Tarix : 2020 Oct 11
Kod 60366

Beynəlxalq Əl-Mustafa Universiteti: Ədalətli və davamlı sülh Qarabağın Azərbaycana qaytarılması ilə mümkündür

İranın Qum şəhərində yerləşən Beynəlxalq Əl-Mustafa Universiteti Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında gedən döyüşlərlə bağlı bəyanat verib.

Arannews-iran mediasına istinadən xəbər verir, bəyanatda deyilir:

"Universitet özünə borc bilir ki, beynəlxalq hüquq normalarına əsasən, işğal olunmuş Qarabağ bölgəsində Azərbaycan Respublikasının hakimiyyət haqqını dəstəkləsin. Təkidlə vurğulayır ki, ədalətli və davamlı sülh yalnız işğal olunmuş ərazilərin boşaldılması və qaçqınların qəsb olunmuş ərazilərinə qayıtması ilə əldə oluna bilər.

Bu baxış eynilə işğal olunmuş Fələstində də ədalətli sülh üçün gərəklidir. Qəsbkar sionist rejim tərəfindən işğalın sonlanması və Fələstinin həqiqi sahiblərinin öz torpaqlarına qayıtması ilə əldə oluna bilər. Biz Fələstində edilən işğalçılığı pislədiyimiz və tənqid etdiyimiz kimi, Qarabağın işğalını da pisləyirik. Beynəlxalq qurumlardan istəyirik ki, əllərində olan vasitələrdən istifadə edərək işğalçı tərəfi Azərbaycanın hakimiyyət hüququnu tanımağa və işğalçılığa son qoymağa məcbur etmək üçün addım atsınlar."

Universitet sonda bu münaqişədə şəhid olmuş şəxslərin pak ruhlarına salam göndərib və Allahdan haqq cəbhəsinə yardım və qələbə diləyib.

  • Yazılıb
  • da (də) 2020 Oct 11
  • Göndərən جهان کمالی