə 128 Erməni kəndi və 158 Azərbaycan kəndi qarət edilidi.ölənlərin sayı 3.100-10.000 nəfə kimi dəyişkən idi.araşdırmalar göstərir ki, ölən Azərbaycanlıların sayı Ermənilərdən çox idi.bu mövzu qərbdə əksinə yayıldı və bəzi ölkələrdə, o cümlədən ABŞ-da Azərbaycanlıların əleyhinə reaksiyalar başlandı.3
Hər iki tərəfin bəzi ziyalıları, xüsusi ilə Sovet hakimiyyəti təşkil olduqdan sonra, bu münaqişədə Rusları məhkum etdilər və çar dövləti ümumi etirazları və fəhlə hərəkatını, milli münaqişə adlandırmaqla bu hiylədən istifadə etdi.toqquşmalar 1906-cı ildə davam etdi, amma bu toqquşmalar İyul ayında azaldı.1917-1918-ci ildə təkrar başlandı.Bolşevik inqilabından sonra 1917-ci ildə Rusiyanın duması dağıldı və Qafqaz nümayəndələri Rusiyanın dumasında Qafqaz xaricində federasiyanı təşkil etdilər.bu dövürdə Rusiyanın hakimiyyəti Bolşeviklərin əlindəydi.bu hakimiyyət dövlətində olan çatışmazlığa görə "Millətlər öz talelərini təyin etmək"bəyaniyəsini verdi və bu yolda millətləri təhrik etdi və alqışladı.bu şəraitdə ermənilər "Daşnaklar"partiyasının sayəsində silahlandılar və bir sıra hücumlar Azərbaycana etdilər. çar dövründə Azərbaycan əhalisi müsəlman olduqlarına görə orduya daxil ola bilmirdilər və hərbi təhsilləri də yox idi və bu mövzu təşvişə səbəb olmuşdur.belə ki, 1918-ci ilin Mart ayında Bakıda ermənilərin azlığına baxmayaraq, bu şəhər az qüvvə ilə fəth edildi. Bununla belə, hətta Azərbaycan müstəqil olduqdan sonra Qarabağ Azərbaycanın bir hissəsi idi.1920-ci ilin Yanvar ayının 20-də "Sülh"adlı konfrans təşkil olundu və Azərbaycanın müstəqilliyini və Qarabağ bu respublikanın bir hissəsi olduğunu qəbul etdi.beləliklə, Azərbaycanın Qarabağa olan hakimiyyəti dünya tərəfindən qəbul edildi.1919-cu ilin Avqust ayının 15-də Qarabağ ermənilərinin 7-ci konfransı təşkil olundu.burada Qarabağın Azərbaycanlı olan icra hakimiyyəti Sultanovla, ortaq bir şuranın təşkil edilməsinə razılaşdılar.4
Qızıl ordu tərəfindən Azərbaycan işğal edilənə kimi 1920-ci ilin Aprel ayının 27-də  bu ərazi Osmanlı və İngiltərin işğalındaydı.hər iki dövlət Qarabağı Azərbaycanın bir hissəsi olduğunu qəbul etmişdilər və ermənilərin istəyinə (Qarabağ onlara birləşməsinə)rədd cavab vermişdilər.İngiltərənin generalı Tamson 1919 -cu ilin ortalarında Qarabağ və Zəngəzurun Azərbaycan ərazisində qalmasına qərar verdi və Sultanovu bu bölgənin hakimi təyin etdi.5
Bu dövürdə Qarabağ erməniləri bir neçə iqtişaşa səbəb oldular, ancaq bir şey hasil olmadı.1920-ci ilin Aprel ayında Bolşeviklərin himasi nəticəsində üsyan etdilər.Azərbaycan ordusu bu üsyanı sakitləşdirmək üçün Qarabağa getdi, ancaq Bakıda olan bolşeviklərin adamları bu şəhəri işğal etdilər.bu hadisədə çoxlu insan öldürüldü.bir sıra məlumata görə, 500 min nəfərə yaxın Azərbaycanlı Qarabağdan və Ermənistandan köçdülər və bir çox insan həlak oldu.Korkodiyan "1831-193-ci illərdə Emənistanın cəmiyyəti"adlı kitabında yazır:"- 1920-ci ildə Ermənistanda Daşnakların soyqırımı nəticəsində yalnız 10 min nəfər Azərbaycanlı ölkədə qaldı.bu hadisədən sağ qalanların 60 min nəfəri qayıtdı və 1922 –ci ildə onların sayı 72.596 nəfərə çatdı.bu fakta əsasən, bu nəticəyə gəlmək olar ki, bu hadisədə 500 min nəfər öldürülmüşdür".6
§ 20-ci əsrin sonları :Qarabağ böhranı :
Ermənilər 80-ci illərin ortalarına qədər müxtəlif səviyələrdə çalışırdılar ki, Qarabağı ermənistanın ərazisinə daxil etsinlər.ermənilərin fikrincə, Osmanlı dövlətinin soyqırımı, 1988-ci ildə Ermənistanda başvermiş fəlakətli zəlzələnin psxi təsiri, böyük Ermənistanın təşkili, dünyanın müxtəlif ölkələrində Ermənilərin güclü diasporasının bərpası və qərbi ölkələrin və Rusiyanın xarici siyasətində bu qrupun güclənməsi və nəhyət erməni ziyalılarının radikallaşması və solçu olmaları və ifratçı partiyaların, o cümlədən "Daşnakların"yayılması, 1980-ci ilin ikinci yarısında Qarabağın işğalına səbəb oldu.7
1980-ci ilin ikinci yarısındaErməni yazıçılarının hamısı bu qərara gəldilər ki, məktublaşanda Azərbaycan ünvanının əvəzinə "Ermənistanın Qarabağı"yazsınlar.1984-cü ildə Zori Balayan "Literaturnaya"adlı qəzetin erməni jurnalisti "Yanvar"adlı kitabı Rus dilinə nəşr olundu.həmin kitabda Azərbaycan ərazisinə olan iddialara görə Azərbaycan Respublikasında sərt reaksiyalara səbəb oldu, ancaq Azərbaycan dövləti ziyalılara təziq göstərərək, bu reaksiyanın qarşısını almağa çalışdı, o cümlədən indiki "Müsavat" partiyasının lideri və Elmlər Akademiyasının Tarix fakültəsinin tədqiqatçısı olan İsa Qənbərin kitabı qadağan edildi.8
1985-ci ildə Mixayıl Qorbaçovun hakimiyyəti zamanı prostrika və glasnost (yenidən təşkilatçılıq və aydınlatma)dövrü başlandı.Qorbaçov sosiyalizmalizmə və birliyə zidd olan millətçiliyə bir maneə kimi baxırdı.buna görə də, paytaxtdan respublikalara və respublikalardan paytaxta müdirlər göndərirdi və çalışırdı məhəlli mədəniyyətdən üstün olan proletar mədəniyyəti təşkil etsin.9
Ancaq bu dövürdə olan nisbi azadlıq səbəb oldu ki, Ermənistanın arzusu (Qarabağın birləşməsi)canlansın.Qarabağın ermənistana birləşmə təklifi ilk dəfə 1987-ci ilin Noyabr ayında Qorbaçovun Fransaya səfəri zamanı Maliyə naziri Abel Agganbekyan mətbuat konfransında bəyan etmişdir.10
Onun ardınca 1988-ci ilin Fevral ayının 13-də dağlıq Qarabağ muxtar respublikasının dövləti müəssisələrində Sovet Ermənistan sosialistının bayrağı yüksəldi.Azərbaycanlıların əleyhinə çalışmalar, xüsusi ilə Fevral ayının 20-də Qarabağın Ermənistana birləşməsi haqqında layihənin təsdiq edilməsi səbəb oldu ki, Azərbaycanda bir sıra etirazlar olunsun. Fevralın 2-də Sovet Birliyinin Mərkəzi Komitəsi iclas təşkil etdi və Ermənilərin istəyini rədd etdi. Qarabağın Əsgəran rayonunda Erməninin vasitəsilə bir Azərbaycan cavanının öldürülməsi, səbəb oldu ki, bir sıra şayiələr yayılsın, o cümlədən Qorbaçov ermənilərə söz verib ki, Qarabağı onlara verəcək.ermənilər, Ermənistanın Zəngəzur və Göyçə mahallarında yaşayan Azərbaycanlılara dəfələrlə hücumları və bunun ardınca 230 min nəfərin zorla Bakı və Sumqayıta köçürülməsi, bu iki şəhərdə ixtişaşlara səbəb olmuşdur. Bu ixtişaşlarda 32 nəfər, o cümlədən 6 Azərbaycanlı və 26 Erməni öldürülmüşdür.11
Fasiləsiz etiraz aksiyaları səbəb oldu ki, Sumqayıtdakı "Kommunist"partiyasının yüksək məqamları istefa versinlər.1988-ci ilin Mart ayının sonlarında mərkəzi dövlət 7 illik bir layihə təsdiqlədi, bu layihəyə əsasən dövlət Qarabağda məktəblərin remontuna, tikilməsinə, xəstəxana, zavod və yolların çəkilməsinə 400 milyard rubl pul ayırdı.amma "Kommunist"partiyası, sərhədlərdə hər hansı bir dəyişiklik Azərbaycanın razılığı əsasında olacaqdır.bu işlərin ardınca İrəvanda və Qarabağda qanunsuz etiraz aksiyaları və "Qarabağ Komitəsi"-nin fəaliyyətləri qeyri-qanuni elan edildi.1988-ci ilin May ayının 17-də Sumqayıt hadisələrinə dair təşkil olunan məhkəmənin rəyinə görə İrəvanda etiraz aksiyaları keçirildi və bütöv Xankəndi tətil oldu.12
1988-ci ilin Yanvar ayının 12-də "Qarabağ Muxtar Respublikası"nın yerli parlamenti Azərbaycandan ayrılma layihəsini təsdiqlədi.onun sabası Azərbaycanın rəsmi şurası bu qərarı etibarsız elan etdi.bu hadisələrdən sonra Sovet ittifaqının şurası iyul ayının 18-də məntəqədəki hadisələri araşdırmaq üçün iclas keçirtdi.bu iclasda Qorbaçov Qarabağ məsələsini qəbul etməklə söz verdi ki, Azərbaycanın ərazi bütövlüyünü nəzərə almaqla bu məsələni həll etsin.bu iclasın qərarı 1988-ci ilin iyul ayının 20-də "Kommunist"adlı qəzetdə nəşr edildi:-" Konstitusiyanın 78-ci maddəsinə əsasən Sovet ittifaqı ölkələrin razılığı olmadan Sovet respublikalarının sərhədlərini dəyişdirə bilməz.Azərbaycan və Ermənistanın sərhədlərini dəyişdirmək və Qarabağı Ermənistanın tərkibinə daxil etmək qeyri-mümkündür."13
Həmçinin bu bəyaniyədə, Azərbaycan və Ermənistan dövlətlərindən istənilmişdir ki, Qarabağ məsələsinin həllində bir-birləri ilə əməkdaşlıq etsinlər.bu qərar Ermənilərin narazılığına səbəb olmuşdur.Qorbaçov Sovet hakimiyyətində olan başqa prezidentlər kimi Sovet ölkəsində olan hər hansı bir milli məsələni inkar etdi.o, öz kitabında yazıb:"-əgər millətlərin məsələsi kökündən həll olmasaydı, Sovet ittifaqı bugünkü ictimai, mədəni, iqtisadi və müdafiə sahəsində olan inkişafı əldə etməzdi.əgər respublikalarda birlik olmasaydı, bizim dövlətin davamı olmazdı."14
O, Marksism və Lenisism üsulundan boyun qaçırmağın nəticəsində Qarabağ məsələsinin əmələ gəldiyini söylədi.o, nikbin olmaqla Qafqaz millətlərindən istədi ki, millətlər arasında olan düşmənçiliyə son qoysunlar və bir-birləri ilə dostluq etsinlər.o, hər iki respublikanın məhkum etdi ki, Leninin üsuluna-harada yaşamaq mühüm deyil, necə yaşamaq mühümdür, əməl edərək sosialisti üsulu canlandırsınlar.o, Leninin fikirlərinə istinad etməklə və səbirlə münaqişəni həll etmək istəyirdi.15
Bu bir həqiqətdir ki, birinci mərhələdən başlayaraq, Qorbaçov, vasitəçilik əvəzinə məsələni həll etmək istəyirdi və şayəd başqa nəticələrdə əldə olunurdu.Dimetri Fomenin fikrincə, əgər mərkəzi dövlət münaqişənin əvvəllərindən başlayaraq qantökülmənin qarşısını alsaydı, Azərbaycan və Ermənistanın daxilində olan iki güclü partiya məsələni demokratiya və konstitusiya yolu ilə həll edə bilərdi və ən azı münaqişə yaranmazdı.16
Moskov gah Ermənidən, gah da Azərbaycandan himayə edirdi.bu mövzu göstərir ki, mərkəzi dövlət bu məsələnin qarşısında passiv idi.mərkəzi dövlətin vasitəçiliyi münaqişənin həlli üçün deyildi, bəlkə öz hakimiyyətini qorumaq üçün çalışırdı.mərkəzi dövlət sülh və danış yolu ilə bu məsələni həll edə bilmədi və hər iki dövlət mərkəzi dövləti ikiüzlülüyə məhkum etdilər.Ermənilərin fikrincə, 20-ci onillikdə Sovet hakimiyyəti münaqişənin həllində (Ermənistanın tərkibinə daxil olmasına) heç bir yardım etməməsi və Qarabağda Sovet qüvvələrin hüzuru göstərir ki, mərkəzi hakimiyyət vicdanlı deyildi. Azərbaycan rəhbərləri mərkəzi dövləti məhkum edirdilər ki, K.G.B-nin planlarının əsasında ermənilər ərazi iddialar edirlər.Qorbaçov hər iki dövlətin narazılığından nigaran idi.17
1988-ci ilin dekabr ayının 7-də Ermənistanda baş vermiş zəlzələdə Sovet ölkəsinin vəziyyəti dünyaya məlum oldu və Ermənistanda yeni siyasi vəziyyət yarandı. Bu zaman iki teleqraf yayıldı, iddia edildi ki, Bakıdan göndərilib.Azərbaycan tərəfi isə, Erməni radikallarının hiyləsi adlandırır.Ermənistan, Azərbaycan xalqını, Azərbaycanın əleyhinə və öz işlərinə bəraət qazandırmaq üçün bu teleqramları yaymışdılar.bu teleqramlar Ermənistanda etiraz aksiyaların yayılmasına, Qarabağda və Ermənistanda Erməni qrupların birləşməsinə səbəb oldu. Azərbaycanın əleyhinə keçirilən aksiyalarda Ermənilərin dini rəhbərləri də iştirak etdilər və bu münaqişəyə din və milli məsələləri də daxil etdilər.bir tərəfdən də, siyası hadisələrə kimi Erməni və Azərbaycanın dini rəhbərləri bitərəf olduqlarını elan etmişdilər, ancaq bu hadisədən sonra səhnədə olmağa rəğbət göstərdilər. 1989-cu ilin payız ayında Allah Şükür Paşazadə Qafqaz müsəlmanlarının başçısı İslam düşmənləri ilə müqabilə etmək üçün fitva verdi, cihad hökmü olmasa da, bu hökm ümum xalqın birləşməsinə kafi idi.18
Bundan başqa Ermənistanın zəlzələsindən sonra Erməni diasporası(radikal mövqeyi var idi)Ermənistanın daxilindəki iqtisadi və ictimai vəziyyəti nəzərə almadan ərazi iddiası var idi və Ermənistanın siyasətində müdaxilə etməyə başladı. Erməni diasporasının müdaxilə etməsi səbəb oldu ki, Qarabağ münaqişəsi beynəlxalq məsələyə çevirilsin.1989-cu ilin Yanvar ayının 12-də Sovet hakimiyyəti Azərbaycanın Qarabağa olan hakimiyyətini ləğv etdi və buranın hakimiyyətini mərkəzi dövlətin nəzarətində olan xüsusi komitəyə verdi.
