Tarix : 2020 Oct 05
Kod 60341

Frankfurtda azərbaycanlılar Qarabağa dəstək aksiyası keçirib

Oktyabrın 3-də Almaniyanın Frankfurt şəhərində Qarabağa dəstək aksiyası keçirilib. Aksiyada azərbaycanlı tələbələr və gənclər iştirak ediblər.

 Arannews-Onlar sentyabrın 27-də Azərbaycanın işğal olunmuş ərazisində başlayan müharibədə Azərbaycan ordusunu dəstəkləyib, işğal olunmuş ərazilərin geri qaytarılmasının vacibliyini vurğulayıblar.

Aksiyaçılar şüarlar səsləndirərək almanların diqqətini baş verənlərə çəkməyə çalışıblar.

Sentyabrın 27-də Qarabağda atəşkəs pozulub. Azərbaycan və Ermənistan tərəfi bir-birlərini atəşkəsi pozmaqda günahlandırır. Hazırda müharibə gedir. Azərbaycan ordusunun bir neçə kəndi və yüksəkliyi işğaldan azad etdiyinə dair rəsmi məlumatlar var. Hər iki tərəfdə ölən və yaralananlar var. Mülki şəxslər arasında da ölən və yaralananlar var, xeyli sayda ev, obyekt, şəxsi təsərrüfat dağıdılıb. Tərəflər əsgər ölümlərinin sayını açıqlamır.

  • Yazılıb
  • da (də) 2020 Oct 05
  • Göndərən جهان کمالی