Tarix : 2020 Oct 12
Kod 60373

Abbas Musəvi: Trampın yerinə olsaydım, sülhsevər və eyni halda müharibə bacarığına malik bir xalqı təhdid etməzdim

Tehranın Bakıdakı səfiri Trampın İrana qarşı hörmətsizliyinə münasibət bildirərək deyib: “Trampın yerinə olsaydım, Ağ Evdə hüzurumun son günlərində heç vaxt sülhsevər və eyni halda müharibə bacarığına malik bir xalqı təhdid etməzdim.”
AranNews-in “Fars” Xəbər Agentliyinə istinadla verdiyi xəbərə görə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ABŞ prezidenti Donlad Trampın İran xalqı əleyhinə hörmətsizliyinə reaksiya verərək öz Tvitter səhifəsində yazıb: “Trampın yerinə olsaydım, Ağ Evdə hüzurumun son günlərində heç vaxt sülhsevər və eyni halda müharibə bacarığına malik bir xalqı təhdid etməzdim.”
Qeyd edək ki, ABŞ prezidenti D. Tramp cümə günü radioya verdiyi müsahibəsində bir daha İranı təhdid edərək demişdi: “İran bunu bilir. Onlar xəbərdarlıq alıb ki, əgər [... (nalayiq sözlərdən istifadə etmişdir)] və bizim əleyhimizə pis bir iş etsə, başınıza bir bəla gətirərik ki, indiyə kimi misli görünməyib.”
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Tvitter səhifəsində Trampa cavab olaraq yazıb: “İran xalqı məğlub olmuş və qanunsuz Amerika rejiminin quldurcasına danışığından qorxmur. Bizim xalqımız öz izzətini qorumaq üçün heç nəyini əsirgəmir. Bu bizik ki, ABŞ-ın dəlisov sanksiyalarına və İŞİD-in bir nömrəli düşməni general Süleymanini vəhşiliklə terror etməsi kimi cinayətlərinə cavab verməyi seçirik.”


 
  • Yazılıb
  • da (də) 2020 Oct 12
  • Göndərən جهان کمالی