Qorbaçovun müşaviri, Arkadı Valeski, bu komitənin başçısı seçildi və ölkənin 5400 nəfər nazirinə nəzarət etdi.Moskov bu işlə Qarabağı Azərbaycandan ayırmad, ancaq Azərbaycanın nəzarətindən çıxartdı.iki ölkənin istiqlalından sonra bu məsələnin uzanmasının əsas amili, elə bu mövzudur. Bu siyasətin yürüdülməsi səbəb oldu ki, Ermənilər Qaraqbağın ayrılmasına və Ermənistana birləşməsinə ümidiləri çoxalsın.əksinə olaraq Azərbaycan, tam şəkildə Sovet dövlətindən ayrıldı.1989-cu ilin mart ayında Qarabağdakı ermənilər öz haqqlarını təyin etmək üçün referendum keçirmək niyyətindəydilər. Ancaq Azərbaycan elan etdi ki, əgər referendum keçirilsə, bütöv Azərbaycan ərazisində keçirilməlidir.necə ki, Qarabağ Azərbaycanın ərazi bütövlüyünü təşkil edir.19
Beləliklə, bu münaqişənin həlli qeyri-mümkün idi.1989-cu ildən etibarən kiçik miqyaslarda münaqişələr başlandı.1989-cu ilin 28 noyabr ayında Sovet hakimiyyəti bu qərara gəldi ki, bir şərtlə Qarabağı Azərbaycanın hakimiyyətinə verilsin ki,Qarabağda təhlükəsizlik qüvvələr iştirak etsin və Qarabağdakı ermənilərin hüquqi müdafiə etmək üçün yeni layihənin təsdiqlənsin.hər iki tərəf bu qərarı tənqid etdilər. Azərəbaycan ərazisində Qarabağın olduğunu qəbul etdiyinə görə Ermənistan bu qərara qarşı çıxdı, Azərəbaycanın fikirincə, bu qərarda Ermənilərin nəfinə bəzi şərtlər olduğuna görə Azərbaycan qarşı çıxdı.
1989-cu ilin dekabr ayının əvvəlində Ermənistanın parlamenti bir tərəfli olaraq Qarabağı öz ərazisi olduğunu təsdiq etdi.onun ardınca dekabrın 2-də Azərəbaycan respublikasının şurası Azərbaycan hakimiyyətinin qanuna əsasən(1989-cu ilin sentyabr ayının 23-də bu qanun təsdiqləndi və Qarabağ Azərbaycan ərazisi olduğuna, xüsusi diqqət yetirildi).Azərbaycanın Sovet partiyasının ikinci katibi Poliyaniçko-nu Qarabağdakı təşkilat komitəsinə təyin edildi.1990-ci ilin yanvar ayının 2-də Ermənilər, Qarabağın mərkəzində, Xankəndində, Azərbaycanlıların avtobusuna hücum etdilər.təhlükəsizlik qüvvələri çox çətinliklə bu iqtişaşı kontrol etdilər.bu hadisədə bir nəfər öldü və üç nəfər yaralandı.Ermənistan parlamenti yanvar ayının 9-da 1990-ci ilinə aid olan iqtisadi budcəni araşdırdığı zaman qarabağı da öz ərazinə daxil etdi.bu mövzu Azərbaycanın qəzəbinə səbəb oldu.xalq mərkəzi dövlətin əleyhinə və Azərbaycanın məhəlli dövlətinin əleyhinə etiraz etdilər və ümumi etiraz aksiyaları bütün ölkədə keçirildi.
1990-ci ilin yanvar ayının 12-də Ermənilər Azərbaycanın yaşayış məntəqəsinə hücum etdilər. 12 nəfər öldürüldü və 22 nəfər əsir tutuldu.yanvarın 13-də Bakıda bir Erməni dəhrə ilə iki cavana hücum etdi.bu xəbərin yayılması qarşılıqlı hücumlara səbəb oldu.bu hadisədə 34 nəfər(çoxu Erməni)idi.Moskov Azərbaycandakı hadisələrə görə komendant saatı elan etdi.1990-ci ilin yanvar ayının 19-da axşam çağı bu fərmanı icra etmək üçün Azərbaycana ordu göndərildi.bu hadisələrə nəzarətdən çox Azərbaycanlı istiqlaçıları sakitləşdirdi.bu hadisədə 130 nəfər öldürüldü və yüzlərlə insan yaralandı.iki tərəf arasında münaqişə 1990-ci ildə başlandı. Qorbaçov, 1991-ci ilin mart ayının ortalarında "Tas" agentliyi ilə müsahibəsində-münaqişənin davamına təssüf hissi keçirdiyini və Qarabağ Azərbaycan ərazisinin bir hissini təşkil etdiyi- söyləmişdir.bu müsahibədən sonra Ermənistanın prezidenti Vazgan Manukiyan Mətbuat konfransında elan etmişdir ki, Ermənistanın heç bir ərazi iddiası yoxdur və yalnız Qarabağda yaşayan ermənilərin mübarizəsindən himayə edir.20
Qorbaçovun əleyhinə çevrilişdən sonra və Sovet birliyinin dağılması Qarabağ münaqişəsində yeni mərhələ başlandı.1991-ci ilin Avqost ayının 30-da Azərbaycan öz istiqlanını elan etdi.onun ardınca Qarabağ erməniləri erməni Artsax respublikasını elan etdilər.Azərbaycan parlamenti bunu konstitusiyaya zidd olduğunu söylədi və sərt reaksiya verdi.1991-ci ilin sentyabr ayının 20-də Yeltsin Nəzərbayovla bərabər Bakıya səfər etdilər, sonra Gəncəyə getdilər.bir sıra təhlükəsizlik tədbirlərini nəzərə aldıqdan sonra Qarabağın mərkəzinə Xankəndinə səfər etdilər.son səfərləri İrəvan şəhəri idi.onlar bu səfərlərdə Qarabağ sülhünü müzakirə etdilər.1991-ci ilin sentyabr ayında tərəflərin razılığı əsasında Rusiyanın cənubunda yerləşən Yelznoski şəhərində sülh danışıqları başlandı.sentyabrın 24-də Yelsinin və Nəzərbayovun zəmanəti ilə münaqişənin həlli və sülhünə dair razılıq əldə etdilər.bu razılığa əsasən məntəqədə atəşbəs elan olunacaq idi, Ermənistan Azərbaycanın Qarabağa olan hakimiyyətini rəsmiyyətə tanımalı və Azərbaycan Qarabağa muxtarıyyət verməli idi. Danışıqların kinci mərhələsi İncuvan rayonunun kəndlərində keçirildi.ancaq danışıqların keçirilməsinə baxmayaraq münaqişə davam edirdi.Azərbaycan tərəfi Rusiya və Qazaqıstandan istədi ki, Atəşbəsin pozulmasını araşdırmaq üçün nazirləri məntəqəyə göndərsinlər.1991-ci ilin noyabr ayının 20-də mühüm hadisə baş verdi. Ermənilər tərəfindən vertolyotda olan Azərbaycanın dövlət və təhlükəsizlik adamları, iki Rus generalı, Rus və Qazaq nazirləri və xarici jurnalistlər partladıldı. Bu hadisədə vertolyotda olan bütün sərneşinlər həlak oldular.bu hadisə səbəb oldu ki, Azərbaycan ciddi tədbirlər görsün.Azərbaycan Ermənistanın dəmiryolunu bağladı. Onun ardınca Azərbaycanın Ali şurası 1991-ci ilin noyabr ayının 26-da Qarabağın muxtariyyətini ləğv etdi və bölgənin bütün rayonları Bakının nəzarətində oldu.bu qərar səbəb oldu ki, müzakirələrdə yeni mərhələ başlansın.1992-ci ildə Sovet hakimiyyətinin dağılması sürətləndi və minlərə insan öldü.1992-ci ilin yanvar ayının 30-da Ermənistan və Azərbaycan ATƏT-lə əməkdaşlıq etməyə razılıq verdilər və bu münaqişəyə yeni mahiyyət verildi.bu arada Ermənilər Azərbaycanın qaçqınlarını daşıyan vertolyotu partlatdı.bu hadisədə 40 nəfər öldü.1992-ci ilin fevral ayının əvvəllərində iki ölkə tərəfindən İranın vasitəçilik təklifi rədd edildi. Fevral ayının ortalarında Avropa parlamenti Strasburqda iclas təşkil etdi və qərar verdi ki, bu məntəqəyə nazirlər göndərsin.fevralın 20-də Rusiyanın Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə iki ölkənin Xarici İşlər Nazirləri Moskovada görüşdülər və münaqişənin dayandırılması haqqda razılaşdılar.Ermənistanın Xarici İşlər Naziri, Havansiyan, iclasın sonunda elan etdi ki, Qarabağdakı ermənilərin hüzuru olmadan bu sazişə əməl etmək çətin olacaqdır.buna baxmayaraq, iki ölkənin razılığı əsasında münaqişənin dayandırılması müsbət bir addım idi. fevralın 24-də İranın Xarici İşlər Naziriliyi vasitəçilik təklifini irəli sürmək üçün məntəqəyə səfər etdi.bu arada fevralın 25 və 26-da Ermənilər Azərbaycanlıların şəhərinə Xocalıya hücum etdilər, şəhəri qarət və soyqırım etdilər.bu hadisədə 600 nəfər, o cümlədən 63 nəfər uşaq, 106 nəfər qadın və 70 nəfər qoca öldürüldü.həmçinin bu hadisədə ermənilər 487 nəfəri əsir tutdular.1275 nəfər yaralı və 150 nəfər itgin düşdülər.Azərbaycan, Xankəndi rayonunda yerləşən MDB ölkələrinə aid olan "366 Həng qüvvələrini" rəsmi şəkildə məhkum etdi ki, bu soyqırımda iştirak ediblər. Bu münaqişədə qabaqcıl silahlardan istifadə edilmişdir.bu bir şəraitdədir ki, nə Qarabağdakı silahlı qüvvələrdə və nə də Ermənistan və Azərbaycan ordusunda belə silahlar mövcud idi.Rusiya bu dəfə də bu hücumda iştirak etdiyi rədd etdi.ancaq bu soyqırımda iştirak edən iki nəfər Rus qüvvəsi, Azərbaycana sığındılar və bu soyqırımda Rus qüvvələrinin iştirak etməsini mətbuat konfransında təsdiqlədilər və xristianlar müsəlmanların əleyhinə təhrik olmuşdular.Xocalı soyqırımında Mütəlibovun dövlətinin yıxılmasına və müxalif qrupların hakimiyyətə gəlməsinə imkan yarandı.müxaliflər Mütəlibovu məhkum etdilər ki, Azərbaycanlıların canını qorumaq üçün ağıllı tədbirlər görməmişdir. Mart ayında qarşılıqlı müharibənin davamında Qarabağ münaqişəsinin həllinə dair ATƏT, 1992-ci ilin mart ayının 24-də Helsinki şəhərində iclas keçirtdi.bu iclasın 3 və 15-ci maddələrində təkid olundu ki, bu münaqişənin həlli üçün Blarusun paytaxtında Minsk şəhərində sülh konfransı keçirilsin, həmçinin 9-cu maddəyə əsasən bu konfransda Azərbaycan, Rusiya, Ermənistan, ABŞ, Türiyə, İtaliya, Alman, Belarus, Fransa, Çekoslovakya iştirak etsinlər.ATƏT-in əsas məqsədi Qafqaz (Avropa və Asiyanın sərhədi sayılır)münaqişəsinin Avropa ərazisinə yayılmasının qarşısı almaq,  məntəqədə Sovetin yerini doldurmaq və Qərəb çərçivəsində məntəqəni iqtisadi, siyasi və mədədəni bir ölkəyə çevirsin.21
