Tarix : 2020 Oct 05
Kod 60340

Ekspert: Sionistlərin Azərbaycan Respublikasında hüzuru olduğu üçün Azərbaycan tərəfi İranın müharibəyə daxil olmasında maraqlı deyil

Qafqaz məsələləri üzrə ekspert Məhdi Nalbəndi: “Sionistlərin Azərbaycan Respublikasında hüzuru olduğu üçün Azərbaycan tərəfi İranın müharibəyə daxil olmasına maraqlı olmadı. Türklər də Mosulun intiqamını almaq üçün İranın hüzuruna razı deyillər. Lakin istəsək də, istəməsək də onun qəlpələri İrana dəyir.”
AranNews – “Qarabağ müharibəsi; narahatlıqlar və ümidlər” elmi konfransında çıxış edən Qafqaz məsələləri üzrə ekspert Məhdi Nalbəndi deyib: “Artıq üç aydır ki, qonşu ölkələrin KİV-ləri İran İslam Respublikasına qarşı ağır media hücumuna keçiblər. İlk təzyiqlər Ali Məqamlı Rəhbərə və Sepaha qarşı idi.”
Media baxımından kodların həmişə media müharibəsi odundan xəbər verdiyini diqqətə çəkən politoloq deyib: “Kamaz yük maşınlarının Ermənistana tranziti bu media təzyiqlərinin kodlarındandır və son günlərdə bu mövzuya görə İrana qarşı şiddətli hücumlar yönəlmişdir.”
M. Nalbəndi deyib: “Qarabağda döyüşlər başlamazdan iki həftə qabaq İlham Əliyev seçim qarşısında qalmışdı: ya mitinqlərə icazə verməli idi, ya da müharibəyə başlamalı idi.”
Ekspert əlavə edib: “Bu müharibənin yalnız Azərbaycana aid olan daxili istifadəsi ola bilər.”
M. Nalbəndi vurğulayıb: “Təəssüflər olsun ki, yük maşınlarınn Nurduz sərhədi səmtinə hərəkəti bizim milli heysiyyətimizə zərbə vurdu. Çünki biz gördük ki, çoxlu yük maşını sərhəddə dayandırıldı və depo oldu, lakin vuracağı zərbəni vurdu. Bu haqda çoxlu təhlillər mövcuddur.”
Ekspert çıxışının digər hissəsində deyib: “Trampın xəstəxanaya yerləşdirilməsi ilə döyüşlər kəskinləşib, hətta döyüş şəhər daxilinə çəkilib və müharibə şərq səmtinə gəlir.”
O daha sonra deyib: “Bəzi təhlillərə görə, Türkiyənin bu müharibədə məqsədi Naxçıvan və onu Türkiyəyə ilhaq etməkdir.”
M. Nalbəndi döyüşlərin hələlik artilleriya mərhələsində olduğunu və quru əməliyyatların başlamadığını qeyd edib.
Şimal-qərb imam cümələrinin bəyanatlarına da toxunan ekspert deyib: “Bu bəyanat əleyhinə çoxlu hücumlar olunsa da, bu çox yerində verilmiş bir bəyanat idi. Şərq qəzetinin “Nə Ermənistan, nə Azərbaycan” başlığı eynilə “Nə Qəzzə, nə Livan” şüarının nümunəsidir.”
Politoloq bunu da vurğulayıb ki, azəri tərəfi İranın bu müharibəyə daxil olmasına maraqlı deyil. Çünki burada sionislərin rəngli iştirakı vardır. Türklər də Mosulun intiqamını almaq üçün İranın hüzurunu istəmirlər. Lakin istəsək də, istəməsək də onun qəlpələri İrana dəyəcək.
Nalbəndi deyib: “Sözsüz, biz Azərbaycan Respublikasının tərəfindəyik və bu ölkənin hökumətinə qınağımız da öz yerində qalır.
Qarabağın azad olunmasıdan sonrakı günlərin nəticəsi bizim fəaliyyətimizə bağlıdır. Doğrusu, biz bilirik ki, Qarabağ haqda hər hansı təhlil dini yönümdə olarsa, sekularları, Azərbaycan və Türkiyənin sekular hökumətlərini narahat edəcək. Lakin biz öz dini missiyamıza uyğun olaraq bu günləri çoxlu şəhidlər vermiş Azərbaycan müsəlmanlarını və şiələrini himayə etməli, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməliyik. Eyni halda xarici muzdurların sərhədlərimizdə hüzuru ilə barışa bilmərik.”

 
  • Yazılıb
  • da (də) 2020 Oct 05
  • Göndərən جهان کمالی