Azərbaycan, Ermənostan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən danışıqları başa çatıb.
Arannews-Modern.az xəbər verir ki, Ceyhun Bayramov, Sergey Lavrov və Zoqrab Mnatsakanyanın danışıqların nəticəsi olaraq Qarabağda oktyabrın 10-i saat 00:00-dan etibarən atəşkəs elan olunur.Atəşkəs rejimi hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə elan olunur. Atəşkəs rejiminin konkret parametrləri və müddəti əlavə olaraq razılaşdırılacaq.