"Minsk" konfransının uyğunlaşdırma rolunu İtaliyaya verilmişdir və bu ölkənin nümayəndəsi ,Maryo Rafaelli, konfransın sədri seçildi.konfrans həmin ilin iyul ayında keçiriləcək idi. "BMT" təşkilatı ATƏT-dən himayə edirdi.Təhlükəsizlik şurası martın 26-da keçirdiyi iclasda qərara gəldi ki, bu təşkilat, ATƏT-dən himayə etdilər, ancaq bu münaqişədə müdaxilə etməsinə icazə verilmədi.Aprel ayının əvvələrində qeyd olunmuş ölkələr Romada Rafaellinin başçılığı ilə konfrans keçirtdi.həmin gün ATƏT-in nazirlər heyəti Bakıdan görüş keçirtdilər.Aprel ayının sonlarında İranın vasitəçilik işləri çoxaldı və 1992-ci ilin may ayının 7-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Tehranda sülh sazişi imzaladılar.ancaq bir neçə gün sonra Ermənilər Qarabağın strateji bölgəsini, Şuşanı işğal etdilər. 10 gün sonra Qarabağı Ermənistana bağlayan Laçın şəhərini işğal etdilər.bu hadisələr elə bir şəraitdə baş verdi ki, ATƏT-in nazirlər heyəti məntəqədəydi.bu arada hakimiyyətə gəlmək istəyən Mütəllibovun səyləri uğursuz oldu."Azərbaycanın Xalq Cəbhəsi"hakimiyyətə gəldi.yeni dövlət, Azərbaycanın ərazi bütövlüyündən vaz keçmədiyini aydın şəkildə elan etdi.həmin ərəfələrdə 1992-ci ilin may ayının 21-də"Avropanın Ali Komitəsi" Helsinkdə iclas keçirtdi.bu iclasda ABŞ-in layihəsi təsdiqləndi, bu layihəyə əsasən Azərbaycanın ərazi bütövlüyü qorunmalı və bütün xarici qüvvələr buradan çıxarılmalıdır.bu layihəyə Ermənilər qarşı çıxdılar.həmçinin bu tarixdə Ermənilər, Rusların nizami bazalarının qalması haqqda saziş imzaladı. Həmçinin Ermənistan, MDB ölkələrinə üzv oldu və həmin ilin may ayının 15-də "MDB"ölkələrinin ortaq təhlükəsizlik sazişini imzaladı.bu bir şəraitdəydi ki, Azərbaycan bu təşkilata üzv olmağı qəbul etmirdi.bu şəraitdə Ermənistan Azərbaycandan üstün bir mövqeyətə əl tapdı.22  
Ermənistan bu mövqeyyəti əldə etməklə münaqişədə daha iddialı oldu.bu dövürdə belə şayiə yayıldı ki, Rus və Erməni qüvvələr Azərbaycan ərazisinə hücum etmək istəyirlər.bu şayiəyə əsasən Azərbaycan iyunun 12-də Qarabağ ərazisinə geniş miqyasda hücum etdi və işğal olunmuş ərazisini azad etdi.bu hücumlar, həmçinin Ermənistan israrı-Qarabağdakı Ermənilərin nümayəndələri konfransda iştirak etməli- və əgər bu təklif qəbul edilməsə, konfransdan kənarlaşdığını söyləmişdilər, bu səbəblərə görə müzakirələrin 3 və 4 mərhələsi baş tutmadı.1992-ci ilin Avqust ayının 26-da Nəzərbayev, Qazaqıstanın prezidenti, Qarabağda atəşbəsin icrası üçün çalışdı.həmçinin avqust ayının 27-də Minsk qrupunun başçısı Rafalelli, birinci Azərbaycandan sonra isə Ermənistandan görüşdü, tərəfləri atəşbəsə və konfransda iştirak etməyə çağırdı.həmin gün Almatı məktubu Ermənistan, Azərbaycan və Qazaqıstan arasında imzalandı.bu bəyannaməyə əsasən 1992-ci ilin sentyabr ayından atəşbəs elan olundu.sentyabrın 3-də "Minsk" qrupunun dəvəti ilə İcvan rayonunda saziş imzalandı.1992-ci ilin 14-15-də üç tərəflər arasında iş başlandı, ancaq ermənistan bu dəfə də Almatı bəyannaməsini rədd etdi və Qazaqistan çox çalışdı ki, Ermənistanı razı salsın.ancaq bir nəticə hasil olmadı.23
Bu hadisələrdən sonra Rusiya sülhü bərqərar etmək üçün bir sıra işlər gördü.sentyabrın 19-da Rusiyanın vasitəçiliyi ilə Suçi şəhərində Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyanın xarici işlər nazirləri 25 sentyabrdan sonra atəşbəs sazişi imzaladılar.hər iki tərəf atəşbəsi nəqs etməyə bir-birlərini məhkum etdilər və bir tərfdən də Ermənistan bu konfransda Qarabağdakı Ermənilərin iştirkına israr etməsi səbəb oldu ki, bu sazişin də bir nəticəsi olmasın.24
İyul ayının 12-dən etibarən gahdanbir baş verən münaqişə daimi münaqişəyə çevrildi və Ermənistan nizami baxımından Azərbaycandan üstünlük qazandı.Corc Buş və Yelsin 1993-cü ilin yanvar ayının 13-də Kremlində görüşdülər və Qarabağ böhranı haqqında saziş imzaladılar.bu bəyannamədə Ermənistan və Azərbaycan arasında olan münaqişədən təəssüf hissi keçirdiklərini söylədilər və bu münaqişə ATƏT-in qanunları əsasında həll olunduğuna təkid etdilər. Elçibəy hər iki prezidentə məktub yazaraq bu bəyannaməyə belə cavab verdi:-əldə edilmiş sülh sazişiləri dəfələrlə Ermənilər tərəfindən pozulur.Ermənilər fevral ayının sonlarında dekabr ayından başlanan son hücumda 15 km Azərbaycan sərhədlərinə daxil olaraq 13 kəndi işğal ediblər.həmçinin bu məktubda qeyd etmişdir ki, əgər aydın şəkildə işğalçının mahiyyəti bəyan edilməsə, bu münaqişə Azərbaycanın ərazi daxilində davam edəcəkdir və Azərbaycan hər zaman olduğu kimi beynəlxalq qanunlarına uyğun olaraq sülh üçün çalışmasını bəyan edib.25
1993-cü ilin yanvar ayının 20-də Azərbaycan, Ermənistan, ABŞ, Rusiya və Minsk qrupun başçısı Rafaellinin hüzuru ilə müzakirələr Romada davam etdi.hər iki tərəf bu konfransda daimi atəşbəs sazişi haqqda razılıq əldə edə bilmədilər, ancaq nazirlərin məntəqəyə göndərilməsi haqqda razılığa gəldilər.martın 27-də Ermənistan Kəlbəcər rayonuna(Qarabağı Ermənistana bağlayıdı)hücum etdi.bu hücum neçə gün davam etdi. rəsmi şəkildə bu şəhərin işağl edilməsi, aprelin 6-da Azərbaycan prezidentinin departamenti tərəfindən elan edildidi.bu hücumda Kəlbəcərin bir sıra əhalisi öldürüldü və bəziləri qaçqın düşdülər.həmin gün ABŞ ermənistanı məhkum etdi.bu arada Azərbaycan, bu şəhərin işğalında Rusları məhkum etdi ki, Ermənilərə yardım edib.buna görə də Ruslar ATƏT-in sülh danışıqlarında kənarlaşdıqlarını elan etdlər.aprelin 8-də ATƏT Ermənistandan istədi ki, Qarabağdan geri çəkilsin və müharibəni dayandırsın.ancaq Ermənistanın müdafiə naziri Vazgan Manukiyan elan etdi ki, bu hücumda və şəhərin işğalında Ermənistan ordusunun heç bir rolu yoxdur və bu hücum Qarabağdakı Ermənilərin vasitəsilə təşkil olunub.26
Azərbaycanın prezidenti və xarici işlər naziri "BMT"-nin baş katibinə, ATƏT-in başçısına və başqa beynəlxalq orqanlara məktub yazaraq, Ermənilərin hücumlarını məhkum etməklə tədbirli işlərin görülməsini tələb etdi. Azərbaycanın prezidenti Elçibəynin və xarici işlər naziri Qasımovun xahişi ilə Azərbaycanın "BMT"dəki nümayəndəsi Həsən Həsənov Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdü və bu şuradan istədi ki, öz mövqeyini aydınlatsın.aprelin 6-da bu Şuranın Pakistanlı rəisi Marker, Ermənistan və Azərbaycan arasında olan ixtilafların çoxalmasına görə, Kəlbəcərin işğalına görə(hücum edən ölkənin adını qeyd etmədi)və başqa bu kimi hadisələr, məntəqənin sülhünü təhlükəyə saldığına görə öz narahatçılığı bəyan etdi. bu mövqedən başqa Şura, ATƏT-in sülhsevərlik işlərini və beynəlxalq sərhədlərin dəyişməz olduğunu və ölkələrin ərazi bütövlüyünə hörmət qoymaq çərçivəsi əsasında BMT-dən istədi ki, Qarabağ böhranı haqqında Təhlükəsizlik Şurasınına hesabat versin.1993-cü ilin aprel ayının 14-də BMT öz hesabatını verdi.bu hesabatda qeyd edilmişdir ki, bu münaqişələrdə Ermənistanın hüzuru tam şəkildə aydın olmayıb, ancaq qabaqcıl silahların istifadəsi göstərir ki, məhəlli Ermənilərdən başqa(Qarabağdakı Ermənilər)ayrı qüvvələrdə bu münaqişədə iştirak ediblər.bu işğalları dərhal Türkiyə, İran, ABŞ, İngiltərə, Pakistan, İslam Konfransı, İtaliya və Fransa məhkum etdilər.27
Bu arada Rusiya məntəqəni kontrol etmək üçün çox çalışdı.Rusiyanın müdafiə naziriliyin, Paol Graçov, vasitəçiliyi ilə Azərbaycanın baş naziri Pənah Hüseynov ilə Ermənistanın Təhlükəsizlik naziri Sarkasiyan görüşdülər.ancaq bu görüşdən heç nə hasil olmadı.aprelin 8-də ATƏT-in nizami mütəxəssislər heyətinin rəisi Hayne Haponnen, hadisələri araşdırmaq üçün məntəqəyə səfər etdi.aprelin 19-da iki ölkənin arasında 3 günlük atəşbəs sazişi imzalandı, Ermənilərin hücumu müvəqqəti olaraq dayandırılsa da, Ermənilərin hücum davam edirdi.28
Aprelin 26-da ATƏT-in sülh danışıqlarına Kəlbəcər hadisəsi öz təsirini göstərdi. Türgüt Ozalın dəfn mərasimində Elçibəy,jurnalistlərlə müsahibəsində dedi: bir şəraitdə ki, Kəlbəcər rayonu işğalı davam edir, ATƏT-in sülh müzakirələri mənasızdır.müzakirələr o zaman davam edər ki, Kəlbəcər rayonu azad olsun və Azərbaycanın bu rayonunun azad olunması üçün BMT-də qətnamə təsdiqləsin.bununla belə hər iki dövlətin başçıları Ankarada görüşdülər.ATƏT-in Minsk qrupun çərçivəsində görüşlərin davamı haqqında saziş imzaladılar.Petrosiyan, Demirellə görüşdükdən sonra jurnalistlərə müsahibə verərkən bəyan etmişdir ki, Elçibəylə olan danışıqları müsbət dəyərləndirmiş və elan etmişdir ki, tərəflər sülh yolu ilə məsələni həll etmək istəyirlər və tezliklə məsələnin həll olunmasına inanırlar.29
Yelsin, Rusiyanın prezidenti,1993-cü ilin Aprelin ayının 23-də BMT-nin Təhlükəsizlik Şurasında elan etdi ki, Azərbaycan və Ermənistan arasında olan ixtilafın həllində ciddi şəkildə müdaxilə edəcəkdir.bu bəyanatdan sonra Rusiyanın dövlət adamları Ermənistanın, Azərbaycanın və Qarabağ məntəqəsinin yüksək vəzifədə olan şəxslər ilə görşdülər.aprelin 28 və 29-da ATƏT, Prag şəhərində iclas keçirtdi.bu iclas Azərbaycanın istəyilə və 17 üzv ölkənin himayəsi nəticəsində keçirildi.bu iclasda Kəlbəcərin azad olunmasına təkid olundu, ancaq Ermənistan bu təklifi rədd etdi.bu iclasda heç bir nəticə əldə olunmadı.
