Tarix : 2020 Oct 10
Kod 60360

Hikmət Hacıyev dünya ölkələrinə müraciət etdi

"Jurnalistin reportajı onu göstərir ki, əslən erməni olan Fransa vətəndaşları Ermənistan silahlı qüvvələrinin sıralarında muzdlu yaraqlı olaraq Azərbaycan hərbçiləri və dinc sakinlərinə hücum edirlər".
Arannews-Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Novaya qazeta”nın Şuşa və Laçındakı vəziyyətlə bağlı hazırladığı reportaja münasibət bildirərkən deyib. 
Prezident köməkçisi dünya ölkələrinə müraciət edib. 
Hikmət Hacıyev deyib ki, həmin ölkələr Azərbaycanı ittiham etməzdən əvvəl öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırsın. 
Ermənistan Xarici İşlər Nazirliyi isə işğal altındakı Dağlıq Qarabağ bölgəsinə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün ezam olunmuş "Novaya Qazeta"nın əməkdaşı İlya Azara verdiyi akkreditasiyanı oktyabrın 8-də ləğv edib. 
  • Yazılıb
  • da (də) 2020 Oct 10
  • Göndərən جهان کمالی