Azərbaycanın sıx görüşlərinin nəticəsində Aprelin 30-da BMT-nin Təhlükəsizlik Şurası Ermənistan və Azərbaycanın münaqişəsini və Kəlbəcərin işğalı haqqında müzakirələrə başlandı və 822 nömrəli qətnamə təsdiqləndi.bu qətnamədə yazılıb:-" BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ilin yanvar ayının 29-da və 1993-cü ilin aprel ayının 6-da Şuradakı sədrin təklifinə əsasən və 1993-cü ilin aprel ayının 14-də BMT-nin baş katibinin çıxışlarına əsasən, Ermənistan və Azərbaycan arasındakı münasibətlərin gərginləşməsi, nizami qüvvələrin güclənməsi, xüsusilə Azərbaycan respublikasının Kəlbəcər rayonunda Ermənilərin nizami müdaxiləsi nigarançılığa səbəb olub.həmçinin bu münaqişə məntəqənin sülhünü təhdid edir.məntəqədəki dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü və beynəlxalq sərhədlərin dəyişməz olduğuna təkid edərək, ATƏT-in sülüh prosesindən himayə edib və nizami qüvvələrin güclənməsi bu prosseslərə ziyan vura bilər. 
1.    Qəti şəkildə atəşbəsin icrası və nizami əməliyyatın dayandırılması, Kəlbəcər rayonundan və Azərbaycanın şimali ərazilərdən işğalçıların çıxarılması.
2.    ATƏT-in Minsk qrupunun vasitəsilə münaqişənin sülh yolu ilə həll edilməsinə dair danışıqların yenidən başlanması və bu danışıqlara hər hansı bir maneənin qarşısı alınmalı.
3.    Qeyri-nizami şəxslərin rifahını təmin etmək üçün yardımların qarşısı alınmamalı və hər iki tərəf beynəlxalq və insan hühuqlarına riayət etməlidir.
4.    "BMT" orqanından istənilir ki, Kəlbəcər haqqında "ATƏT" və "Minsk" qrupunun başçıları ilə danışsın və vəziyyəti dəyərlədirib, Təhlükəsizlik Təşkilatına hesabat versin.
5.    Qərarlaşır ki, aktiv sürətdə bu münaqişə haqqında işlər görsün.30
Azərbaycanın fikrincə, bu qətnamədə müsbət və mənfi cəhətlər var.birinci müsbət cəhət "BMT"də Qarabağ məsələsinin müzakirə edilməsidir.ikinci məsələ hər iki tərəfdən istənilib ki, bir-birlərinin ərazi bütövlüklərinə hörmət etsinlər.həmçinin beynəlxalq qanununa əsasən sərhədlərin dəyişməz olduğu Qarabağ ərazisinə aid olduğu qeyd edilb.üçünçü müsbət məsələ Kəlbəcər rayonundan və Azərbaycanın şimali ərazilərdən işğalçıların çıxarılmasına təkid olunub.
Azərbaycanın fikrincə, bu qətnamədə mənfi cəhətlər bunlardır.Ermənistan işğalçı ölkə kimi tanılmayıb və həmçinin təkid olunub ki, Kəlbəcər məhəlli Ermənilərin vasitəsi ilə işğal olduğu qeyd olunub və yalnız Kəlbəcər və son zamanlar işğal olunmuş ərazilərin azad olunması istəlinib.bütöv işğal olunmuş ərazinin azad olunması qeyd olunmayıb.Ermənistan işğalçı kimi tanınmamasa da, Azərbaycanın xarici işlər naziri bu qətnaməni müsbət dəyərləndirdi.
Bu qətnamə Rusiya prezidentinin təklifinə görə, may ayının 5-də ABŞ, Rusiya və Türkiyənin sülh layihəsi və may ayının 14-də Kəlbəcərin azad olunması və may ayının 17-də ATƏT-in sülh danışıqları tərəflərə xəbər verilmişdir.Azərbaycan və Qarabağdakı Azərbaycan tərfləri may ayının 7-də bu layihənin qəbulu haqqında bəyaniyə vermələrinə baxmayaraq, Ermənistan və Qarabağdakı Ermənilər bu hayihəni rədd etdilər.bunun ardınca Azərbaycan və Ermənistan istisna olaraq iyunun 3 və 4-də ATƏT-in Minsk qrupu, 822-ci qətnamənin reallaşması üçün "BMT"-nin nümayəndələri ilə bərabər yeni layihə hazırladılar.bu layihəyə əsasən iyun ayının 11-də tərəflər layihəni təsdiqlədiqləri üçün "Minsk"qrupunun başçısının məktubunu imzalayıb, Minsk-in başçısına göndərməlidilər.Kəlbəcərin azad olunması iyunun 15-dən başlandı.60 günlük atəşbəsdə şəhər işğalçılar tərəfindən azad olunmalı və bu iş iyunun 20-nə kimi bitməlidi.iyunun 21 və 23-də ATƏT bu ərazinin azad olunmasına nəzarət etməlidi.iyul ayının əvvəlində 50 nəfər nazir bu əraziyə göndərildi və onun ardınca qaçqınlar yurdlarına geri qayıdacaq idilər.ancaq Ermənistan bu layihənin icrası üçün seçilmiş yola qarşı çıxdı və Ağdam-Xankəndi yolunun seçilməsinə narazılığını bildirdi və Ermənistan, İrəvandan Xankəndinə- iki məntəqənin bir-birləri ilə olan əlaqəni göstərmək üçün-hərəkət etmələrini "Minsk"qrupunun rəisindən istədi.buna baxmayaraq ki, Azərbaycan bu mövzüda saziş etdi, ancaq Rafaellinin görüşündən bir nəticə alınmadı.31
Azərbaycanda Sürət Hüseynovun çevrilişi başlandı.Ermənistan, əfkari-ümumiyyənin təziqinə məruz qalaraq atəşbəs sazişini imzalamışdı. Rusiyanın yardımı ilə Azərbaycanda baş vermiş bu çevrilişdən Ermənistan faydalandı və bir çox ərazini işğal etdi və yeni hücumlara başladı.iyunun 28 və 29-da Ağ dərə və iyulun 23 və 24-də Ağdamın bir çox hissəsi işğal edildi.
İyulun 29-da "BMT"nin Təhlükəsizlik Şurası 853-cü qətnaməsini təsdiqlədi.bu qətnamədə 822-ci nömrəli qətnamənin icrasına təkid edilib, beynəlxalq sərhədlərin dəyişilməzliyi və dövlətlərin ərazi bütövlüyünə hörmət etmək və 14 maddədə Ağdam və başqa ərazilərin azad edilməsi, ATƏT-in çərçivəsində bu münaqişənin həll edilməsi və bu haqqda Ermənistanın bir sıra işlərin görülməsi tələb olunur.bu arada 1993-cü ilin iyulun ayının 21-dən avqust ayının 12-ə kimi 822 və 853-cü nömrəli qətnamələrin reallaşması haqqında ATƏT-in çalışmaları nəticəsiz oldu.çünki, Ermənilər avqust ayının 11-dən Füzuli və Cəbrayıllı rayonlarına hücum etdi. 1993-cü ilin avqust ayının 18-də ABŞ-ın nümayəndəsi və Təhlükəsizlik Şurasının dövri rəisi Madlin Albrayt bu hücumlara qarşı nigarançılığı bəyan etdi.bu bəyanatda Ermənistandan istənildi ki, 822 və 853-cü nömrəli qətnamələrə icra etsin və Kəlbəcər, Füzuli, Ağdam və başqa işğal olunmuş ərazini azad və münaqişəni dayandırsın.32
Bu bəyanatın verilməsinə baxmayaraq, Ermənilər hücumlarına davam etdilər və 1993-cü ilin avqust ayının 27-də Füzulu rayonunun bir çox ərazisi işğal edildi, onun ardınca avqustun 25 və 26-da Cəbrayıllı və avqustun 31-də Qubadlı işğal olundu.1993-cü ilin sentyabr ayının 21 və 28-də və sonra oktyabr ayının 18 və 21-də "Minsk"qrupu Parisdə iclas təşkil etdi.Azərbaycan prezidentinin xarici siyasətlər üzrə məsləhətçisi, Fəva Quluzadə, elan etdi ki, bu iclasda Qarabağın xaricindəki ərazilərin işğal olunma səbəblərini Ermənilərin nümayəndəsindən soruşdum? Erməni nümayəndəsi cəvabında dedi:-Qarabağ xaricindəki ərazi Rusların təklifinə görə işğal olundu və onların yardımı ilə bu ərazidə təhlükəsizlik layihəsi təşkil olunub.33
Təhlükəsizlik Şurası Oktyabrın 14-də 874 nömrəli qətnaməni təsdiqlədi.bu qətnamə 822 və 853-cü nömrəli qətnamələrə işarə edərək, 1993-cü ilin avqust ayının 18-də "BMT"-nin Təhlükəsizlik Şurasının dövri rəisinin bəyanatı və 1993-cü ilin oktyabr ayının 1-də ATƏT-in "Minsk"konfransın rəisinin məktubunda Azərbaycan və bütün ölkələrin ərazi bütövlüyünə hörmət etmək və Qarabağda Ermənistan və Azərbaycan arasındakı ixtilafların çoxalması 13 maddəyə aid idi.bu maddələrdə 822 və 853-cü nömrəli qətnamələrin icrasına və "Minsk" qrupunun layihəsinə əsasən işğal olunmuş ərazinin şərtsiz azad olunmasına təkid edilmişdir.
Bu qətnamənin icrasına heç bir zəmanət olmadığına görə Azərbaycanın işğal olumuş ərazisinə heç bir təsiri göstərmədi.necə ki, oktyabr ayının 23-də və noyabr ayının 1-də Huradızın və Zəngilanın işğal edilməsi ilə Qarabağ Azərbaycanın kontrolundan xaric oldu.bu işğalların ardınca Təhlükəsizlik Şurası 1993-cü ilin sentyabr ayının11-də başqa bir qətnaməni(884 nömrəli qətnam)təsdiqlədi.bu qətnamə başqa qətnamələrdə olduğu kimi noyabr ayının 6-da Minsk qrupunun başçısının məktubuna, ölkələrin ərazi bütövlüyünə hörmət edilməsinə, Horadız və Zəngilanın işğalını məhkum edilməsinə, Ermənistan təəhhüdlərini yerinə yetirməsinə, Noyabr ayının 4-də olan Minsk qrupunun bəyannaməsinin qəbul edilməsinə təkid edilmişdir.34
Təhlükəsizlik Şurasının verdiyi bəyanatı araşdırdığımız zaman məlum olur ki, bu qətnamələr bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünə, kinayəli şəkildə münaqişədə olan tərəflərin birini Ermənistanın olmasını təyid edilməsi və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərin azad edilməsinə təkid edilmişdir. bir tərəfdən də rəsmi şəkildə ermənistanı təcavüzkar ölkə tanımadı və işğal olunmuş ərazilərdən geri çəkilməsinə dair qəti bir tədbir(İraq Koveyti işğal etdiyi zaman)görmədi. Hər halda bu üç qətnamənin təsdiq edilməsi Azərbaycanın xarici siyasətində böyük uğur sayılırdı.ancaq daxili münaqişələr və nizami sahədə olan kifayətsizlik səbəb oldu ki, Azərbaycan bu fürsəti əldən versin. 20 faizdan çox ərazisinin işğal edilməsinə baxmayaraq Azərbaycan dövləti, bu qətnamələrdən istifadə edə bilmədi və Ermənistan Azərbaycanın daxili iğtişaşlarından faydalanaraq, beynəlxalq təziqlərdən azad oldu.
1994-cü ilin yanvar və mart ayları Rusiya və ATƏT-in vasitəçiliyi ilə və azacıq hücumlarla ötdü.görülən mühüm işlərdən biri yanvar ayının 18-də Kozirof, Azərbaycanın xarici işlər naziri ilə və yanvarın 20-də Ermənistanın xarici işlər naziri ilə görüşməsi idi.1994-cü ilin fevral ayının 4-də Minsk qrupuna üzv olan 9 ölkə, Minskin başçısı ilə Ana Eliassonla görüşdü.fevralın 18-də Rusiyanın müdafiə naziri ilə Ermənistan və Azərbaycan arasında saziş imzalandı. Rusiyanın prezidenti və müdafiə nazirinin müavini fevral ayının 28-dən mart ayının 1-nə kimi Bakıya və İrəvana səfər etdilər.bu görüşlərdə işğal olunmuş ərazilərdən ermənilərin geri çəkilməsi, neytral zonanın təşkil edilməsi, Rus qüvvələrinin nəzarəti altında 35 kontorol mərkəzlərin yaradılması və Qarabağın hüquqi vəziyyəti müzakirə edildi. 35
1994-cü ilin mart ayının 31-dən aprel ayının 3-nə kimi Qırqızıstanın espikeri "MDB" ölkələrinin nümayəndəsi və Rusiya prezidentinin xüsusi nümayəndəsi Bakı, İrəvan və Qarabağın mərkəzindən, Xankəndidən görüş keçirdi.aprelin 9-da Ermənilər Tərtərə hücum etdi.bu hücum bir ay uzun sürdü.aprelin 15-də "MDB"ölkələri Rusiya, Azərbaycan və Ermənistanın hüzuru ilə Qarabağ məsələsini müzakirə etdi və bu iclasda Qarabağ haqqında bəyaniyə verildi.aprelin 26-dan may ayının 2-nə kimi ATƏT-dən bir heyət məntəqədən görüş keçirtdi.
1994-cü ilin may ayının 4 və 5-də Qırqızıstanın espikeri və Rusiyanın xarici işlər nazirliyinin nümayəndələri "MDB" ölkələrinin çərçivəsində Bişkənddə Azərbaycan və Ermənistanın espikerləri ilə və Qarabağdakı Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşdülər.bu görüşdə mayın 5-də Bişkənd sazişi imzalandı.bu sazişdə maraqlı cəhətlərdən biri bu idi ki, Qarabağda yaşayan hər iki xalqın nümayəndələrin iştirakına baxmayaraq, Erməni tərəfi yalnız bu sazişi imzaladı və eyhamsız şəkildə Qarabağdakı Ermənilər qəbul etdilər ki, bu münaqişədə iştirak edən tərəflərdən biri olublar.bu bəyannamədə vurğulanıb ki, Qarabağ əhalisinə və Azərbaycana xəsarət yetirilib və 1994-cü ilin aprel ayının 4-də keçirilən iclasda "MDB"ölkələri münaqişənin dayandırılmasına dair çıxartdığı bəyannamədən, "MDB"ölkələrinin, ATƏT və Təhlükəsizlik Şurasının müzakirələrində imzalanan sazişlərdən himayə edilib, 1994-cü ilin fevral ayının 18-də Azərbaycan, Ermənistan və Rusiyanın müdafiə nazirləri Moskvoda imzaladıqları protokola (May ayının 8-də axşam çağı atəşbəs elan olunacaq və qaçqınlar yurdlarına qayıdacaq idi)işarə edilib.36
1994-cü ilin may ayının 9-da Azərbaycan və Ermənistanın müdafiə nazirləri və Qarabağdakı Erməni separatistləri arasında sülh sazişi imzalandı.may ayının 12-dən atəşbəs icra olundu.beləliklə, 7 illik münaqişə sona çatdı və sülh bərpa olundu, hərçənd ki, atəşbəs dəfələrlə pozulur, amma indiyə kimi sülh sazişi davam edir.
1994-cü ilin oktyabr ayının sonlarında "BMT"-nin baş katibi Petros Qalı Bakı və İrəvandan görüş keçirtdi və gəlcəkdəki sülhü təmin etmək üçün bir sıra layihələr hər iki ölkənin prezidentlərinə təqdim etdi.o, bu layihələrdə hər iki ölkənin sərhədlərində sülh qüvvələrinin iştirak etmələrini istədi.həmçinin bir sıra işləri, o cümlədən:
A.    Azərbaycanın ərazi bütövlüyünü qorumaq
B.    Azərbaycan sərhədləini qorumaq və onlara hörmət etmək
C.    Dağlıq Qarabağda asayişin bərpası
D.   Qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycanın ərazilərinin azad olunması37
Bu səylərə baxmayaraq, indiyə kimi bu münaqişə həll olunmayıb və məğlub tərəf Azərbaycan dövlətidir.bir neçə amil səbəb olub ki, 90-cı illərin əvvələrində Azərbaycan məğlub olsun, o cümlədən:
1.    Azərbaycan respulikasının rəhbərləri, siyasi partiyalar və qruplar münaqişənin gərgin vaxtlarında dövləti, məclisi və başqa orqanları ələ keçirmək üçün öz aralarında mübarizə edirdilər və işğal edilmiş əraziləri unutmuşdular.
2.    Münaişənin əvvəllərində Azərbaycan ordusunda həmfikirlik yox idi və qəfil hücuma görə öz ərazilərini qoruya bilmədilər.xatırlatmalıyam ki, Azərbaycanın daxilində olan ixtilaflar orduyada öz təsirini göstərmişdir.
3.    Bu iki amilə görə Azərbaycanda ümumi səfərbərlik yaranmadı və dövlət xalq çoxluğundan istifadə edə bilmədi və könüllü əsgər göndərə bilmədi.
Bu üç səbəb Azərbaycanın məğlub olmasında mühüm rol oynayırdı.bunlara baxmayarq Azərbaycan dövləti, ölkəsinin məğlub olmasını belə izah edir: Ruslar Qarabağ münaqişəsində Ermənilərdən himayə etdiyinə görə və qabaqcıl texniki abadanlığın olmadığına görə bu ölkə məğlub oldu.  
§ Qarabağ böhranının həll olunumasında təklif olunmuş layihələr:
Daimi sülhün bərpası üçün indiyə kimi "Minsk"qrupu iki layihə təklif edib: münaqişənin hərtərəfli həlli və tədrici həlli
Bu iki layihədə həm oxşar, həm də fərqli cəhətlər var.hər iki layihədə iqtisadi məsələlərə çox diqqət yetirilib və sülhün bərpası ilə iqtisadiyyat inkişaf edər, yaşayış səviyəsi yüksələr və xarici kapitalların qoyulmasına maraq artar.bu layihələr Azərbaycan və Qarabağ məntəqəsində yaranan bir sıra məsələlərin həllinə dair daimi ortaq konfransın təşkili, Ermənistan və Azərbaycan arasında əlaqələrin inkişafına dair iki tərəfli komsiyonun təşkilini proqnozlaşdırılıb.həmçinin hər iki layihədə Ermənistanın nizami qoşunlarının geri qayıtmasına təkid edilmişdir.bununla belə Azərbaycanın ordusu Qarabağdakı ermənilərin razılığı nəticəsində Qarabağa daxil ola bilər.
Münaqişənin mükəmməl həllinə dair olan layihə 1997-ci ilin iyul ayının 17-də təqdim olundu.bu layihəyə əsasən 2 müqavilə imzalanmalıdır, biri sülh şərtləri əsasında, o biri isə Qarabağ məntəqəsinin hüquqi vəziyyəti məlum olunmalıdır.bu layihədə dağlıq Qarabağ yarım müstəqil dövlət olmalıdır.bu bölgə polis qüvvələrindən başqa nizami qüvvəyə də malik ola bilər.bu təklifə əsasən bir miqdar pulla Laçın bölgəsi Ermənistana kirayəyə veriləcəkdir.münaqişənin tədriclə həllinə dair olan layihə 1997-ci ilin dekabr ayının 2-də H.Əliyevin vasitəsilə "Corc Taven"adlı universitetdə çıxışı zamanı təqdim olundu.sülhün bərpasından öncə Qarabağ qaçqınları geri dönməli, sonra Qarabağın hüquqi vəziyyəti və Laçın, Şuşa və Şaumiyanın vəziyyətləri araşdırılsın.38
Bu layihələr Ermənistan tərəfindən rədd edilib, çünki Şuşa və Laçının əldən vermək istəmir.
Bu layihələrdən başqa 11 sentyabr hadisələrindən sonra, hər iki ölkənin siyasi icmasında bu fikir yaranıb ki, hazırkı siyasi mühit və yaranmış vəziyyətə görə Azərbaycan və Ermənistan münaqişənin həlli üçün möhkəm iradəyə malik olmadıqlarına görə yalnız sülhü xaricin təziqi ilə bərpa etmək olar.buna Diton layihəsi deyilir.buna baxmayaraq indiyə kimi heç bir ölkə bu layihədən himayə etməyib və bu layihə müvəqqəti şəkildə dayandırılıb.belə bir fikirlərdə mövcuddur ki, Ermənilər Azərbaycanın işğal olunmuş ərazisini azad etsə, Amerikanın qüvvələri onları yerini tutma ehtimalı var, belə bir şəraitdə bu layihə təkrar gündəmə gələ bilər.göründüyü kimi bu layihənin əsas mahiyyəti Dağlıq Qarabağın hüquqi vəziyyətidir.bu haqqda ATƏT-in tərəfindən və beynəlxalq orqanların, ölkələrin və sa.təkliflər irəli sürülüb, o cümlədən
A.    Dağlıq Qarabağa muxtariyyətin verilməsi:
1.    Ortaq dövlət
Bu layihə ilk dəfə Rusiya tərəfindən təklif olundu. ABŞ bu layihənin əleyhinə idi, ancaq Rusiyanın israrı ilə bu layihə ATƏT-in planında yerləşdi.1998-ci ilin noyabr ayının 7-də bu orqan(ATƏT)bu layihəni iki dövlətə göndərdi.bu layihəyə əsasən Dağlıq Qarabağ Azərbaycanın daxilində və Azərbaycan dövləti mərkəzi dövlət olmaqla konfederasiya dövləti təşkil etmək və Qarabağ respublikası dövlətə aid olan bütün orqanlara sahib olacaqdır.bu haqqda müxtəlif təkliflər olundu.bu təkliflərdən biri ABŞ-ın xüsusi nümayəndəsi Can Mareska tərəfindən verildi.bu təklif 8 maddədən ibarət idi.bu layihəyə əsasən Azərbaycan daxilində tam hakimiyyət hüququna malik olmalıdır.Azərbaycan dövləti və Qarabağ dövləti bir-birlərinin paytaxtlarında nümayəndələri olmalı və münaqişədə iştirak edən başqa ölkələr, o cümlədən Ermənistan və Rusiya Qarabağın mərkəzində nümayəndələri olmalıdır və Qarabağ dövlətinin də bu ölkələrdə nümayəndələri olmalıdır.bu layihəyə əsasən Qarabağ dövlətinin nizami ordusu ləğv edilməli və onun yerinə təhlükəsizlik qüvvələr yerləşdirilməlidir.bu bölgənin müharibə gücü olmamalıdır.Azərbaycan respublikası bu ərazinin daxilində və kənarında yalnız təhlükəsizlik qüvvələrini yerləşdirə bilər.Qarabağ və Ermənistan Laçın rayonunun vasitəsi ilə bir-birləri ilə əlaqə yaratmalıdır.dağlıq Qarabağ və Naxçıvan azad iqtisadi bir zona olmalıdır.bu layihənin icra edilməsində  ATƏT-i məsul və zamin tanıyırdı.39
Mareskanın başqa bir məqaləsi" Caspian Crossroad"adlı qəzetdə nəşr olundu.o, münaqişədə olan tərəflərin iqtisadi mənafelərin birləşməsini istəyir.belə ki, bölgənin neft və gaz kəmr borusu Ermənistan, Azərbaycan və Türkiyədən keçməklə bu məqsədə nail olmaq olar.onun fikrincə, iqtisadi mənafelərin birləşməsi səbəb olacaq ki, müzakirələrdə güzəşt və daimi sülh bərpa olsun.40
2.    Xüsusi məntəqə
Bu layihə 1991-ci ildə Amerika ordusunun baş komandanının, Viliyam Haskl, vasitəsi ilə təqdim edildi və buna görə də Villi adına məşhurdur.bu layihədə Qarabağ bölgəsi Azərbaycanın tərkib hissəsini təşkil edir, xüsusi məntəqə kimi idarə olunacaqdır.buna bənzər nümunələr mövcuddur.bu nümunələrdən istifadə etmək olar.o cümlədən, Baltik dənizində Aland adası.burada əhali İsvic dilində danışır və 1808-ci ilə kimi İsvicin hakimiyyəti altındaydı.Finlandiya Rusiyadan ayrıldıqdan sonra bu bölgə Finlandiyanın ərazisinə daxil oldu.bu günə kimi bu ərazi Fillandıyanın tərkibindədir.ancaq İsvic və Finlandiya ölkələri arasında saziş imzalandı və bu sazişə əsasən bu adanın mədəniyyəti, dili və İsvicin adət və ənənəsini qoruyaraq, bu ada ilə İsvic arasında gediş-gəliş azad şəkildə olmalıdır.bu adanın milli parlamenti var və başqa təşkilatlar, o cümlədən təhsil, mədəniyyət, iqtisad və sa.mərkəzi dövlətin ixtiyarındadır.Alandılar öz mənafelərini qorumaq üçün Fillandıyanın parlamentdə nümayəndəsi var.bu adanın nazirləri məhəlli parlamentdən səs topladıqdan sonra Finlandiyanın prezidenti təyin edilir. Finlandiyanın prezidenti iki səbəbə görə veto haqqı var.
1.məhəlli parlament öz səlahiyyətindən və ixtiyarından xaric bir qanun təsdiq etsə
2.təsdiq edilmiş qanun Fillandıyanın daxili və xarici əmniyyətini təhdid etsə
Hər kəs Aland adasında 5 il yaşasa və İsviç dilini yaxşı bilsə, bu ölkənin vətəndaşı ola bilər.buranın əhalisi Finlandiyanın hərbi xidmətindən azad edilmiş və bu ada İskandinavi başqa ölkələri ilə həmsərhəddir.beynəlxalq vasitəçilər Aland adasını, Qarabağ üçün bir nümunə hesab edirlər və bu nümunəyə əsasən 1993-cü ilin dekabr ayında "MDB"ölkələrinin iclasında Rusiya və Fillandıyanın xarici işlər nazirlərinin vasitəsi ilə Ermənistan, Azərbaycan və Qarabağ nümayəndələrinin iştiraki ilə layihə hazırlandı, ancaq tərəflər bu layihəni rədd etdi.41
Amerikanın iki experti, Qarabağda muxtariyyətin verilməsi və nizami qüvvələrin iştirakı haqqında yazdıqları məqalə "Middle Mast Policy"adlı jurnalda çap edilib:
Ölkələrin ərazi bütövlüklərinə hörmət etmək maddəsinə əsasən Qarabağ, Azərbaycanın ərazi daxilində olmalıdı və Azərbaycan öz bayrağını bütün Qarabağa dalğalandıracaqdır.Qarabağ əhalisi öz nümayəndələrini mərkəzə göndərərək, öz haqqlarını təyin edəcəklər.Qarabağlılar öz nümayəndələrini Azərbaycanın Milli Məclisinə göndərəcəklər və bu nümayəndələr onların əleyhinə olan qanunlara qarşı çıxacaqlar.
Qarabağ, Azərbaycanın qanunlarının əsasında qanunverici orqanlara sahib olmalıdır və mərkəzi dövlətin Qarabağ haqqında olan qanunlara veto haqqı olmalıdır.məhəlli hökümət əmniyyəti, təhsil və mədəniyyət orqanlarına malik olmalıdır.Azərbaycan respublikasının və Qarabağ muxtar respublikasının razılığı olmadan heç bir dövlət nizami qüvvələrini bir-birlərinin ərazisində yerləşdirə bilməz.
3.    Ümumi dövlət
ATƏT-in tərəfindən təklif olunmuş ümumi dövlət, təklif olunmuş iki layihədən fərqlənmir.Rusiya 1995-ci ilə kimi bu layihədən himayə etdi.ancaq Çeçen münaqişəsi başlandığı zaman bu layihədən himayə etmədi.ABŞ dövləti də bir zamanlar bu layihədən himayə etmişdir.hər halda iki dövlət bu layihənin üzərində saziş edə bilmədilər.bu layihəyə əsasən:
1)    beynəlxalq dövlətlər tərəfindən Dağlıq Qarabağın dövləti rəsmiyyətə tanılmalı və Azərbaycan dövləti ilə bərabər vahid dövlət təşkil olunmalıdır.
2)    Dağlıq Qarabağ ərazisinə aid xass konstitusiya olmalı və burada olan qanunlar mötəbər olmalıdır.
3)    Qarabağ xarici ölkələrlə əlaqə yarada bilər.
4)    Bu bölgənin özünə məxsus ordusu olmalı və bu ərazidən kənar heç bir fəaliyyəti olmamalıdır.
5)    Qarabağ dövləti razı olmadan Azərbaycan ordusu bu əraziyə daxil ola bilməz.
Hər üç təklifdə Qarabağa muxtariyyət verilib, buna görə hər iki dövlət layihələrə qarşıdır. Bu layihələrə Ermənilər qarşı çıxmasının birinci səbəbi bundan ibarətdir, Azərbaycan gündən-günə inkişaf edir və bu səbəbə görə Qarabağın muxtariyyətinə son qoya bilər.əlbəttə, bu məsələ tənqid olmalıdır.neçə ki, əgər bir saziş imzalansa, beynəlxalq orqanların və ölkələrin, o cümlədən Amerika, Fransa, Rusiyanın nəzarəti altında olacaq.belə bir şəraitdə heç bir qüsur ola bilməz.
ikinci səbəbi isə Azərbaycan dövləti dolayısı yolla Qarabağda yaşayan erməniləri zəyiflədə bilər və beləlikə muxtariyyəti ləğv edə bilər.bu fikir də düzgün deyil, çünki bəzi layihələrdə, o cümlədən xüsusi məntəqə layihəsində ərazinin hansı bölgəyə bağlı olduğu məlum olub və bunu dəyişmək qeyri-mümkündür.
Üçünçü səbəb budur ki, Qarabağ Azərbaycan dövlətinə tabe olmasına ermənistanın əfkari-ümumiyyəsi qarşıdır və bu layihələr təsdiqlənsə də, ümumxalq qarşı çıxacaq.
Azərbaycanın qarşı çıxmasına aid xass səbəblər var.
1)    Azərbaycanın fikrincə, Qarabağ Azərbaycanın bir hissəsidir.
2)    Qarabağ erməniləri 150 min nəfərdir və Azərbaycanın əhalisi isə 8 milyon nəfər.əhali baxımından bərabərsizlik siyasi əlaqənin olmasını qeyri-mümkün edib.43
3)    beynəlxalq qanunlar dövlətlərin ərazi bütövlüyünü rəsmiyyətə tanıyır və bu qanunlar ermənilərə maneçilik törədir.buna görə də Azərbaycan bu layihələri tanımaqla ermənilərin iddialarını qanuniləşdirir.
4)    Azərbaycanın fikrincə, sülh müzakirələri tədriclə olmalıdır və hər hansı bir imtiyazın verilməsi səbəb olacaq ki, başqa imtiyazlar da verilsin.əgər münaqişədə olan tərəflərin birini Qarabağın olduğunu qəbul etsək, o zaman Azərbaycandan ayırılmasını da qəbul etməliyik.
B.    Qıbrıs nümunəsi
Bəzilərin fikrincə, Şimali Qıbrıs respublikası beynəlxalq orqanlar tərəfindən rəsmiyyətə tanılmasa da, öz varlığına davam edir.bu vəziyyət Dağlıq Qarabağa da aid edilə bilər.bu bölgə beynəlxalq orqanlar tərəfindən rəsmiyyətə tanılmasa da öz varlığına davam edə bilər.buna baxmayara ki, erməni tərəfi öz ideyalarını yürütmək üçün və münaqişənin gərginliyini azaltmak üçün bu layihəni müsbət dəyərləndirir.Azərbaycan tərəfi isə inanır ki, erməni ordusu bu əraziləri işğal etdikdən sonra həmin siyasəti burada piyada ediblər. Amma münaqişənin gərginliyini azaltmayıb və bu layihə daimi sülhü məntəqəyə gətirə bilməyəcəkdir.44
C.    Çeçen nümunəsi(münaişənin həllini təxirə salmaq)
Rusiya federasiyası və Çeçen rəhbərləri arasında imzalanan sazişdən sonra bu layihə Dağlıq Qarabağa təklif olundu.bu layihəyə əsasən Azərbaycanın, Ermənistanın sərhəd sakinlərinin təhlükəsizliyini təmin etmək və Qarabağın hüquqi vəziyyətinin müzakirəsi 5 il təxirə salınması proqnozlaşdırılıb.bu layihədə belə bir fərziyyə yürüdülüb ki, bu müddətdə gərginlik azalıb və siyasətçilərdən yeni nəsil ortaya çıxacaq və məsələni onlar həll edəcəkdir.
Bələ nəzərə gəlir ki, erməni tərəfi Azərbaycanın güclənməsindən nigarandır, buna görə də bu layihəyə müsbət baxışları var.bu layihə erməni tərəfinə icazə verir ki, münasib bir şəraitdə öz iddialarını yerinə yetirsinlər.Azərbaycanın fikrincə, bu layihə Qarabağa uyğun deyil.çünki, Çeçenlər başqa bir ölkəyə birləmək istəmirlər.halbuki, münaqişənin əvvəlindən Ermənilərin məqsədi Qarabağı Ermənistana birləşdirməkdir.bu müddətdə ərzində Ermənistan öz iddialarını yerinə yetirəcək və Qarabağdakı yeni nəsil Azərbaycandan kənar qaldıqlarına görə Azərbaycanı qəbul etməyəcəklər.45
D.   Qafqazın xaricində konfedarasiya
Bu layihə Belenoks ölkələrinin əsasında təşkil olunmuşdur.bu layihə ilk dəfə Gürcüstanın keçmiş prezidentinin, Eduard Şevardnadzenin və bir sıra avropanın siyasətçilərinin vasitəsilə təqdim olunmuşdur.bu layihəyə əsasən Qafqazın üç ölkəsi və muxtar respublikaların birləşməsi nəticəsində məntəqədə sülh bərpa olacaq və ərazi iddialara son verilcəkdir.bu layihədə etnik bölgələrə federalın təşkil olunması təklif olunub.ikinci mərhələdə Cənubi Qafqazda iqtisadi və siyasi əlaqələrin genişləndirmək üçün sıx planlar nəzərdə alınacaq. Avropa birliyi və Rusiyanın iştirakı bu layihənin icrasına mühüm təsiri ola bilər.
Konfedarasiya məzmunu olan layihələrdən biri də Emil Ağayevə aiddir.bu layihədə müstəqil dövlətlər və Qafqazın muxtar respublikaları Konfedarasiyaya üzv olmaları proqnozlaşdırılıb.heç bir üzv başqa respublikaların və muxtar respublikaların iştirakını veto etmək imkanı olmayacaqdır.Qarabağ haqqında isə Azərbaycan və Qarabağ konfedarasiyaya üzv olduqdan sonra mövcud olan ixtilaflar zamanla azalar və gələcəkdə bunların birləşməsi asanlaşar.46
Bu layihə yaxşı qarşılanmadı.amma belə nəzərə gəlir ki, bu layihə Qərbin mənafeinə uyğun gəlir.qərb ölkələrin fikrincə, bu məntəqədəki ölkələrin mövqeyini qərbin təziqi nəticəsində yerinə yetirlə bilər. münaqişənin həllinə dair "Narıncı"inqilab və demokratikin bərpasını təklif edildi.
E.    Ərazinin mübadiləsi(Gobl layihəsi)
1992-ci ildə Pol Goblun"Qarabağ böhranını necə həll etmək olar?"adlı məqaləsində bu layihəni təqdim etdi.onun fikrincə, bu münaqişəni nə Ermənistan, nə də Azəbaycan həll edə bilməyəcək.bu münaqişənin həlli üçün yalnız bir yol var, o da, iki ölkənin arasında olan ərazinin mübadiləsidir.
1.dağlıq Qarabağ ərazisinin bir hissəsi və Azərbaycana axan bir sıra çaylar Ermənistana verilsin.
2. Ermənistanın bir hissəsi Azərbaycan və Naxçıvanın arasında olan ərazi Azərbaycana verilsin.bu ərazinin verilməsi ilə Ermənistan və İranın əlaqəsi tamam ilə kəsiləcək.
Gobel 1996-cı ildə bu layihəni islah etdi.Naxçıvanın şimal qərbində yerləşən kiçik ərazini(Sədərək)Ermənistanın Moğrisi(Zəngəzurun bir hissəsi)ilə mübadilə etmək və beynəlxalq nazilər bu ərzinin bir hissəsinə nəzarət etməsini təklif etdi.islah olunmuş layihədə İran və Ermənistanın həmsərhədliyi Sədərək rayonunun vasitəsilə qorunur, ancaq Türkiyə ilə Naxçıvan arasında olan həmsərhədlik pozulur və Naxçıvan tam şəkildə Moğrunun vasitəsilə Azərbaycana birləşir.bu layihədə Naxçıvanın və Türkiyənin həmsərhədlığı ləğv edilir və Qarabağ tam şəkildə Azərbaycandan ayrılır.buna görə Azərbaycan və Türkiyə bu layihəyə qarşı çıxdılar və rədd etdilər.
F.    Pat vəziyyəti(sazişdə nə məğlub, nə də qalib olmalıdır):
Bu layihə Məhdi Niyazının vasitəsilə təqdim olundu.saziş o zaman ola bilər ki, hər iki tərəfdə qüvvə baxımından tarazlıq yaransın. heç bir tərəf münaqişənin həllində özünü məğlub və ya qalib hiss etməsin.
1.Azərbaycan Qarabağı respubika kimi tanımalıdı.amma bu ad dağlıq Qarabağın ümumi referendumdan öncə Azərbaycan ərazisində istifadə olunmamalıdır və Azərbaycan respublikası bu adı yalnız dövlət sənədlərində, mötərizə arasında istifadə etməlidir.
2.Qarabağ respublikasının özünə aid təhlükəsizlik qüvvəsi olmalı və əhalinin çoxluğunu nəzərə alaraq iki qrup(Azərbaycan və Ermənistan) olmalıdır.bu qüvvələrin ağır silahları olmamalıdır.
3.Azərbaycanın Konstitusiyasina uyğun olaraq dağlıq Qarabağ respublikasında məhəlli məclisi təşkil olumalıdır.dağlıq Qarabağın özünəməxsus konstitusiyasi olmalıdır.
4. dağlıq Qarabağdan nümayəndələr Azərbaycanın milli məclisində olmalıdır.
5.Azərbaycan 5 ildən bir Qarabağın vəziyyətini araşdıra bilər və onun haqqında öz rəyini verə bilər.əgər Azərbaycanın məclisi bu respublikanı ləğv etsə, bu zonadan olan nümayəndələr bu qanunu veto edə bilərlər.həmçinin Qarabağ məclisində olan Azərbaycanlı nümayəndələr Qarabağın ayrılmasına və Ermənistana birləşməsinin qarşısını ala bilərlər.
6.əgər Azərbaycan və Ermənistan arasında münaqişə olsa, Qarabağın məclisində olan Azərbaycanlı nümayəndələr veto haqqında istifad edib, Ermənistana birləşməsinin qarşısını ala bilərlər.
bu tədbirlərin sayəsində nə məğlub, nə də qalib ola bilər və ixtilaflara son verilər.təklif olunmuş layihələrin heç biri bu münaqişənin həllinə təsiri etməyib.onun əsas səbəbi iki xalq arasında olan dərin ixtilaflara görədir.bu iki xalqın arasında olan ixtilaflar o qədər dərinləşib ki, onların bir yerdə yaşamasına əngəl törədir.zaman ərzində bu ixtilaflar dərinləşəcək və münaqişənin həlli qeyri-mümkün olacaqdır. ikinci əsas səbəb layihələrin bir səviyəli olmasıdır.layihələrin əksəriyyəti Qarabağdakı Ermənilərin mövqeyinə təkid edib və Azərbaycan qaçqınlarını unudub.bu səbəbə görə Azərbaycan bu layihələrə qarşıdır.
§ Sülh layihələrin qarşısında İranın mövqeyi:
Qeyd etdiyimiz kimi bu münaqişənin həllində İranın müdaxilə etməsinə, böyük dövlətlər, sonra isə Azərbaycan qarşı çıxdı. İranla Ermənistan arasında olan sıx əlaqə səbəb oldu ki, Azərbaycan sülh danışıqlarında İranın müdaxiləsinə qarşı çıxdı və İran sülh danışıqlarından kənar qaldı.Kivest danışıqlarından sonra ATƏT, Fransadan istədi ki, məntəqədəki ölkələrin biri, o cümlədən İranı sülh danışıqlarına dəvət etsin və bu ölkə sonrlar İranın Ermənistanda olan səfirini ATƏT-in ortaq başçısı təyin etdi.bu mövzu səbəb oldu ki, İran dolaysı yolla müzakirələrdə iştirak etsin.47
Bununla belə, dünyada və məntəqədə baş verən son hadisələr, İranı passiv vəziyyətə salıb.İran indiyə kimi Qarabağın sülhünə dair olan layihələrə ciddi bir mövqe göstərməyib.belə nəzərə gəlir ki, İranın xass mövqeyə malik olmamasının əsas səbəbi ondan irəli gəlir ki, məntəqədəki ölkələr bu mövqedən öz nəflərinə istifadə etməmələridi.bundan başqa hər bir layihənin özünəməxsus nöqsanları var və İranın əmniyyətini təhlükəyə sala bilər. hər zaman İran dövləti sülh danışıqlarından himayə edir və iki dövlətin əldə etdiyi sazişə hörmətlə yanaşır.48
Ancaq Azərbaycanın mövqeyindən İranın himayə etməsi və Ermənistanı təcavüzkar tanıması bunu göstərir ki, İran o layihənin tərəfindədi ki, ölkələrin ərazi bütövlüklərinə təkid edir.necə ki, İranla Türkiyə və Suriyanın mövqeyi İraqın Kürdlərinin muxtariyyəti haqqında eynidir.beləliklə, bu hadisədə də İran hər hansı bir layihdə ki, Ermənilarin  tam muxtarlıq və ya istiqlaliyyətin verilməsinə qarşıdır, çünki bu məsələ gələcəkdə İranın daxilində yaşayan etniklərinə tələb ola bilər. İran keçmiş Sovet hakimiyyətinin sərhədlərində olan hər hansı bir dəyişikliyə qarşıdır və İran məntəqədə baş verən sərhəd dəyişikliyə qarşıdır.İran dövləti dəfələrlə bəyan edib ki, ölkələrin ərazi bütövlüklərinə hörmət edir və ölkələrin daxili məsələlərinə müdaxilə edilməsinə qarşıdır.Qafqaz məntəqəsinə qarşı İranın siyasəti belədir:İranın milli təhlükəsizliyinin qorunması və bütün sahədə əlaqələrin geniş səviyədə inkişaf etməsini istəyir.buna görə də İran öz daxili məsələlərinə görə təzə istiqlalını almış ölkələrin dini və məzhəbi məsələlərinə laqeyd qala bilməyir.millətçilik, müstəqil və muxtar respublika olmaq ideyaları İrana bir təhdiddir.
Sovet hakimiyyətindən bəri Qarabağ, muxtar respublika olmasına baxmayaraq, bundan artıq haqqın verilməsi, İranda yaşayan etniklərə bir nümunə ola bilər.İran iki ölkə arasında olan ərazilərin mübadilə etmə layihəsinə qarşıdır, çünki İranla ermənistanın arasındakı olan əlaqə kəsiləcəkdir.49
İranın millətçi şəxsiyyətləri bu layihəni Türk respublikalarının birləşməsinə(Pan-türkist)bir başlanğıc olduğunu deyirlər.
 
§ Cənubi Qafqazda olan kollektiv təhlükəsizlik nümunələrinə, İranın mövqeyi:
İranın fikrincə, Qafqaz məntəqəsinə təklif olunmuş hər hansı bir təlhükəsizlik layihələr, gərk İranın təhlükəsizliyini də nəzərə ala, xüsusi ilə məntəqədə xarici qüvvələrin yerləşdirilməsinin qarşısı alınmalıdır.buna görə də hər hansı bir ideya İranı nəzərdə almasa və ya xarici qüvvələr məntəqədə yerləşsə, İran bu ideyalara qarşı çıxacaqdır.İranın fikrincə, bölgədən kənar qüvvələr, o cümlədən Nato-nun yayılması və ATƏT-in şərqdə fəaliyyəti və ya keçmiş Sovet ittifaqqının əməkdaşlıq layihəsi- təhlükəsizliyi beynəlxalq bir anlayış kimi nəzərdə almış və məntəqənin təhlükəsizliyi dünya miqyasında izah edir- həm beynəlxalq aktyorların çoxluğu, həm də regiyon aktyorların kənarda qalması və bilavasitə Qavqazın qonşu ölkələri məntəqənin təhlükəsizliyini təmin edə bilməyəcək və məntəqədəki münaqişələri, o cümlədən Qarabağ münaqişəsini həll edilməyəcəkdir.
İranın nəzərdə tutduğu ideya 3+3 ideyasıdır.bu ideyaya əsasən Cənubi Qafqazda yerləşən üç ölkə, o cümlədən İran, Rusiya və Türkiyə məntəqənin təhlükəsizliyini qoruya bilər.İranın fikrincə, Cənubi Qafqazda olan kollektiv təhlükəsizlik nümunələr, bu şərtlərin əsasında olmalıdır:
1.məntəqədəki ölkələrin siyasi sabitliyinin bərpasına, müstəqilliyin qorunmasına və ölkələrin ərazi bütövlüyünə yardım etsin.
2.millətçiliyin yayılmasına, xırda millətçi və xalqların yaranmasına mane olsun.
3.həmfikirlik gücləndirilsin və fikir ayrılığına yol verilməsin.
4.məntəqədə totalitar qüvvənin yerləşməsinə mane olsun.
İndiyə kimi bu ideya diqqətlə müzakirə edilməyib və bütöv şəkildə araşdırılıb.bu əsasda görülən mühüm işlərdən biri 2003-cü ildə İranın xarici işlər nazirinin məntəqəyə səfəri idi və bu layihəni məntəqədəki dövlətlərlə müzakirə edilməsi idi.bu layihəyə 3 ölkənin müxtəlif reaksiyalara səbəb oldu.Gürcüstan İrandan uzaq olduğuna görə siyasi baxımdan və Amerikaya yaxın olduğu üçün bu layihədən himayə etmədi, hətt İranı məntəqənin təhlükəsizlik təşəbbüsündən kənarda qalması istədi.Azərbaycan, İranı güclü bir dövlət tanısa da, öz mövqeyini Rusiya və İranı qarşısında(Ermənistanın müttəfiqi tanıyır) gücləndirmək üçün başqa ölkələrin, xüsusi ilə Avropa ölkələrin və ABŞ-ın dəvətinə daha çox maraq göstərir.Ermənistan isə Türkiyənin müdaxiləsinə qarşıdır, Rusiya isə İran və Türkiyə və hər hansı bir məntəqədəki ölkələrin hüzuru olmadan, özü münaqişəni həll etmək istəyir.bunalara diqqət yetirsək, məlum olur ki, qısa zaman içərisində bu layihəni icra etmək olmaz.beləliklə, Qafqaz bölgəsi təhlükəsiz bölgəyə çevrilməyib, bəlkə oyun meydançasına çevrilib və hər bir ölkə öz mənafeyini qorumağa çalışır.layihələrin uğursuz olması da bu məsələyə bağlıdır.İranın fikrincə, Qafqaz ölkələri və ətrafında olan ölkələr daxili təhlükəsizliyi və kollektiv təhlükəsizliyin məfhumunu yaxşı dərk etdiyi halda məntəqədəki ixtilafları həll edə biləcəklər.İranın fikrincə, bu vəziyyətdən çıxmağın əsas şərti məntəqənin məsələlərini həll etmək üçün məntəqədə uyğun işlərin və tədbirlərin görünməsi lazımdır. Cənubi Qafqazda kollektiv təhlükəsizliyi formalaşdırmaq üçün:
1.məntəqədə olan hər bir ölkə ortaq düşməni və təhdidedici amili tanımalıdır.
2.öz təhlükəsizliyini məntəqədə olan başqa ölkənin təhlükəsizliyi ilə təyin etməlidir.
Hal-hazırda heç bir layihə Qarabağda daimi əmniyyəti bərpa edə bilməyir.bu layihələr ya məntəqədəki ölkələrin mənafeyini təmin etməyir, ya da məntəqədəki ölkələr bu layihələrdən mənfi təsəvvürləri var.buna görə də, düzgün yolları və tədbirləri seçməklə bu təsəvvürlərə son verilməlidir.buna nail olmağın bir yolu var, o da danışıq yoludur.qeyd etdiyimiz kimi İranın fikirncə, məntəqənin təhlükəsizliyindən danışmaqdan öncə sülh danışıqlarına lazimi tədbirlərin görülməsi vacibdir.bu haqqda ATƏT-in konfransı, sonralar ATƏT-in orqanına çevrildi, faydalı bir təcrübədir, əlbəttə ATƏT-in özündən faydalanmağa təkid olunmur, bəlkə bu konfransın sülh proseslərinin formalaşmasından istifadəsinə təkid edilir.50
Bununla belə, İran, Qarabağ münaqişəsində ATƏT-in işlərindən, kollektiv təhlükəsizliyə Avropa birliyin mövqeyindən, o cümlədən ABŞ, Rusiya və hər hansı bir məntəqədəki qüvvələrin iştirakina mane olmaları, məntəqənin təhlükəsizliyini təhdidedən hər hansı bir amilin kontrolu və məntəqədə beynəlxalq kapitalın qoyulmasını proqnozlaşdıran hər bir layihədən(İranın milli mənafeyinə ziyan dəyməyə və İranı bilavasitə məntəqədəki qonşu ölkərdən biri hesab edilsin)himayə edəcəkdir.Azərbaycanın fikrincə, madam ki, bu ölkənin ərazisi ermənilərin işğalındadı və bir sıra ölkələr onlardan himayə etdiyi halda məntəqənin sülhündən danışmaq qeyri-mümkündür.işğal olunmuş ərazilərin azad olunması ilə kollektiv təhlükəsizliyi bərpa etmək olar.51
§ Qarabağ münaqişəsində İranın vasitəçilik işlər:
Sovet hakimiyyətinin dağılması ilə İranın geopolitikasında dəyişiklər oldu və yeni mənbələr İranın milli təhlükəsizliyini təhdid edir. İran, sovet hakimiyyətinin dövründə də şimalı qonşuların ideoloji və nizami hücumlarına məruz qalmışdır.bununla belə, bu təhdidin növü tam şəkildə məlumdur.bu ölkənin daxili hərc-mərcliyi olmadığına görə, həmçinin sərhədlərdə nəzarətin güclü olması səbəb oldu ki, Sovetdə olan dəyişikliklər İrana bir təsiri olmasın.belə ki, sovetin İrana olan siyası təsiri, daha çox dünyanın nəzarəti altındaydı. O dövürdə tərəflərin arasında bir növ saziş var idi, hərçənd ki, soyuq əlaqə var idi, ancaq bu soyuq əlaqə müharibəyə çevrilmədi.Sovet hakimiyyəti dağıldıqdan sonra İranın sərhədləri daha ciddi şəkildə təhlükədə oldu.52
Birinci növbədə sovetin dağılması ilə təzə müstəqil olmuş ölkələrdə milli orduların yaranması, məhəlli ordulara keçmiş sovet hakimiyyətinə aid olan silahların verilməsi, sərhədlərin əmniyyətini pozmaq və ya zəifləşdirmək, xarici qüvvələrin nəzarəti altında həmin orduya nizami təlimlərin verilməsi və silahların satılması İranın milli əmniyyətini təhlükəyə salıb və salacaqdır.  
Bu arada məntəqədə olan münaqişələr, xüsusi ilə Qarabağ münaqişəsi İranın Azərbaycanına yaxın bir ərazidə olduğuna görə İranı daha çox nigaran edib.Qarabağ böhranı hər iki halda İranı təhdid edir.bir tərəfdən milli əmniyyəti, hətta İranın ərazi bütövlüyünü təhdid edir.əslində İran bundan nigarandır.bundan başqa bu böhran səbəb olub ki, bir tərəfdən Arazın hər iki tərəfində millətçilik hissləri oyansın, bir tərəfdən isə bu böhran siyasi-əmniyyəti hüzurun tarazlaşdırmağına bir vasitə olacaqdır.buna görə də, birinci gündən etibarən Azərbaycanın ərazi bütövlüyünü rəsmiyyətə tanıdı.hərçənd ki, Azərbaycanın mənafeyinə uyğun olmayan və öz milli mənafeyinə uyğun bir siyasəti nəzərə almaqla bu münaqişədə vasitəşçilik etdi.bu vasitəçiliklə münaqişəyə və milli əmniyyəti təhdid edən amillərə nəzarət etdi və Azərbaycan və Türkiyə tərəfindən hiss etdiyi təhlükənin qarşısını aldı.1992-ci ilin fevral ayının 25-də İranın xarici işlər naziri Azərbaycana səfər etdi və vasitəçilik təklifini verdi. İranın vasitəçiliyi nəticəsində 1992-ci ilin Mart ayının 15-də Tehranda sülh sazişi imzalandı.onun ardınca, Aprel ayında İranın xarici işlər nazirinin müavini Mahmud Vaezi əsirlərin azad edilməsinə görə Bakı və İrəvana səfər etdi.May ayının 7 və 8-də İran prezidentinin vasitəçiliyi ilə sülh sazişi imzalandı.ancaq buna baxmayaraq, mayı ayının 9-da ermənilər Şuşanı işğal etdilər. İran dövləti bu işğalı məhkum etdi və dağlıq Qarabağ Azərbaycanın bir hissəsi olduğunu bəyan etdi və sərhədlərin dəyişməsinə qarşı olduğunu bildirdi.ancaq, İranın bu bəyannaməsinin heç bir təsiri olmadı.May ayının 17-də Laçın işğal edildi.beləliklə, İranın vasitəçi olmağının bir nəticəsi olmadı.hətt, İranın vasitəçi olmağına görə bəziləri Azərbaycanda İranı günahkar tanıyırlar, ancaq bu münaqişədə İranın vasitəçiliyinin nəticəsiz olmasına Rusiyanın böyük rolu var idi.Rusiya Qafqazı özünə aid bilir və heç bir ölkənin, hətta İranın vasitəçi olmasına razı deyil.buna görə İran gündən-günə Ermənistana yaxınlaşdı və Azərbaycan Rusiyanın təziqini azaltmaq üçün xarici qüvvələrin hüzuruna daha maraq göstərdi və Türkiyə, İsrail arsında yaranan strateji birliyə ehtimal edilir ki, Azərbaycan da birləşsin və bu birliyin qarşısında İran, Rusiya və Yunan53 arasında strateji birliyin yarandı.bu amillər səbəb oldu ki, İran Rusiya və ermənistan arasında əlaqələr gücləsin.İran bu birlikdən əsas məqsədi ermənilərin gücündən istifadə etməsi və Türkiyə və İsrailin təhacümlərinin qarşısında dayana bilməsidir.birinci dəfə olaraq İsrailin təhdidini İran sərhədlərində hiss etmişdir.bu birliyin məqsədi İranın əleyhinə Qafqazda yeni cəbhənin yaranması və xarici qüvvələrin dəvət edilməsinə Azərbaycanı həvəsləndirsinlər.bu məsələlər həm münaqişənin uzadılmasına, həm də məntəqədə soyuq savaşın olmasına səbəb oldu.11 sentyabr hadisəsindən sonra bu birliklər öz dəyərlərini itirdilər.hərçənd İranın xarici siyasətində Qərbin təziqlərinin qarşısında müqabilə edən tək bir dövlət, Rusiyadır.ancaq bu dövlət Azərbaycanla İran arasında əlaqənin azalmasına da əsas rolu olub.İranın tədqiqatçıları bu qənaətə gəliblər ki, İranın məntəqədəki başqa ölkələrlə əlaqəsinin azalmasına Rusiya səbəb olub və bu əlaqələrin kontorol edilməsini istəyirlər. 11 sentyabr hadisələrindən sonra İran, Azərbaycan və Türkiyə ilə yaxşı münasibətdə olmasını başa düşüb və bu siyasət Qarabağ münaqişəsinə də öz təsirini göstərib.iki ölkə prezidentlərinin görüşündə İran ermənilərin vasitəsi ilə işğal olunmuş ərazilərin haqqında öz mövqeyini açıqladı.
Bu səbəblərə görə İranın mövqeyi, Azərbaycanın qarşısında dəyişdi:
1.İran yaxşı bilir ki, məntəqədə aktiv hüzuru ola bilməyəcək və belə bir şəraitdə qonşu ölkələrlə hər hansı bir problemin yaşamasını istəməz.
2. Rusiya və İranın təziqləri nəticəsində Azərbaycan Qarəbə yaxınlaşdı və ABŞ-ın hüzuruna səbəb olmasından İran,nigarandır.
3.İran bundan qorxur ki, orta şərqdəki azlıqların hüququndan himayə etmək və demokrtiyanın bərpası çərçivəsində İranda yaşayan azlıqlar, xüsusi ilə Azərbaycanlıları da buna aid edələr.beləliklə, Azərbaycana yaxınlaşmaqla iki ölkə arasında olan əlaqələrdə bu layihənin müzakirə edilməməsin və nəticədə beynəlxalq səviyədə müzakirə edilməməsin.
4.Azərbaycanda millətçi hissinin çoxalmasından nigaran olması
5.Qarabağ böhranının davam tapması, hər an müharibənin başlanması ehtimal edilir, sabitliyin pozulması, İranın əmniyyətini poza bilər.
6.münaqişənin davam etməsi səbəb olub ki, İran öz qonşuları ilə(başqa ölkə ilə əlaqənin olmasını özlərinə bir xəyanət hesab edirlər)adi iqtisadi-siyasi əlaqəni yaratsın.
Çıxarışlar:
1ـ محمد سعید اردوبادی ، سالهای خونین ، ترجمه علیرضا نقی پور ، تبریز ، نشر اختر ، 1380 ، صص 12ـ13 .
2ـ سید رضا میر محمدی ، مناقشه قره باغ، ریشه هاو پی آمدها، فصلنامه ایراس ، سال اول، شماره ی اول، پاییز 1385، موسسه ی فرهنگی و مطالعاتی آسیای مرکزی و قفقاز ف ص 102
3ـ تادیوس سه ویتوخسکی، آذربایجان روسیه : شکل گیری هویت ملی در یک جامعه ی مسلمان ، ترجمه ی کاظم فیروزمند، نشر شادگان ، تهران، زمستان1381 ، صص55ـ51 . علیرضا راه لیقوان و پرویز زارع شاهمرس، تاریخ قره باغ، دفتر مطالعات سیاسی وبین المللی، 1376، صص165ـ141 . کاوه بیات ، بحران قره باغ، انتشارات پروین ، تهران ، 1372، صص34ـ 21.
4.- Araz Aslani , Tarihten GÜNÜMÜZE Karabag Sorunu , s. 396.
5. John F.Babddeley, The Role of caspian oil in Maintanin stability in the caucasus Region: …
6. Intikam Başivoglu, 19 ve 20 Yüzyillarda Ermenistan
 7- عباس ملکی ، میانجیگری در مناقشه ی قره باغ و نقش ایران
8. Araz Aslani, Tarihten Günümüze karabag Sorunu, s.399 .
9. Intikam Beşiroğlu, 19ve 20 Yüzyillarda Ermenistan daki Azeri Türklerinin Goch Ettirilmesi ve Soykirim Gerchekliĝi,s. 466
10. Nazim Cafersoy, Elchibey Dőneminde Azerbaycan in Diş Politikasi(Haziran 1992- Haziran1993), ASAM, Ankara, 2001 ,s.9.
11ـ عالیه ارفعی، قضیه ی ناگورنو قره باغ ،ص 175.
12.həmin mənbə, səh.176
13.Dursun Yildirim ve M.Cihat Őzonder, Karabag Dostasi, ss 62-64.
14ـ میخاییل گورباچف ، دومین انقلاب روسیه، پروسترویکا، ترجمه ی عبد الرحمان صدریه ، نشر آبی ، 1368 ، ص 159.
15ـ عالیه ارفعی ، قضیه ی ناگورنو قره یاغ ، ص190 .
16ـ عالیه ارفعی، قضیه ی ناگورنو قره باغ، ص 179.
17ـ وهاب ولی، بحران قره باغ و سیاست گورباچف در جمهوریهای مسلمان ، ص 239
18. həmin mənbə, səh.239, 240
19. həmin mənbə, səh.240
20-. Araz Aslani, Tarihten Günümüze Karabag Sorunu, ss 401-402.
21ـ رضا نظرآهاری ، سازمان امنیت وهمکاری در اروپا و منا قشه ی ناگورنو قره باغ ، مطا لعات آسیای مرکزی و قفقاز ، شماره ی 36 ،زمستان 1380، ص42 .
22-. Nazim Cafersoy, Elçibey Do neminde Azwrbaycan in Diş Politikasi( Haziran 1992- Haziran 1993),s79
23-. Musa Qasimov, Azwrbaycan Beynalxalq Münasibetler Sisteminde, Baki, Gençlik, 1996, ss101J102 .
24-.Ibid, s. 102
25-. Nazim Cafersoy, Elçibey Doneminde Azwrbaycanin Diş Politikasi(Haziran 1992- Haziran 1993) ,s.
 
26- Araz Aslani , Tarihten Günümüze Karabag Sorunu ,s.407.
27- Nazim Cafersoy, Elçibey Doneminde Azerbaycanin Diş Politikasi (Haziran 1992- haziran 1993),s38.
28- Araz Aslani, Tarihten Günümüze Karabag Sorunu, s.408.
29- Nazim Cafersoy ,ElççDoneminde Azerbaycanin Diş Politikasi(Haziran 1992- Haziran 1993), ss 88-89
30- Ibid .,s90.
31- Musa Qasimov ,Azerbaycan Beynalxalq Münasibeyler Sistiminde, ss 105J106.
32- Ibid, ss.119- 122 .
33- Nazim Cafersoy ,Baĝimsizliĝin Onuncu Yilinda Azerbaycan – Rusya Ilişkileri(1991-2001), Avrasya Dosyasi, Azerbaycan Ozel Sayi. Cilt 7, Sayi 1, ilkbahar 2001, s.296
34- Araz Aslani , Tarihten Günümüze Karabag Sorunu , ss. 412-413.
35ـ اولس اسمولانسکی، روسیه و قفقاز : مسئله ی قره باغ کوهستانی ، مطالعات آسیای مرکزی وقفقاز ، سال پنجم، دوره ی دوم، شماره ی 15، پاییز1375، صص 195ـ194 .
36- Araz Aslani, Tarihten Günümüze Karabag Sorunu, s.414 .
37- اولس اسمولانسکی ، 1375، ص 199
38- Ömer Göksel Isyar, Bölgesel ve Global Güvenlik Çikarlari Bağlaminda Aovyet-Rusya Diş Politikalari ve Karabag Sorunu ,ALFA Yayinlari ,2004, ss.596-600
39ـ علی عباس و هارویتون چاخاتریان، مناقشه ی قره باغ، آرمانها و واقعیتها، ص 57.
40- John Maresca, A Peace Pipeline to End the Nagorno –Karabakh Conflict, Caspian Crossroad , No. 1,Winter 1995 , http:// www. Ourworld, compuserver. Com/hompages/usazerb/6.ht,.-
41ـ علی عباس و هارویتون چاخاتریان، مناقشه ی قره باغ، آرمانها وواقعیتها ، صص 52 ـ 49 .
42ـ در مورد این پیشنهاد نگاه کنید به:
David D.Laitin and Grigor Suny, Atmenia and Azerbaiycan : Thinking a Way Out Of Karabakh, Middle East Policy, Vil.VII, No 1 October 1999.
43- Basics of the Karabakh Conflict , http:// www.geocities . com /fanthom- 2000 / Basics. Html.
44ـ علی عباس و هارویتون چاخاتریان، مناقشه ی قره باغ، آرمانها و واقعیتها، صص 61ـ60 .
45. həmin mənbə, səh.61, 62
46. həmin mənbə, səh.69-72
47- عباس ملکی، میانجیگری در مناقشه ی قره باغ علیا و نقش ایران.
48ـ کنفرانس مطبوعاتی روسای جمهور آذربایجان و ایران در طی دیدار آقای خاتمی از آذربایجان ، به نقل از : رسول
 اسماعیل زاده ، دست دوستی : فصل جدیدی در مناسبات جمهوری اسلامی ایران و جمهوری آذربایجان، ص 98 .
49- عباس ملکی ، میانجیگری در مناقشه ی قره باغ علیا و نقش ایران.
50ـ سید رسول موسوی، سازوکارهای امنیتی درقفقاز جنوبی، یازدهمین همایش بین المللی آسیای مرکزی و قفقاز« امنیت در قفقاز جنوبی» صص 338 ـ337 .
51ـ به نقل از وزیر دفاع آذربایجان در دیدار با برژینسکی ، گزیده ی اخبار فرهنگی و اجتماعی ارمنستان، نیمه ی آذرماه 1382، ص 8.
52- ادموند هرزیگ، ایران و حومه جنوبی شوروی سابق، ترجمه ی کاملیا احتشامی اکبری، تهران، انتشارات وزارت امور خارجه، 1375 ، صص 27 ـ 26 .
53- در مورد همکاری استراتژیک نظامی ایران ، ارمنستان ویونان نگاه کنید به :
پیمان دفاعی بین ایران، یونان وارمنستان،ترجمه ی غ.ر. رضایی نصیر،ترجمان سیاسی،شماره ی 32
 
 
 
  • Yazılıb
  • da (də) 2008 Jul 24